“Səbail”in məşqçilər korpusunda yer alan Emin Ağayevin növbəti mövsümdən iş yerini dəyişəcəyi haqda xəbərlər yayılıb.
Deyilənə görə, milli komandanın sabiq müdafiəçisi “Sumqayıt”a yollanacaq. Onun 2022/23 “futbol ili”ndə Aleksey Baqanın yardımçısı olacağı bildirilir.
Məsələyə aydınlıq gətirmək üçün “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq. Klub rəsmisi xəbəri təkzib etdi və belə planın olmadığını söylədi.
RƏŞAD
Emin Ağayev “Səbail”dən ayrılır? - AÇIQLAMA
Ölkə futbolu

