• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Levandovski özünü nankor və eqoist saymır

Dünya futbolu

10-06-2022, 20:0

Robert Levandovski ilə “Bavariya”arasındakı vəziyyət getdikcə mürəkkəbləşir.

"Football-plus.az" xəbər verir ki, Polşalı superbombardir son 8 ildə şərəfini qoruduğu Almaniya klubundan ayrılmaq istəyir. Karyerasında növbəti səhifə açmaq arzunda olan 33 yaşlı futbolçunun “Barselona”ya can atdığı da məlumdu. Lakin rəhbərlik kluba müqavilə ilə hələ bir il də bağlı olan Roberti satmaq niyyətindən çox uzaqdı.

Son günlər müxtəlif mənbələrə açıqlamalar verən Levandovski “Bild” qəzetinə müsahibəsində maraqlı məqamlarla bağlı sualları cavablayıb.

- “Bavariya”nı tərk etmək istəyini necə izah edirsən?

- Mən gedirəm, çünki həyatımda daha çox emosiya olmasını istəyirəm. Məni dinləmək istəmədilər. Artıq məndə nəsə sönüb və bunu bərpa etmək mümkün deyil. Bunu hətta peşəkarlığı qorumaqla da kompensasiya etmək qeyri-mümkündü. Dostlarımdan ayrılıram. Onlardan bəziləri ilə uzun illər birgə oynamışıq. Bir-birimizi az qala hər gün görmüşük. Bu əsl dostluqdu. Klubda uzun illər oynamısansa, zədə və ağrılara baxmayaraq, tam gücünlə mübarizə aparmısansa... Fikrimcə, hazırkı vəziyyətdən çıxış yolu tapılmalıdı. Həm də veriləcək qərar birtərəfli olmamalıdı. Sonradan arzuolunmaz vəziyyətə düşəcəyini bilən hansı oyunçu “Bavariya”ya gələr? Bəs loyallıq və hörmət kimi amillər hara yoxa çıxıb? Mən bu klubda 8 möhtəşəm il keçirmişəm, çox yaxşı adamlarla rastlaşmışam və bu halların beynimdə olduğu kimi qalmasını istərdim.

- “Bavariya”da emosiya yetərsizliyindən əziyyət çəkdiyini deməklə nəyi nəzərdə tutursan?

- Ötən həftə bu barədə uzun açıqlama vermişdim. Bu heç də gecikmiş fikir deyil. Mən jurnalistə saatyarımlıq müsahibə vermişdim, həm də bir neçə dəqiqə futboldan danışmışdıq. Amma bəzi məqamlarda fikirlərim təhrif olunub.

- Sənlə klub arasında yeni müqavilə mövzusunda danışıq olmayıb. Bu, sənin üçün ən məyusedici məqamdı?

- Artıq bu haqda danışmaq istəmirəm. Mən son 8 ildə birlikdə qazandığımız uğurlara görə “Bavariya”ya böyük hörmət bəsləyirəm. Bu klub və Münhen mənim evimə çevrilib. Burda özümü uzun illər ərzində xoşbəxt saymışam. Meydanda və ondan kənarda çoxlu əla adamlarla tanış olmuşam. Amma indi karyeramda yeni səhifənin açılmasını istəyirəm. Futbolçu həyatımda mənəvi planda dəyişikliyin olmasını istəyirəm. Bu, mənim fikrimdi.

- Komandadan getmək istəyinin azarkeşlərə necə təsir etdiyini anlayırsan?

- Komandanın və azarkeşlərin mənə bəslədiyi ümidləri doğrultmaq üçün həmişə əlimdən gələni etmişəm. “Bavariya”nın tərəfdarlarına dəyər verirəm. Onlar məni həmişə dəstəkləyiblər. İndiki vəziyyətdə dürüst olmasaydım, fanatlara münasibətdə ədalətsiz mövqe tutduğumu hiss edərdim. İndi onların böyük emosiyaların içində olduğunu bilirəm, amma azarkeşlərin məni nə vaxtsa anlayacaqlarına ümid edirəm.

- Özünü nankor və eqoist hesab edirsən?

- Yox, mən eqoist deyiləm. “Bavariya”da keçdiyim yolun əvvəlindən indiyədək nələrin baş verdiyini yaxşı bilirəm və buna çox böyük dəyər verirəm. Mən onu da bilirəm ki, son 8 ildə klubu və azarkeşləri məyus etməmək üçün bütün imkanlarımdan maksimum yararlanmışam. Bu qədər müddət arxada qalandan sonra indi karyeramda yeni mərhələnin yetişdiyini hiss edirəm.

- Amma kluba müqavilə ilə hələ bir il də bağlısan...

- “Bavariya”ya və onun qaydalarına hörmət edirəm. Lakin uzun müddətdən sonra dəyişiklik etmək klub və oyunçu həyatının bir hissəsi sayılır. Bu fikrimin eqoistlik sayılmayacağına ümid edirəm. Bəli, müqaviləmin müddəti bir ildən sonra başa çatacaq. Amma mən kluba indi nə hiss etdiyimi anlatmağa çalışmışam.

- “Bavariya” artıq sənin üçün arxada qalıb?

- Kluba və ictimaiyyətə müqaviləni yeniləməmək qərarına gəldiyimi bildirmişəm. Odu ki, gəlin, “Bavariya”dakı gələcəyim haqda danışmayaq. Mən bununla spekulyasiyalara son qoymaq istəmişəm.

- Necə düşünürsən, bu yay komandanı tərk edəcəksən?

- Bilmirəm. Müqaviləmin davam etməsinə görə klubdan mənə getməyə razılıq verməsini xahiş etmişəm. Fikrimcə, bu, mövcud vəziyyətdə ən yaxşı qərardı. Üstəlik, klubun məni satmaqla pul qazanmaq imkanı var. Mən başqa komandada daha bir neçə il sürəcək yeni çağırışı qəbul etmək arzusundayam. Bu, mənim istəyimdi. Məsələnin lap əvvəlindən hər iki tərəfi qane edəcək qərarı axtarıb tapmağın faydalı olacağını demişəm. “Bavariya” dünyanın ən böyük klublarından biridi. Bir çox əla oyunçunun arzuladığı klubdu. Rəhbərliyin məni müqaviləmin müddətinin sonuna qədər sıralarında saxlamaqdansa, satışımdan əldə ediləcək vəsaiti sərmayə kimi kluba qoyması “Bavariya”nın xeyrinə olardı. Hadisələri qabaqlamaq istəmirəm, məsələ bununla bağlı deyil. Söhbət ən yaxşı qərarın verilməsindən gedir.

- Amma rəhbərlik “Levandovski müqaviləsini yerinə yetirəcək” fikrini təkrarlamaqdan yorulmur.

- Bu haqda heç nə demək istəmirəm, ona görə ki, bu mövzuda çox danışılır və yazılır. Bəzi fikirlər ya təhrif olunur, ya da çox şişirdilir. Bunun sona çatmasını istəyirəm. Eskalasiya istəmirəm. KİV dünyası və futbol dünyası iki fərqli sahədi. KİV-də və cəmiyyətdə daim şayiə və emosiyalar baş alıb gedir. Real futbol dünyasında isə sakitlik, xüsusilə də transfer əməliyyatları aparılan dövrdə vacibdi. Bax, buna görə odun üstünə yağ tökmək istəmirəm. Emosiyalar soyumalıdı. Mən KİV vasitəsilə yox, sakit danışmaq istəyirəm. Münaqişələrin tez-tez manşetlərə çıxdığını bilirəm. Ancaq mən “Bavariya” ilə düşmən deyiləm. Bu kluba ən xoş arzularımı bildirirəm. Və rəhbərliyin də mənim kimi düşündüyünə şübhə etmirəm. Bax, buna görə əvvəlki kimi razılığa gələcəyimizə əminəm.

RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-05-2022, 18:0

Levandovski "Bavariya"dan ayrılmaq istəyir

Dünya futbolu

7-06-2022, 12:0

"Məni dinləmək istəmirdilər" - Robert Levandovksi

Dünya futbolu

6-05-2022, 18:0

Levandovski "Bavariya"dan gedir?

Dünya futbolu

23-05-2022, 23:0

"Barselona" Levandovski üçün "Bavariya"ya rəsmi təklif göndərib

---

14-05-2022, 19:0

Levandovski klubdan ayrılmaq istədiyini rəhbərliyə də dedi

Aktual
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
Son xəbərlər
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 210
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 201
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 189
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə