MY-də ciddi itki

6.08.2022 16:30 382
Dünya futbolu
“Mançester Yunayted”in oyunusu Antoni Marsyal zədələnib.

"Football-plus.az" xəbər verir ki, 26 yaşlı hücumçu bu səbəbdən yeni mövsümün startını buraxacaq. O, premyer-liqanın 1-ci turunun avqustun 7-də keçiriləcək “Brayton”la oyununda iştirak etməyəcək. Fransalı futbolçunun yaşıl meydana nə vaxt qayıdacağı hələlik məlum deyil.

Qeyd edək ki, Marsyal MY-nin mövsümə hazırlıq mərhələsində keçirdiyi 5 yoldaşlıq oyununda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.