• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Prezidentdən ilk nota, PFL Əsasnaməsinin tələbi... - KÖŞƏ

Manşet / Yazarlar

29-01-2024, 11:0

Misli premyer-liqasında “Qəbələ”nin fiaskosu davam edir. Bölgə təmsilçisi hələ də özünə gələ bilmir. Nə millimizin oyunlarıyla, nə də mövsümün yarılanmasıyla bağlı fasilə “qırmızı-qaralar”ın dərdinə çarə tapılmasına bəs etdi.

4 qələbə, 2 heç-heçə, 13 məğlubiyyətdən sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komanda elitanı tərk etmək təhlükəsiylə üz-üzədi. Halbuki cari mövsüm start götürəndə futbol ictimiyyətinin əksər üzvləri məhz Elmar Baxşıyev amilini qabardaraq komandanın növbəti parlaq “futbol ili”ni yaşayacağını qeyd edirdi.

İndi isə durum fərqlidi. Görünür, Elmar Baxşıyev ona olan güvən və vaxt limitini doldurmaq üzrədi. Bəs bunu nəyə əsasən iddia edirik? “Qəbələ”nin prezidenti Fariz Nəcəfovun “sports.az” saytına dediklərini dinləyək: “Belə söz-söhbət haqda nə özüm fikirləşirəm, nə də digər komanda üzvlərimizə məsləhət görürəm. Penalti epizodunda şübhəli məqamlar haqqında danışılsa da, mən məğlubiyyətimizi öz səhvlərimizlə əlaqələndirirəm! Daha çox çalışmalıyıq. Səhv limitimiz tükənir...”

Fariz bəy bu sözləri Misli premyer-liqasının 19-cu turunun “Qəbələ” – “Sumqayıt” (0:1) oyununda yaşanan məlum penalti epizodu və məğlubiyyətin səbəbləri haqda danışarkən deyib. Göründüyü kimi, prezident günahı nə hakimdə, nə də hansısa gizli qüvvələrin “uzun əl”ində yox, məhz özlərində axtarır. Anlaşılır ki, rəhbər hansısa qərəzdən şübhələnmir. Məqsəd Elmar Baxşıyevin fəaliyyətinin qane etmədiyini vurğulamaq və verilən vaxtın azaldığını etiraf etməkdi. Hər halda, baş məşqçiyə əvvəlki uğurlarına görə bir neçə ay şans tanındı. Amma rəhbərlik də yaxşı anlayır ki, Elmar bəy də daxil olmaqla, heç kimin “Qəbələ”ni premyer-liqadan uzaqlaşdırmağa haqqı yoxdu. Əlbəttə, burda komandanın əsas fanklubu “Red-Black Army”nin narazı qaldığı məqamları rəhbərliklə görüşdə qətiyyətlə dilə gətirməsinin və müəyyən tələblərinin olmasının da rolu böyükdü. Fariz bəy haqlı olaraq, Qəbələ şəhər stadionunda “istefa” şüarlarının ucalmasını istəmir! Bəs vəziyyət nədən bu yerə gəlib çıxdı? İlk növbədə Elmar bəyi suçlayacağıq. Hər halda, baş məşqçi özü də dəfələrlə bütün məsuliyyətin çiyinləri üzərində olduğunu dilə gətirib. İşin maraqlı tərəfi mütəxəssisin istefa vermək niyyətində olmamasıdı.

Maraqlıdı ki, o, bir neçə dəfə “rəhbərliyin mənim haqda verəcəyi hökmə razıyam” deyib. Amma özü də vəziyyəti görür axı. Belədə anlaşılır ki, istefa verməsi “yuxarılar”ın “get” deməsindən daha çətin görünür Baxşıyevə. Daha dəqiqi, sakitcə “qələminin qırılacağı” günü gözləyir... Günahkar axtarışında ikinci hədəf məhz rəhbərlikdi. Niyə? Hər halda, daha yaxşı futbolçuların transfer edilməsi üçün müəyyən addımlar atmaq olardı. Pul yoxdu? O zaman geridə qalan aylar ərzində bu problemin aradan qaldırılması üçün ciddi işlər görülməliydi. Əlbəttə, rəhbərliyin səhvlərini və ya bacarıqsızlığının da başverənlərdə böyük payı var. “Qəbələ”nin 1-ci liqaya yuvarlanmaq təhlükəsiylə üz-üzə qalması sizi heç narahat etmirmi? Anlaşılmaz sükutun, gen-bol səbrin, sanki avrokuboklara namizədlər arasında imiş kimi davranış göstərməyin mənası nədi?! Niyə məhz indi, çempionat yarılanandan sonra yaşananlara reaksiya verilir?!

Komandaya gəlincə, futbolçular arasında münasibətlərin tam normada olmadığını hər kəs bilir. Dəfələrlə etiraf edilib. Nizam-intizam qaydalarının tez-tez pozulması, vacib epizodlarda yol verilən anlaşılmaz səhvlər, nə hücum, nə də müdafiə xəttində güc birliyinin olmaması, liderin yoxluğu və s. və i.a. Təbii ki, bunu turnir cədvəlinin “zirzəmi”sində qərarlaşmalarıyla əlaqələndirirlər. Məşqçilər korpusunun fikrincə, çıxılmaz vəziyyət üzündən kollektiv üzərində ciddi təzyiq var. Bəs peşəkar futbolçuların belə durumlarda sərgilədiyi mübarizlik, əzmkarlıq, motivasiya hara yoxa çıxıb? Ən əsası, hücumçular niyə qol vura bilmir? Samuel Tetteh üç, Osama Xalayla iki dəfə fərqlənibsə Ülvi İsgəndərovla Sənan Ağalarov heç nə ilə yadda qalmayıb. “Qırmızı-qaralar”ın 33 top buraxmasını qeyd etməkdə də fayda var.

Beləliklə, premyer-liqanı tərk etmək üçün ən real namizəd “Qəbələ”di. Baxmayaraq ki, futbol ictimaiyyəti bunun əleyhinədi. Amma PFL Əsasnaməsi belə demir! Yəni qanunlar yetərincə amansız və hamı üçün eynidi. Odu ki, bir müddət sonra mərhəmət axtarmamaq üçün indi rəqiblərə rəhm etməmək zamanıdı!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

27-03-2022, 23:0

"Qəbələ"nin mübarizəsi "Sabah"la deyil" - Elmar Baxşıyevdən iddialı AÇIQLAMA

Premyer-liqa / Manşet

18-12-2023, 01:0

Elmar Baxşıyevin səhhətində problem var? - Klub rəsmisi həqiqəti açıqladı

Ölkə futbolu / Manşet

9-12-2023, 17:0

Elmar Baxşıyev istefanın astanasında

Aktual / Premyer-liqa

14-12-2023, 16:0

Elmar Baxşıyev yola salınır? – rəhbərlik cavab verdi

Ölkə futbolu / Manşet

12-12-2023, 16:0

“Elmar Baxşıyev sona qədər klubda qalmalıdı” – mütəxəssis rəyi

Aktual
"Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
“Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
"Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
"Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
"Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
Son xəbərlər
  • Bu gün, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Bu gün, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
  • Dünən, 16:27
    "Qəbələ"də növbəti ayrılıq
  • Dünən, 16:10
    Premyer-liqanın püşkü nə vaxt atılacaq?
  • Dünən, 15:56
    "Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
  • Dünən, 15:42
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 15:14
    Üç muşketyor başlayır!
  • Dünən, 14:56
    "Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
  • Dünən, 14:43
    “Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
  • Dünən, 14:01
    “Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
  • Dünən, 13:46
    "Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
  • Dünən, 13:24
    AFFA prezidenti komandalarımıza uğurlar arzuladı
  • Dünən, 13:05
    Qritseviçlə Jitari təcrübəsiz, Hüytiya təcrübəlidi...
  • Dünən, 12:53
    “Sabah” püşkatmada üçüncü səbətdə yer alacaq
  • Dünən, 12:39
    “Xankəndi” üç futbolçusu ilə vidalaşdı
  • Dünən, 12:08
    Amin Ramazanov "Sabah"da
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 204
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 129
Axırıncı dəfə olsun, Elvin!
Oxunub: 129
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə