• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İnanmıram ki, De Byazi belə bir şey etsin” - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

1-05-2022, 22:0

24 turdan sonra “Səbail” 14 xalla premyer-liqanın sonuncu pilləsində qərarlaşıb.

Amma “dənizçilər” mövsümü bu yerdə bitirmək istəmir. Aftandil Hacıyevin komandasının növbəti “futbol ili”ndə iddialı olacağı haqda da xəbərlər yayılıb. Bu iddianı klub rəsmiləri və futbolçular da təsdiqləyir.

Adil Nağıyev cari mövsüm “Səbail”in heyətində ən çox oyun keçirən oyunçudu. Müdafiəçi 22 görüşdə 1 qol vurub, 1 məhsuldar ötürmə verib. Komandanın kapitanlarından olan Adillə əlaqə saxlayıb, bizi maraqlandıran suallar ətrafında söhbətləşdik.

- Ötən tur "Neftçi"yə minimal hesabla məğlub olduz. Rəqib azlıqda qalsa da, qələbə qazana bilmədiz. Bunun üçün nə çatmadı ?

- Həqiqətən çox yaxşı oynadıq. “Neftçi”yə qol imkanları belə vermədik. Bizim kifayət qədər şansımız oldu. Lakin istifadə edə bilmədik. Məncə, həmin gün bəxtimiz gətirmədi.

- Finişə 4 tur qalıb. Demək olar ki, son pillədə qərarlaşmamaq üçün "Sumqayıt"la mübarizə aparırsız. "Səbail" üçün bunun önəmi var?

- Qalan matçlarda yaxşı oynayıb, əhval-ruhiyyəmizi düzəltmək istəyirik. Əsas məqsədimiz sonuncu olmamaqdı.

- Növbəti tur Şamaxıya yollanırsız. Bu komanda son iki görüşdə 13 qol buraxıb. Onlarla oyunda asan qələbə qazana biləcəyinizi düşünürsən?

- Xeyr. Çətin səfər oyununa gedirik. Düzdü, rəqib son görüşlərdə böyükhesablı məğlubiyyətlərlə üzləşib. Lakin bizimlə qarşılaşmaya dönüş nöqtəsi kimi baxırlar. Şamaxıya qələbə qazanmaq üçün gedəcəyik. Amma əminəm ki, bizi çətin mübarizə gözləyir. İnşallah, sevinən tərəf olarıq.

- Növbəti mövsüm "Səbail"in iddialı olacağı deyilir. Bu xəbər səni sevindirir?

- Əlbəttə, sevinirəm. Növbəti mövsüm iddialı “Səbail” görəcəksiz. Bu təkcə məni yox, hamını sevindirir. Bundan əlavə, komandanın güclənməsi futbolumuzun inkişafı üçün çox yaxşı haldı.

- Yerli mediada gəzən söz-sohbətlərə görə, səni Xorvatiya və Türkiyədən istəyən klublar var…

- Transferimlə bağlı danışmaq istəmirəm. Çünki qarşıda 4 oyunumuz var. Mayda müqaviləmin müddəti bitir. Bundan sonra hər şey bəlli olacaq. İndi tək fikrim qarşıdakı oyunlara hazırlaşmaqdı.

- Sənin üçün Avropada oynamaq yaxşıdı, yoxsa Azərbaycanda qalmaq?

- Təbii ki, Avropada oynamaq daha yaxşıdı. Amma Avropanın normal çempionatlarında oynamaq istəyərəm. Hansısa ölkənin aşağı liqasında çıxış etməkdənsə, premyer-liqamızda mübarizə aparmaq daha yaxşıdı. Amma əsas məqsədim ölkəmi Avropada təmsil etməkdi. İnşallah, Azərbaycanı futbolu üçün yaxşı işlər görə bilərəm.

- Bizdə olan məlumata görə, "Sabah" da səni istəyir, Murad Musayevin diqqətini cəlb etmisən. Paytaxt klubuna keçmək istəyərsən?

- Yenə deyirəm, bu haqda danışmaq istəmirəm. İndi mövsümün bitməsini gözləyirəm. Nəsə desəm, hazırkı komandama haqsızlıq etmiş olaram. İnşallah, mövsüm bitsin, hər şeyə aydınlıq gələcək. Xeyirlisi nədisə, o da olsun.

- Ölkə futbolunda bir sıra dəyişikliklər gözlənilir. İllərdi Azərbaycan futbolundasan. Yeni dövr səni həyəcanlandırır?

- Əlbəttə, biz də istəyirik ki, çempionatımızın səviyyəsi daha da yüksəlsin. Komanda sayı bu il artır. Növbəti mövsümdən 10 klub premier-liqada mübarizə aparacaq. Bu həqiqətən futbolumuzun inkişafı üçün əla haldı.

- Böyük ehtimalla premyer-liqaya “Turan Tovuz” və “Kəpəz” gələcək. Bölgələrdə futbolun olması səni sevindirir?

- Əlbəttə! Gəncədə, Tovuzda futbola çox böyük həvəs var. Ordakı qarşılaşmalarda azarkeşlər çox olur. Elə səfərlərdə oynamaq həm çətin olur, həm də adama zövq verir. “Kəpəz”lə “Turan Tovuz” futbolumuzun tarixi klublarındandı. Onlar premyer-liqaya rəng qatacaq.

- Milli komanda da yayda yeni macəraya başlayır. Millətlər Liqasında uğur qazana bilərik?

- Yığma son vaxtlar uğursuz çıxış edərək bizi üzür. Hamımız yaxşı nəticələr gözləyir. Heç olmasa, gözəl mübarizə aparılsa, daha yaxşı olar.

- Lüksemburqla oyundan sonra yığmaya dəvət almadın. Canni de Byazinin sənin üstündən xətt çəkdiyini düşünmürsən?

- Böyük məşqçilər bir səhvlə futbolçunu silməz. Bu gün dünya futbolunda o qədər güclü müdafiəçilər səhvlər edirlər ki… İnanmıram ki, De Byazi belə bir şey etsin. Fikrimcə, mənə dəvət göndərəcək. Çünki hazırda özümü formada və yaxşı hiss edirəm. Düşünürəm ki, kifayət qədər də yaxşı oyun sərgiləyirəm.

- Yoxlama oyunlarına dəvət olunanlarla bağlı fikirlər müxtəlif idi. Sən necə, razı qaldın siyahıdan?

- Baş məşqçinin qərarıdı. Onun fikirləri ilə bağlı nəsə demək düzgün deyil. Ümumiyyətlə, bu barədə danışmaq istəmirəm.

- Hazırda premyer-liqada gərgin mübarizə gedir. "Qəbələ" və "Sabah" avrokuboklara qatılmaq üçün bir-biri ilə yarışır. Doğma meydanda "qırmızı-qaralar"ı darmadağın etdiz. "Şamaxı" ilə oyundan sonra rəqib "Sabah" olacaq. Derbidə də qələbə qazanıb "bayquşlar"ı büdrədə biləcəksiz?

- Həm “Sabah”, həm də “Qəbələ” avrokuboklara vəsiqə qazanmağa layiqdi. Fikrimcə, son turlarda daha inamlı oyun sərgiləyirik. Kiminsə oyununu düşünmürük. Sadəcə, qarşıdakı dördmatçda qələbə qazanmaq istəyirik.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Aktual / Premyer-liqa

30-05-2022, 21:0

"Səbail" onunla razılıq əldə etdi - ÖZƏL

Premyer-liqa

25-04-2022, 10:0

Aftandil Hacıyev üçün yubiley matçı

Manşet / Müsahibə / Günün xəbəri

3-06-2022, 12:0

Adil Nağıyev: “Yığmaya öz komandalarında oynamayanlar çağrılır, biz yox” - MÜSAHİBƏ

Ölkə futbolu

14-04-2022, 19:0

Emin Ağayev “Səbail”dən ayrılır? - AÇIQLAMA

Aktual
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
“Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
Son xəbərlər
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
  • Dünən, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Dünən, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
  • Dünən, 13:39
    Ter Ştegen komandasından ayrılacacaq
  • Dünən, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Dünən, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Dünən, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Dünən, 11:36
    Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
  • Dünən, 11:23
    PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
  • Dünən, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Dünən, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • 24-05-2026, 23:0
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • 24-05-2026, 23:0
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • 24-05-2026, 23:0
    "Şamaxı"nın legioneri millidə
  • 24-05-2026, 22:0
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • 24-05-2026, 22:0
    Marseldən Milana qayıdacaq
  • 24-05-2026, 22:0
    “Qarabağ”: üçü getdi, neçəsi qaldı?
  • 24-05-2026, 20:0
    Mourinyonun təyinatı niyə təxirə düşəcək?
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 211
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 204
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə