Yığma Millətlər Liqasına səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzmaqla başladı.
Uğursuz startın səbəbləri haqda Tərlan Əhmədovla danışdıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Mən daha bu haqda fikir bildirmək istəmirəm. Bir halda ki, fikir bildiririk, bir şey dəyişmir. De Byazi gəldiyi gündən kimə qalib gəlmişik? Millətlər Liqasında, dünya çempionatının seçmə mərhələsində qalibiyyətimiz yoxdu. Bu yarışa da məğlubiyyətlə başladıq. Limitdə dəyişiklik yığmaya pis təsir etdi. Heyətə baxırsan, çoxu "milliləşdirilmiş" futbolçudu. Bizdə də istedadlı futbolçular var. Bəs azərbaycanlılar hardadı? Bu milli yox, yığma komandadı. 8 "milliləşdirilmiş" futbolçu oynayırdı. Cəmi 3 nəfər Azərbaycanın yetirməsi idi. Onlarla heç nə edə bilmiriksə, Qazaxıstan da 10 əsas futbolçusu olmadan bizi məğlub edirsə, bundan sonrakı oyunlar necə olacaq? Azərbaycan futbolu yeni limit sistemi, 5 əvəzetmə sayı ilə məhv olacaq. İndiki məqamda bu dəyişikliklər lazım deyildi. Yerli futbolçular milliyə cəlb olunmalıdı. "Milliləşdirməni" yığışdırmaq lazımdı. Bu qədər "milliləşdirilən" futbolçu var. Amma nə nəticə, nə də xeyiri var. Bölgələrimizdə, akademiyalarımızda yetərincə istedadlı futbolçular yetişir. Azərbaycan futbolunu inkişaf etdirmək üçün "milliləşdirməni" bitirmək lazımdı. Çempionatda oynamayan futbolçuları "oyunçu yoxdu" deyib millidə oynadırıq. Əlbəttə, olmayacaq. Çünki düzgün struktur yoxdu, istiqamət səhvdi”.
ŞAİR ABDULLA