İşğaldan azad olunan Xankəndinə futbol qayıdır. Həmin gün Xankəndi şəhər stadionunda ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qarabağ” MOİK-lə qarşılaşacaq. Təbii ki, oyunun yayını "CBC Sport"un üzərinə düşür. Bəs görəsən, stadion texniki baxımdan bu prosesə nə dərəcədə hazırdı? Bununla bağlı kanalın xəbərlər departamentinin rəhbəri Şəmsəddin Abbasovun fikirlərini öyrəndik:
"Hazırda danışıqlar gedir. Bizim texniki heyət həmişə istənilən çəkilişə hazırdı. Stadiona PFL-in, Gənclər və İdman Nazirliyinin rəsmiləri baş çəkərək mövcud infrastrukturla tanış olublar. Çəkiliş üçün hansısa problem yoxdu".
[b]GÜNAY SÜLEYMANOVA




