Canni De Byazi Bakıda, Ralf Ralqnik Vyanada

14.10.2023 15:36 222
Yığma / AÇ
AÇ-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - Avstriya matçından əvvəl mətbuat konfransı və açıq məşqlərin vaxtı bəlli olub.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi sabah, saat 18.30-da görüşün baş tutacağı "Dalğa Arena"da media nümayəndələrinin qarşısına çıxacaq.

19.00-da isə yığmanın açıq məşqi gerçəkləşəcək.

Qonaqların baş məşqçisi Ralf Ranqnikin mətbuat konfransı isə Avstriyada olacaq. Almaniyalı mütəxəssis saat 12.15-də Vyanadakı "Ernst Happel" stadionunda jurnalistlərin suallarını cavablandıracaq. Açıq məşq isə 19.00-da eyni arenada reallaşacaq.

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq oyun saat 20.00-da start götürəcək.

Avstriya ötən gün Belçikaya evdə 2:3 hesabı ilə uduzub, Azərbaycan isə səfərdə Estoniyaya qalib gəlib - 2:0.