“Xankəndidə - stadionda bütün jurnalistlərə cavab verəcəm” – Samir Ələkbərovdan şok açıqlama

5.12.2023 18:21 1 822
Ölkə kuboku / Manşet
Dekabrın 21-də futbol üzrə ölkə kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyununun Xankəndi şəhər stadionunda keçiriləcəyi ilə bağlı xəbərlərin intensivliyi artıb.

Hələ ki bu mövzuda rəsmi açıqlama olmasa da, hər şey gün kimi aydındı. Biz bu gün vaxtilə Xankəndi “Qarabağ”ın formasını geymiş nadir azərbaycanlılardan biri olan Samir Ələkbərovla əlaqə saxladıq. Hiss-həyəcanını öyrənməyə çalışdıq:
“Mən orda olacam. Oyundan sonra Xankəndidə - stadionda bütün jurnalistlərə cavab verəcəm”.


Veteran futbolçunun açıqlamasından da başa düşmək olar ki, “Qarabağ” – MOİK oyunu Xankəndidə keçiriləcək.

MİRKAMAL KAZIMZADƏ