• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tofiq Bəhramov və Eldar Əzimzadə ilə bağlı şok ittiham

Aktual

10-07-2022, 11:0

“Karyeralarını uzatmaq üçün yaşlarını azaltmışdılar”
Daha çox SSRİ-nin məşhur hakimi Nikolay Latışevin yardımçısı kimi tanınan Sergey Belyayev sentyabrda 91 yaşını tamamlayacaq. Hələ də gümrah olan hakim “Sport-Ekspress” qəzetinin son sayına verdiyi geniş müsahibədə azərbaycanlı futbolsevərlərdə maraq doğuracaq bəzi məqamlara toxunub. Həmkarımızın “cənubda hakimlik etmək böyük sınaq idi” replikasından sonra ürəyi açılan Belyayevin dedikləri:
- Siz bunu mənə deyirsiz?! Bütün Orta Asiyanı, Şimali Qafqazı dolaşmışam... Belə bir hadisə olub. 2-ci dəstənin oyununu idarə etmək üçün Azərbaycana yollanmışdım. Tofiq Bəhramovun evində gecələdim. Gecəyarısı mənzilə oğrular girdi! Tofiq yerindən sıçradı, qaçdı. Necəsə öhdələrindən gəldi. Hətta milis də çağırmadı. Bakının mərkəzində olan hökumət evi idi. Tofiqin eyvanı isə Soçi çimərliyinin yarısı kimi idi. Nəhəng!
- Elə eyvandan evə soxulmuşdular?
- Yox. Giriş qapısını açmağa çalışırdılar. Mən də Bəhramovla eyni çarpayıda yatmışdım! Böyük çarpayı idi, ikimizə də yer vardı... Səhər Tofiq məni elektrik qatarı ilə yola saldı, Azərbaycanın ucqarlarına gedib çıxdım. Baş hakim mosvalı idi, ona yumurta atırdılar. Oyunu çox zəif idarə etdi!
- Tribunadan atırdılar?
- Oyunçular özləri də sonradan arxadan nəsə tolazlayırdılar. İdarəçiliyə görə qəzəblənmişdilər, söyürdülər.
- Bəhramov hakimlik səviyyəsinə görə Latışevə tay tutula bilərmi?
- Siz nə danışırsız! Göydən yerə qədər fərqlidi! Ancaq Nikolay Qavriloviç Tofiqə isti yanaşırdı. 1966-cı ildə Latışevin artıq 53 yaşı var idi, FİFA Hakimlər Komitəsinin üzvü oldu, Bəhramovun dünya çempionatının finalına – AFR – İngiltərə oyununa təyinat alması üçün lobbiçilik etdi.
- Necə?
- Yaxşı münasibətdə olduğu FİFA prezidenti Stenli Rouz vasitəsi ilə. O, Latışevin fikirlərinə qulaq asırdı. Bəhramovu yan xətt hakimi təyin etdilər, o da kraliçanın xeyrinə bayraq qaldırmaqla tarixə düşdü.
- Lap belə.
- Bəhramov məni onunla heyrətləndirirdi ki, görüşən kimi bu sualı verirdi: “Seryoja, Moskvada mənim haqqımda nə danışırlar?” Nəyə görəsə bu məqam onu daim hədsiz həyəcanlandırırdı. Yeri gəlmişkən, o, yan xətt hakimi olmağı sevmirdi, hesab edirdi ki, belədə öz işi ilə məşğul olmur. Baş hakimliyə məmnuniyyətlə razılaşırdı, laysmanlığa isə yox. İstənilən vaxt işləri korlaya bilərdi. Əzimzadə də elə idi.
- Bəhramovdan sonra populyarlığa görə ikinci olan azərbaycanlı hakim.
- Hər biri özünü dahi sayırdı. Yan xətdə hakimlik etməyi öyrənmək istəmirdilər, əllərini yelləyirdilər ki, boş ver getsin. Şayiələrə görə karyeralarını uzatmaq üçün yaşlarını bir neçə il azaltmışdılar. Düşənbə toplanışı zamanı Əzimzadənin bu sirri açıldı.
- Necə?
- Hakimlər orda imtahanlar, normativlər verirdilər. Mən və Pavel Apuxtin isə onlara qiymət verirdik, kimi hansı liqaya məsləhət görəcəyimizi müəyyənləşdirirdik. Bizə əmr verdilər ki, bütün hakimlərin pasportlarını yoxlayın. Mehmanxanada yerləşən zaman Əzimzadə anket doldurmuşdu. Həmin anketi inzibatçıdan götürdüm, baxıb görürəm ki, “doğum ili” xanasında anlaşılmaz nəsə yazıb. Yaxşı, Əzimzadəyə dedim ki, “imtahana gələrkən mütləq pasport da üzərində olsun”. Bir qədər sonra gəlir: “Oy, yadımdan çıxıb otaqda qalıb”. Deyirəm ki, heç nə olmaz, get gətir, biz gözləyirik.
- Sonra nə oldu?
- Gətirdi. Açıb görürük ki, o, hər yerdə göstərdiyindən iki il böyükdü. Deməli, çoxdan hakimliyi bitirməliydi, artıq 50-ni keçmişdi. Ona qədər toplanışlarda Əzimzadənin pasportunu yoxlamamışdılar. Sadəcə, heç kimin ağlına bu fikir gəlməmişdi. O yazırdı ki, 1934-cü yox, 1936-cı ildə doğulub, beləcə uzadır, təyinat almağa davam edirdi.
- Həmin vaxt Əzimzadəyə mane olmasaydız, yəqin bir-iki il də idarə edəcəkdi.
- Yəqin ki. Düşünürəm ki, Bəhramov da zamanında oxşar fokusu sınayıb. Tofiqlə xoş münasibətlərini nəzərə alsaq, Latışev buna göz yuma bilərdi.

Paylaş:
Digər xəbərlər
Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 323
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə