Aftandil Hacıyev üçün yubiley matçı

25.04.2022 10:30 596
Premyer-liqa
“Səbail” Aftandil Hacıyevin rəhbərliyi altında 100-cü çempionat matçını keçirib.

Bu yubiley premyer-liqanın 24-cü turuna təsadüf edib. “Neftçi” ilə ev matçı Hacıyev üçün 100-cü sınaq olub.

2018-ci ilin yayından Bakı təmsilçisini çalışdıran mütəxəssisin yetirmələri 4 mövsüm ərzində 26 qələbə qazanıb. “Səbail” Hacıyevin rəhbərliyi altında 21 heç-heçə edib və 53 dəfə uduzub.

"Neftçi" ilə matçda “dənizçilər” 0:1 hesabı ilə uduzub.