• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Milliləşdirmə”dən və əcnəbi məşqçilərdən canımızı qurtarmalıyıq”

Ölkə futbolu

15-06-2022, 19:0

Yığmanın Millətlər Liqasının seçmə mərhələsində uğursuz çıxışı, ölkə futbolunda “milliləşdirmə” siyasətinə və əcnəbi məşqçilərə üstünlük verilməsi ciddi narazılıqla qarşılanır.

Budəfəki həmsöhbətimiz Tərlan Əhmədov da istisna deyil. Təcrübəli mütəxəssis öncə yığma ilə bağlı düşüncələrini dilə gətirdi:

“Yığma haqda deyiləcək nəsə qalmayıb. Ölkənin bir nömrəli komandasına milli adından başqa hər ad vermək olar. Yığmada yerli futbolçu, milli ruh, mübarizə, fədakarlıq yoxdusa, onu necə milli komanda adlandırasan?! Uzun illər “milliləşdirmək” adı ilə əcnəbiləri doldurdular yığmaya, nəticə də göz önündədi. Məgər uşaq futbolu tam yox olub, akademiyalarımızda perspektivli uşaqlar aradan qalxıb ki, bu qədər əcnəbiyə ehtiyac duyuruq? Normalda əcnəbi o halda yığmaya cəlb olunar ki, onlar yerli futbolçulardan ən azı ikibaş üstün oyun sərgiləsin. Əcnəbi məşqçini gətirərsən ki, yerli mütəxəssislərin bacarığı olmaya. De Byazi 5 müdafiəçi ilə oynayaraq hər dəfə məğlub olandan sonra mətbuat konfransında "oyunumuzda inkişaf var" deyib başımızı qatmalıdı? Müdafiə futbolu oynamaq lazımdı, amma qorxaraq qapıya sığınmaqla yox. Slovakiya ilə oyunda 5 yox, 6 müdafiəçi meydana buraxmışdı. Hələ müdafiəmeyilli dayaq yarımmüdafiçisi Qara Qarayevi də nəzərə alsaq, 7 müdafiəçi ilə oynayırdıq. 3 nəfərlə necə hücuma çıxıb fərqlənəsən? Mərkəz müdafiəçilərinin heç biri hücuma qoşula bilmir. Ramil Şeydayev və Renat Dadaşov kimi futbolçuların potensialından yetərincə istifadə olunmur. Bu gün Azərbaycandan başqa, bütün dünya futbol oynayır. Gəlin müharibə şəraitində olan Ukraynaya baxaq. Ölkənin həm əsas, həm U-21, həm də U-19 millilərinin “sükanı arxasında” və heyətindəki futbolçular yerlidi. Ona görə də meydanda ölüm-dirim savaşı aparırlar. Biz də həmin uğuru mini-futbolda göstərdik. 30 yaşdan yuxarı futbolçularımızın yer aldığı Azərbaycan millisi Avropa çempionu adını qazandı. Böyük tribunalar qarşısında çıxış edən əsas yığmanın sərgilədiyi oyunla futbolumuzun fatihəsi oxunanda, mini-futbol millimizin oyunçuları ölkə futboluna nəfəs verib ölməyə qoymadı. Başda Elşad Quliyev olmaqla futbolçuların hamısını ürəkdən təblik edirəm. Sağ olun ki, bayrağımızı ucaldaraq, Azərbaycan millisini çempionluğa daşıdız. Bundan sonra mini-futbolda uğurlarımızın davamının gələcəyinə inanıram. Mini-futbolda niyə çempion olduq? Çünki doğru strategiya seçildi, o istiqamətdə irəlilədilər və nəticə göz önündədi. Ən əsası, heyətin hamısı yerli futbolçulardı, meydanda cəngavər kimi döyüşdülər. Əsas millimizin inkişafı üçün heç bir strategiya, siyasət aparılmır. Ölkə çempionatında legioner limitinin artırılmasından, gənc yerli futbolçu oynatmaq məcburiyyəti aradan qaldırılandan sonra daha da tənəzzülə gedəcəyik. Hansı klubda çalışmışamsa, həmişə akademiyalarda perspektivli futbolçuları axtararaq, onların potensialını göstərməsi üçün irəli çəkmişəm. Hələ AZAL-a rəhbərlik etdiyim vaxtlarda dəfələrlə AFFA rəsmilərinə, həmçinin Ağasəlim Mircavadovla Vaqif Sadıqova təklif etmişdim ki, ölkə çempionatında hər bir klub öz yetirməsi olan gənc futbolçu oynatsın. Bu barədə idman jurnalistlərinə müsahibələrimdə də dönə-dönə vurğulamışam. Amma heç kim bu təklifi dəyərləndirmədi. Bu gün gənc futbolçuların yetişməməsindən dəm vuran şəxslər var. Məhz onlara demək lazımdı ki, yetərincə perspektivli uşaqlar var, onlara nə vaxt özlərini doğrultmaq üçün şans yaratdız? Çempionatda"7+4" limitinin tətbiq olunduğu, aşağı yaş qruplarından tutmuş əsas milliyə qədər "milliləşdirmə" bataqlığı olduğu mühitdə gənc futbolçu özünü necə doğrultsun? "Bakı" fəaliyyət göstərərkən yalnız çempionatımıza rəng qatıb, qitəmiqyaslı turnirlərdə ölkəmizi təmsil etmədi, həm də nə qədər gənc futbolçu üzə çıxardı. Bu gün azsaylı legioner həyatı yaşayanlardan Namik Ələskərov, Mahir Emreli kimi futbolçular məhz "Bakı"nın yetirməsidi. Həmin sözləri "Qəbələ" haqda da söyləmək olar. Bölgə təmsilçisinin akademiyasında Urfan Abbasov, Qismət Alıyev, Amin Seydiyev kimi futbolçular yetişdi. Hazırda Rüfət Əhmədov, Emil Səfərov kimi perspektivli gənclər diqqəti çəkir. İstənilən bölgədə uşaq futbolunun inkişafı üçün akademiyalar tikilsə və yaxşı kapital qoyulsa, mütləq perspektivli futbolçular üzə çıxacaq və ölkə futbolu dirçələcək. Sadəcə, vəzifədə futbolu bilən adamlar əyləşməlidi. “Milliləşdirmə”dən və əcnəbi məşqçilərdən canımızı qurtarmalıyıq. Həmçinin Canni de Byazini də yola salmağın vaxtıdı. Bu dediklərim həyata keçirilməsə, Azərbaycanda futbol adında idman növü olmayacaq”.

“Neftçi"nin sabiq veteran futbolçusundan Müşahidə Şurasının iclasında Samir Abasovla yolların ayrılması və vakant posta əcnəbi məşqçi axtarılması haqda qərara da münasibət öyrəndik:

"Fikir versəz, görərsiz ki, 1992-ci ildən bu yana ölkə çempionatında yerli məşqçilərin uğuru daha çoxdu, nəinki əcnəbilərin. Roman Qriqorçuk istisna olmaqla hansı əcnəbi futbolumuzda iz qoyub? "Neftçi" Avroliqanın qrupunda rəhmətlik Böyükağa Hacıyevin rəhbərliyi altında oynayıb, uzun illər sonra komandanı çempion edən yenə yerli mütəxəssis oldu. Bu vaxta kimi "ağ-qaralar"ı çalışdıran əcnəbi məşqçilərin hansı uğuru var? Düşünürəm ki, Samir Abasovu postunda saxlasaydılar, komanda üçün daha faydalı olardı. Klub rəhbərliyi əcnəbi məşqçiylə davam etmək qərarına gəlibsə, uğurlar diləyirəm".

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Yığma

4-06-2022, 21:0

Tərlan Əhmədov: "Azərbaycan futbolu yeni limit sistemi, 5 əvəzetmə sayı ilə məhv olacaq"

Aktual / Manşet

13-06-2022, 14:0

Emin Quliyev: “Yerli mütəxəssis dəvət olunsaydı, “Neftçi” daha çox uğur qazanardı” - AÇIQLAMA

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:27
    "Turan Tovuz" mövsümün ilk matçında qalib gəldi
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Dünən, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Dünən, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Dünən, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Dünən, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Dünən, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Dünən, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə