Çoxları tarixi oyunun ölkənin ən məşhur hakimi Əliyar Ağayevə və ya bir başqa FİFA referisinə həvalə olunacağını gözləyirdi. Lakin PFL-in matçda bir neçə saat qalmış açıqladığı siyahıda onun adını görmədik. Görəsən, səbəb nə imiş?
Əliyar Ağayev "Football-plus.az”ın sualını belə cavabladı:
"Qarşılaşmanın referisi Əli Əliyev 44 günlük Vətən müharibəsinin fəal iştirakçılarından olub. Dördüncü hakim Kamal Umudlu və yan xətt hakimi Taleh Məmmədov da ikinci Qarabağ müharibəsinin veteranlarıdı. Şirməmməd Məmmədova gəlincə, səhv etmirəmsə, onun yaxın qohum və ya dostu şəhid olub. Mən isə bu müharibələrdə iştirak etməmişəm. Təyinatlar məhz bu amil nəzərə alınaraq verilib".
KƏNAN BAHADIR





