• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Xankəndidə futbol bayramı: alındımı? - KÖŞƏ

Ölkə kuboku / Yazarlar

25-12-2023, 20:0

Gözlənilən hadisə, futbol bayramı srağagün gerçəkləşdi.

Düzdü, ölkə kubokunun təşkilatçısı olan PFL bu dəfə səlahiyyətlərini Gənclər və İdman Nazirliyinə “bağışlamışdı”, kubok oyunu ilə bağlı hazırlıq məxfi şəkildə aparıldı, hadisələrin belə axarından narazı olan yüzlərlə adam var, iş o yerə çatdı ki, oyuna təyinat alan hakimlər briqadasının tərkibi yalnız dekabrın 21-də açıqlandı, belə önəmli qarşılaşmanın idarəçiliyinin ölkənin ən məşhur hakimi Əliyar Ağayevə yox, Əli Əliyevə tapşırılmasının da səbəbini bilmirik. Amma qoy olsun, zamanı gələndə bu məqamlara qayıdarıq. Gerçəklik isə budu ki, lap 15 minlik stadiona 4590 tamaşaçı toplaşsa da, tamaşa-bayram baş tutdu.

Dövlət başçısı İlham Əliyev də stadionaa təşrif buyurmuşdu. Prezident rəmzi şəkildə topa ilk zərbəni vurdu. Nəticənin necəliyindən asılı olmayaraq, Xankəndidə keçirilən, sadəcə, futbol matçı deyildi, həm də tarixi an, düşmənə silahsız güc nümayişi və bölgəyə idmanın dönməsinə işarə idi. Elə bir dövrdəyik ki, müharibədə top-tüfənglə qələbə çalmaqla heç də tam zəfər qazanılmır. SSRİ Əfqanıstanı darmadağın etdi, 12 il sonra ABŞ həmin ölkəni xarabaxanaya çevirdi. Bir qədər sonra “yankilər” İraqı da eyni ssenari üzrə viran etdilər. Rəsmi şəkildə amerikalılar müharibələrdən qalib çıxdı, amma gerçəkdən məğlub oldular. Çünki nə həmin ölkələrdə ABŞ-ın nüfuzu artdı, nə okeanın o tayından demokratiya  ixrac olundu, nə də günahsız insanların qanının axıdılmasına son qoyuldu. Bu gün də həmin məmləkətlərdə qan axır, milyonlarla insanın haqqı pozulur. Qısası, Azərbaycan bədnam Ermənistanı məğlub edərkən nə onun xalqını aşağıladı, nə mövcud hakimiyyəti devirdi, nə də bu kimi başqa əməllərə əl atdı. Ölkəmizdə nə qədər xoşagəlməz hallar olsa da, ən azı bu gün Azərbaycan dövləti dünyaya göstərir ki, biz vandal deyilik. Həmçinin Qarabağa qayıdış, Şuşada mədəni tədbirlərə evsahibliyi, Xankəndidə futbol matçının təşkili, eləcə də digər bölgələrdə yenidənqurma işlərinin həyata keçirilməsi göstərir ki, biz ermənilərdən və onların havadarlarından, əsas da fransızlardan daha çox sülhdə, birgəyaşayışda, mehriban qonşuluqda maraqlıyıq. Əksi olsaydı, bu gün azad olunan tarixi torpaqlarımızda mədəni tədbirlər keçirilməz, çoxlu sayda hərbi texnika daşınar, oralarda ancaq yeni-yeni hərbi birliklər yaradardıq. Hansı ki, bunu da etmək iqtidarındayıq. Amma dövlətimizin qanunlarının əsası olan Ana Yasanın 9-cu maddəsinin 2-ci bəndində deyilir ki, "Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir". Həmçinin 10-cu maddədə vurğulanır: "Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur". Bəli, ermənilərə və bizə qarşı ikili standart yeridən, qərəzli mövqe tutan Qərbə, Avropaya göstəririk ki, yazılan qanunlara əməldə də sadiqik. Ən azı işğalçı, qəsbkar, cani deyilik. Xankəndinə insanlar yalnız futbol seyr etməyə getməmişdi. Həm də illərlə Stepanakert adlandırılan və hayların qəsb etdiyi tarixi yurdumuza getdik, onun havasını qoxladıq, torpağında addımladıq və bizə bugünü yaşadan qəhrəman şəhidlərimiz, qazilərimizə qarşısında baş əydik. Bundan sonra da Xankəndi stadionu futbol matçları ilə yanaşı, ölkə və beynəlxalq səviyyəli digər tədbirlərə evsahibliyi etməlidi. Kinomuzun avanqardlarından olan Fəxrəddin Manafovun da nitqiylə açılışlar etməliyik. Həmçinin qısa zamanda Xankəndinin 1927-ci ildə yaradılan futbol komandasını bərpa etməliyik. Artıq yalnız Xankəndi şəhəri, stadionu ilə yox, eyniadlı klubu ilə də ölkə futbolunda yerini tutmalıdı. 

Stepanakert yoxdu, Xankəndi var. Artsax yoxdu, Qarabağ var! Qarabağ da Azərbaycandı!

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

25-12-2023, 11:0

“Əlbəttə, biz problemləri bilə-bilə bu işə başladıq” - PFL yenidən Xankəndidə oyun təşkil etməyə hazırdı

Ölkə kuboku / Manşet

5-12-2023, 18:0

“Xankəndidə - stadionda bütün jurnalistlərə cavab verəcəm” – Samir Ələkbərovdan şok açıqlama

Ölkə futbolu / Manşet

23-12-2023, 23:0

Əliyar Ağayev Xankəndidəki matça niyə təyinat almayıb? - Şok cavabı ÖZÜ VERDİ

Ölkə kuboku / Manşet

10-12-2023, 23:0

“Çəkiliş üçün hansısa problem yoxdu” – “CBC Sport” Xankəndidə?

1-ci liqa / Manşet

3-12-2023, 16:0

“Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, Xankəndidə yaxşı oyun sərgiləyək"

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə