• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Milli komandaya laqeydliyin zirvəsi – cəmi 4446 tamaşaçı!

Yığma / Manşet

17-10-2023, 13:0

Milli komanda dünən təxminən 6 illik fasilədən sonra Tofiq Bəhramov adına Respublika stadionunun qazonu üzərinə çıxdı.

Bilindiyi kimi, idman qurğusu şəhərin mərkəzində yerləşir və 31200 tamaşaçı tutumuna malikdi. Komandanın ötən cümə səfərdə Estoniyanı məğlub etdiyini, məkanın, havanın və başlama saatının münasibliyini nəzərə alıb, dünən stadiona daha çox azarkeşin gələcəyini güman edirdik. Əslində səhər saatlarında bütün xoş gözləntilər “dəfn olundu”. Saat 11.00-da cəmi 4661 biletin satıldığı haqda rəsmi məlumat yayıldı. Oyunun başlama saatına qədər sayda "partlayış" olacağını düşünmək isə reallıqla uzlaşmırdı. Belə də oldu. Matçın start fitinə 1 saat qalmış artıq stadiondaydıq. Boş sektorların çoxluğu ümidlərin suya düşdüyünü sübut edirdi. Halbuki baş məşqçi Canni de Byazi və kapitan Emin Mahmudov bir gün əvvəl azarkeşləri stadiona çağırmışdı. Nə yazıq ki, yığma ən müxtəlif səbəblərdən bu ölkənin azarkeşlərinin maraq dairəsində deyil. Maraqlıdı ki, oyunun protokolunda tamaşaçı sayı cəmi 4446 nəfər göstərildi. Bir sözlə, milli komandaya laqeydliyin zirvəsindəyik!

Rəqib üçün ayrılmış sektorda Avstriyadan gələn qonaqların sayı az deyildi. Üstəlik onlar başdan sona qədər sevimli komandalarını şüar və ruhlandırıcı jestlərlə dəstəklədilər. Bu halın matç bitəndən sonra da 15-20 dəqiqə davam etdiyini də deyə bilərik. Çünki Avstriya yığması bu qələbə sayəsində qitə çempionatının final mərhələsinə vəsiqə qazandı. Bəs biz? "Milli hooligans" yığmamızı tək qoymamışdı. Vaxtaşırı olsa da, qol istəklərini dilə gətirir, vacib epizodlarda komandamıza dəstək olur, digər tərəfdən rəqibə təzyiq göstərməyi unutmurdular. Oyunun çox sönük keçdiyini qeyd etməkdə fayda var. Düzdü, qonaqlar hesabı açandan sonra tribunalarda müəyyən canlanma hiss olundu. Lakin millimizin qol epizodlarını boşa verməsi azarkeşləri sevincli yox, məyus reaksiyalara vadar edirdi. Qəzəbli uğultulara isə matçın son dəqiqələrində şahidlik etdik. Çünki hər iki komandanın futbolçuları arasında yaşanan münaqişə, təhqir kimi mənfi hallar gərginliyi son həddə çatdırmışdı. Yaxşı ki, baş hakim vaxtında müdaxilə edib sarı vərəqələrlə aranı sakitləşdirdi. Hələ Toralın qol vurmağa borclu olduğu epizodu demirik. Qaçırılan qol imkanı azarkeşləri sarsıtdı.

Girişdə vurğuladığımız kimi, yığma uzun fasilədən sonra “Bəhramov”a təşrif buyurmuşdu. Təəssüf ki, stadiona gələn bir ovuç azarkeş də evə kor-peşman qayıtdı. Rəqibə gəlincə, komandada toy-bayram ab-havası var idi. Avstriyalılar hətta baş məşqçi Ralf Raqnikin mətbuat konfransının keçirildiyi otağa hücum etməkdən də çəkinmədi. Pivə butulkalarıyla otağa daxil olan futbolçular pivəni masanın üzərinə, oturacaqlara, Ranqinik başı üstündən aşağı tökdülər. Nə deyək... De Byazi biz jurnalistlərin sevinməyi bacarmadığını deyir. Görünür, rəqiblər bizi məğlub edə-edə, xoşbəxt olmağı öyrəniblər...

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

16-10-2023, 14:0

Azərbaycan - Avstriya matçına az sayda bilet satılıb

Çempionlar Liqası

9-07-2022, 12:0

13438 bilet sahibini gözləyir

Çempionlar Liqası

13-07-2022, 13:0

"Qarabağ"ın İsveçrə klubu ilə oyununun başlama saatı bəlli oldu

Ölkə futbolu / Manşet

30-09-2022, 15:0

“Dəstək baxımından da bu stadionlar daha uyğundu” - AÇIQLAMA

Yığma / AÇ

14-10-2023, 15:0

Canni De Byazi Bakıda, Ralf Ralqnik Vyanada

Aktual
"Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
"Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
“Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
Son xəbərlər
  • Bu gün, 00:15
    "Zirə" "Qarabağ"la eyni gündə oynamayacaq
  • Dünən, 23:58
    "İmişli" hücumçu transfer etdi
  • Dünən, 23:27
    Azərbaycan idmanının iki ulduzu UFC Fight Night Baku ərəfəsində bir araya gəldi
  • Dünən, 23:04
    Messi dünya çempionatında qol sayını 18-ə çatdırdı! - DÇ gecəsi
  • Dünən, 22:49
    Kürasaolu qapıçı matça damğa vurdu
  • Dünən, 22:18
    "Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
  • Dünən, 21:54
    Növbəti oyunu buraxa bilər
  • Dünən, 21:20
    İyulun 7-si, saat 20.00 - "Sabah" üçün tarixi an
  • Dünən, 20:55
    La Liqaya çıxan 3-cü komanda məlum oldu
  • Dünən, 20:24
    Olisenin Madridə yollanacağı dəqiqdi?
  • Dünən, 19:53
    Şotlandiya ilə oyunu buraxacaq
  • Dünən, 19:20
    Zanyolo harda qərar tutacaq?
  • Dünən, 18:59
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Dünən, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Dünən, 17:27
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 16:56
    “Qarabağ”ın heyətində kimlər yer alıb? - SİYAHI
  • Dünən, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Dünən, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
  • Dünən, 15:23
    "Qarabağ" iki qapıçı ilə yolları ayırdı
  • Dünən, 14:52
    "Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
  • Dünən, 14:31
    “Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
  • Dünən, 14:10
    Millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib?
  • Dünən, 13:59
    Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
  • Dünən, 13:28
    Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
  • Dünən, 12:57
    "İmişli"də ayrılıq
  • Dünən, 12:36
    "Araz-Naxçıvan"dan növbəti transfer
  • Dünən, 12:15
    AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
  • Dünən, 11:54
    "Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi
  • Dünən, 11:23
    Qurban Qurbanov Elvini bağışladı! - əsas komandayla birgə Tirola yollandı
  • Dünən, 10:52
    “Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
  • Dünən, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Dünən, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Dünən, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Dünən, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 195
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 191
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə