• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Özü yıxılan ağlamaz! - Murad Musayevin istefa qərarı gücsüzlüyün etirafıdı

Manşet / Yazarlar

3-02-2024, 12:0

“Sabah” – “Qarabağ” oyunu bitəndən sonra Murad Musayevin “vikipediya” səhifəsinə baxdım.

Sadə bir səbəbdən: “Krasnodar”la hansı şəraitdə vidalaşdığını öyrənmək istəyirdim. 2021-in aprelində “Krasnodar”dan məhz 0:5-ə görə ayrıldığını görəndə barmağımı dişlədim. Ey dili-qafil, növbəti istefanın astanasındayıq ki…

Nə münəcciməm, nə də səmavi qüvvələrlə hansısa əlaqəm var. Amma kor-kor, gör-gör, özünə hörmət edən istənilən məşqçi məhz belə qərar verməliydi ki, Murad Oleqoviç də verdi. Hadisələrin xronoloji ardıcıllığına nəzər salmaqla yanaşı, Musayevin qərarını şərtləndirən səbəblər, eləcə də ölkəmizdə bu qərardan sonra “Sabah” rəhbərliyinin az qala “topa tutulması” ilə bağlı fikirlərimi bölüşmək istəyirəm.
Çərşənbə axşamı “Qarabağ”dan sarsıdıcı məğlubiyyət alan rusiyalı mütəxəssis ertəsi klub rəhbərliyi ilə görüşərək uğursuzluqlara son qoymağı bacarmadığını və istefa vermək istədiyini deyir. Rəhbərik onun indiyə qədər gördüyü işləri, xidmətini nəzərə alaraq düşünməyi təklif edir. Amma Musayev inadkarcasına getmək istəyir və srağagün bu qərar ictimaiyyətə açıqlanır.

Bildiyiniz kimi, baş məşqçi oyunsonrası mətbuat konfransında da günahı boynuna almışdı. Amma biz “Qarabağ”la oyunun nəticəsinə bir qədər geniş prizmadan yanaşmalıyıq. Murad Oleqoviç kubok yolu ilə avrokuboklara qatılmağın, indiki amansız rəqabət şəraitində çempionatda da 3-cü yeri tutmağın mümkünsüzlüyünü anlayır və belə demək mümkünsə, silahı yerə qoyur. Bu, “Partizan”la həmin o mənhus səfər oyunundan bəri davam edən uğursuzluqlar seriyasının məntiqi sonudu. Həvəsiniz varsa, bir daha yada salaq. Evdə “Partizan”ı yerlə yeksan edən, minimum 5 qol vurmalı olan “Sabah” avqustun 17-də keçirilən cavab görüşündə penalti seriyasında uduzmaqla vətənə əli ətəyindən uzun qayıtdı. Bu məğlubiyyət “tələbələr”ə necə təsir etdisə, bir də oktyabrın 21-nə - “Sumqayıt”la ev oyununa qədər qələbəyə həsrət qaldılar. Aqoniyanın, çıxılmazlığın ilk əlamətlərini yaşayan Murad bəy müntəzəm hakimlərlə mübahisə edir, gərginlik mənbəyinə çevrilir. Klub rəhbərliyi isə bütün bunları səbirlə izləyir, Azərbaycan standartları üçün YETƏRİNCƏ BAHA OLAN mütəxəssisin qarşısına minimum hədəf qoyur: qış fasiləsinə ilk “5-lik”də yollanmaq! Musayev bu vəzifənin öhdəsindən gələ bilmir, Aleksey İsayevi itirsə də, normal toplanış keçir və əlinin altındakı oyunçularla da qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəyini həm mediaya deyir, həm də beynində düşünür. Burdaca bir haşiyə çıxmaq istəyirəm. Son bir ildə Aleksey Kaşuk, Coy-Lens Mikels, Aleksey İsayev, Ceyhun Nuriyev kimi aparıcı oyunçular komandadan ayrılsa da, Murad Oleqoviç İCTİMAİYYƏT ÖNÜNDƏ BİR DƏFƏ DƏ NARAZILIQ ETMƏYİB, susmaq isə bütün hallarda razılıq əlamətidi.

Daha bir prinsipial məqamın üzərinə gəlmək istəyirəm. Azərbaycanın futbol ictimaiyyətində, xüsusən də jurnalistlər arasında gəzən, rəhbərliklə baş məşqçi arasında mümkün fikir ayrılığı və hətta münaqişə ilə bağlı versiyaya. Məhz bu yazının eşqinə düşəndə klub prezidenti Maqsud Adıgözəlovun, idman direktoru İqor Ponomaryovun müxtəlif qaynaqlara, eləcə də “Futbol+”ə verdiyi açıqlamaları bir daha gözdən keçirdim. Heç bir yerdə nəinki narazılığın ifadəsinə, hətta bu yöndə yüngülcə işarəyə belə rast gəlmədim. Hətta Maqsud bəy “Murad klubumuzun bir hissəsi olub, bir hissəsidi və bəlkə gələcəkdə də olacaq” deyir. Musayev özü də sevimli mətbu orqanına – “championat.com”a gündə bir açıqlama verir. Sonuncu açıqlamasına baxaq:

“Klub rəhbərliyi ilə ideal münasibətlərimiz var. “Sabah”a gələndə klubun inkişafı, maliyyə ilə bağlı mənə verilən bütün vədlər yerinə yetirilib. Düşünürəm ki, bu qərar hamıya fayda verəcək”.

Bir daha vurğulayıram, yetərincə baha, Rusiya 1-ci liqasının lideri Mahaçqala “Dinamo”sunun məhz maliyyə şərtlərinə görə xidmətindən yararlana bilmədiyi Musayev arada heç bir münaqişə olmadığını deyir, komandanı böhrandan çıxarmaq baxımından gücsüz olduğunu dərk və etiraf edir, biz isə inadla onu haqlı çıxarmağa çalışırıq. İnciməyin məndən, ancaq belə yanaşmanın və baxışın futbola dayanan heç bir izahı yoxdu!
Musayev nə Kloppdu, nə Qvardiola, nə də Ançelotti. Qurban Qurbanov heç deyil. Bu gün onu yalandan hədsiz yuxarı qaldırmaq, büt kimi görmək ən azı Roman Qriqorçukla Kaxaber Sxadadzenin burda qoyub getdiyi irsə hörmətsizlikdi!

Əlbəttə, ölkəmizdə çalışdığı iki il üç ayda faydalı işlər gördü, “Sabah” məhz bu mütəxəssislə yeni inkişaf mərhələsinə qədəm qoydu, tarixində ilk dəfə avrokuboklara qatıldı. Amma bütün bu proseslərin gedişində klub rəhbərliyi də daim onun yanında oldu, Murad Oleqoviçə “gözün üstə qaşın var” deyən olmadı. Nə yazıq ki, bu mütəxəssis “Partizan”la o lənətəgəlmiş oyundan sonra komandanın düşdüyü böhrandan çıxmağın yollarını heç cür tapa bilmədi. Epizodik hallarda çıxış yollarını tapmış kimi göründü, amma bu “Sabah” heç cür 2022/23 mövsümündəki, hətta “Qarabağ”a “əlcək atmaq” dərəcəsində böyüyən “Sabah”a bənzəmədi. Səntirləyə-səntirləyə irəliləyən Murad Oleqoviç 1:7-dən sonra birdəfəlik yıxıldı, yerdə qaldı.

Bəlkə də qınanılası adam Qurban Qurbanovdu ki, heç kimə rəhm etmir, 7:1-ləri sıralamaqla baş məşqçilərin karyerasını yarımçıq qoyur. Bizə isə yalnız Murad bəyə “özü yıxılan ağlamaz” demək və gələcək karyerasında uğurlar arzulamaq qalır. Yaxşı, onun istefasından sonra “Sabah”ın sabahı işıqlı olacaqmı? Bu isə tam başqa yazını mövzusudu. Necə deyərlər, yaşayarıq, görərik!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

1-02-2024, 11:0

Murad Musayev istefa verdi

Aktual
"Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
“Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
"Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
"Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
"Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
Son xəbərlər
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
  • Dünən, 16:27
    "Qəbələ"də növbəti ayrılıq
  • Dünən, 16:10
    Premyer-liqanın püşkü nə vaxt atılacaq?
  • Dünən, 15:56
    "Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
  • Dünən, 15:42
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 15:14
    Üç muşketyor başlayır!
  • Dünən, 14:56
    "Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
  • Dünən, 14:43
    “Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
  • Dünən, 14:01
    “Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
  • Dünən, 13:46
    "Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
  • Dünən, 13:24
    AFFA prezidenti komandalarımıza uğurlar arzuladı
  • Dünən, 13:05
    Qritseviçlə Jitari təcrübəsiz, Hüytiya təcrübəlidi...
  • Dünən, 12:53
    “Sabah” püşkatmada üçüncü səbətdə yer alacaq
  • Dünən, 12:39
    “Xankəndi” üç futbolçusu ilə vidalaşdı
  • Dünən, 12:08
    Amin Ramazanov "Sabah"da
  • Dünən, 12:00
    “Sabah”a böyük ümidlərlə
  • Dünən, 11:52
    “Sabah” – “Nyu Seynts” matçına neçə bilet satılıb? – hələ minlərlə boş yer var!
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 242
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 203
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 129
Axırıncı dəfə olsun, Elvin!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə