İspaniya La Liqasında 35-ci turun mərkəzi oyunu keçirilib.
“Real”ı qəbul edən “Barselona” qələbə qazanıb - 2:0. Qolları 9-cu dəqiqədə Reşford, 18-ci dəqiqədə Torres vurub.
“Barselona” xalını 91-ə çatdırmaqla sona üç tur qalmış tarixindəki 29-cu çempionluğu bayram edəcək. “Real”ın hesabında isə 36 çempionluq var.