• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Adil Nağıyev: “Yığmaya öz komandalarında oynamayanlar çağrılır, biz yox” - MÜSAHİBƏ

Manşet / Müsahibə / Günün xəbəri

3-06-2022, 12:0

Premyer-liqanın 2021/22 mövsümü başa çatandan sonra "Səbail"də bəzi dəyişikliklər baş verdi.

Baş məşqçi Aftandil Hacıyevlə yolları ayıran "dənizçilər" Mahmud Qurbanovu bu posta gətirdi. Paytaxt təmsilçisi artıq yeni mövsüm üçün heyətin formalaşdırılmasına start verib. Bir çox futbolçularla yollar ayrılsa da, Adil Nağıyevlə yeni müqavilə bağlanıb. Müdafiəçi qarşıdakı iki ildə də komandanın uğrurları üçün çalışacaq. Adil 2021/22 mövsümündə 27 görüşdə meydana çıxaraq, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Mövsümün sonunda onunla bağlı xəbərlər medianın gündəmini zəbt etmişdi. Lakin futbolçu qalmağa üstünlük verdi. Bunun səbəbi nədi? Məsələ ilə bağlı fikirlərini öyrənmək üçün müdafiəçiylə əlaqə saxladıq. Nağıyevlə “Səbail”lə yenidən anlaşmasından, klubun gələcək planlarından və milli komandanın qarşıdakı oyunlarından danışdıq.

- Klubunla yenidən 2 illik müqavilə bağladın. Belə qərar verməyinə nə səbəb oldu?
- “Səbail”dən ayrılmışdım. Çünki bəzi məsələlərdə anlaşa bilmirdik. Başqa kluba keçməyə yaxın idim. Amma sonradan Mahmud müəllim əlaqə saxladı, görüşdük. Rəhbərliklə də danışığımız oldu. Məni başa düşdülər və şərtlərimi qəbul etdilər. Bu səbəbdən də “Səbail”də qaldım. İnşallah, hər iki tərəf üçün xeyirli olar.

- Mediada xəbərlər çıxmışdı ki, səninlə başqa ölkələrin klublarə yaxından maraqlanır. Ölkəni tərk etməyinin qarşısını nə aldı?
- Bəziləri ilə danışıqlarımız oldu. Amma ad açıqlamaq istəmirəm. Düzünü desəm, ürəyimcə olan təkliflər deyildi. Bu səbəbdən də ölkə xaricinə getmək haqda düşünmədim. Burda qalmaq daha yaxşıdı.

- “Sabah”ın baş məşqçisi Murad Musayevin səni istədiyi deyilirdi. Bu komandaya keçidin niyə alınmadı?
- Vallah, “Sabah”dan kimsə mənimlə əlaqə saxlamayıb. Heç kimlə danışığımız olmayıb.

- “Səbail”, demək olar ki, heyəti sıfırladı. İndi yeni komanda formalaşdırılır. Gələnlərə uyğunlaşmaq sənin üçün çətin olmayacaq?
- Yenə komanda olacaq. İnanıram ki, yaxşı kollektiv yığılacaq. Bir-birimizə qısa zamanda uyğunlaşacağıq. “Səbail”i tərk edən futbolçulara uğurlar arzulayıram.

- Aftandil Hacıyevlə də yollar ayrıldı. Artıq yeni baş məşqçi Mahmud Qurbanovdu. “Kəpəz”də və milli komandada qısa müddət çalışsa da, daha sonra ancaq divizionda işləyib. 2 mövsüm öncə rəhbərlik etdiyi “Neftçi-2”ni çempion etməyi bacarıb. Səncə, “Səbail”də uğurlu ola biləcək?
- Mahmud müəllim böyük futbol karyerası olan məşqçidi. Neçə illərdi futbolun içindədi. Məncə, yaxşı komanda formalaşdıracaq və “Səbail”də uğur qazanacaq.

- Gəzən söhbətlərə görə, “Səbail”in büdcəsi 6-8 milyon manat olacaq. Belə maliyyəsi olan klub avrokubonlara vəsiqə qazanmaq uğrunda oynamalıdı. Sizə bu haqda nəsə deyilib?
- Vallah, büdcənin nə qədər olduğunu bilmirəm. Amma məlumatım var ki, artırılır. Rəhbərlik istəyir ki, iddialı komanda formalaşdırılsın. Maddiyyat futbolda böyük rol oynayır. Büdcəmiz yaxşı olsa, düşünürəm ki, güclü komanda formalaşdıra, nəticə qazana bilərik.

- Komandanın Avstriyaya təlim-məşq toplanışına gedəcəyi bildirilir. Bu, sizə kömək ola bilər?
- Təlim-məşq toplanışının harda olacağını bilmirəm. Amma ölkə xaricinə getsək, çox yaxşı olar.

- Millimiz üçün yeni həyəcan - Millətlər Liqasının oyunları başlayır. Bu dəfə nəsə edə biləcəyik?
- Milli komandadan həmişə yaxşı nəticə gözləmişik. Son vaxtlar uğursuzluqlar sıralanır. Ümid edirəm ki, bu dəfə yaxşı nələrsə alınacaq. İnşallah, futbolçularımız bayrağımızı yüksəklərə qaldırıb, dövlətimizi layiqincə təmsil edəcəklər.

- De Byazinin komandası ardıcıl 4 matça hazırdı?
- Qrupdakı bütün rəqiblərlə oynaya bilərik. Hamısı münasibdi. Lakin oyunları gözləmək lazımdı. Bəzən favorit olmayan komandalar özünü yaxşı tərəfdən göstərir. İndidən nəsə demək olmur.

- Marek Hamşik Slovakiyada millisində karyerasını bitirdi. Bu amil onlarla oyunda yığmamızın işinə yaraya bilər?
- Hamşik Slovakiya millisinin əfsanəsidi. Böyük karyerası olan futbolçudu. Amma indi millidə oynamayacaq. Lakin sizi əmin edə bilərəm ki, Slovakiyada yenə də güclü futbolçular var.

- “Qəbələ”dən yığmaya kimsə çağrılmadı. Rəqib olsaz da, səncə, bu komandadan kimsə buna layiq deyildi?
- Belə şeylərin olması futbolumuz üçün yaxşı deyil. “Qəbələ” çempionatda 4-cü sırada qərarlaşıb, ölkəmizi avrokuboklarda təmsil edəcək. Bu komandanın heyətindən ən azı 2-3 nəfər millinin düşərgəsində olmalı idi.

- Bu mövsüm 27 matçda meydanda olsan da, milliyə dəvət almadın. Bunun səbəbi nədi?
- Açığı, dəvət gözləyirdim. Bu mövsüm çox yaxşı çıxış etmişəm. Bütün matçlarda meydanda oldum. Bu, baş məşqçinin qərarıdı. Amma mənə çox pis təsir etdi. Öz komandamızda həmişə oynayırıq, meydanda canımızı qoyuruq, amma başqaları dəvət olunur. Halbuki onlar çempionat matçlarında meydana çıxmır. Elə bu səbəbdən də yığma nəticə qazanmır. Yenə də başımı aşağı salıb, işimi görəcəm. Çağıracaqlar, meydanda canımızı qoyub, nəticə qazanmağa çalışacağıq. Dəvət etməsələr də, canları sağ olsun.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Aktual / Premyer-liqa

30-05-2022, 21:0

"Səbail" onunla razılıq əldə etdi - ÖZƏL

Premyer-liqa

31-05-2022, 15:0

"Səbail" onunla müqavilə müddətini uzatdı

Premyer-liqa

2-06-2022, 20:0

"Səbail" onunla da müqaviləni uzatdı

Ölkə futbolu / Premyer-liqa

26-05-2022, 17:0

"Səbail"in yeni baş məşqçisi məlum oldu - RƏSMİ

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
Daha çox
Oxunub: 153
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 88
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə