• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fərid Qarazadə: “Həqiqətən də hər şey saat mexanizmi kimi işləyirdi”

Aktual / Çempionlar Liqası

16-06-2023, 15:0

İyunun 10-da İstanbulda Çempionlar Liqasının final matçı baş tutdu. Atatürk Olimpiya Stadionunda keçirilən görüşdə “Mançester Siti” “İnter”i 1:0 hesabıyla məğlub edərək tarixində ilk dəfə bu turnirin qalibi oldu. Görüşü izləmək üçün İstanbula yollananlar arasında azərbaycanlılar da var idi. Onlardan biri bloger – “Futbolda Maraqlı Anlar” səhifəsinin admini Fərid Qarazadə idi.

"Football-plus.az" olaraq onunla əlaqə saxlayıb, qardaş ölkədə keçirilən görüşlə bağlı təəssüratını öyrəndik:


“Mən bundan əvvəl 3 dəfə UEFA Superkubokunda könüllü kimi çalışmışdım. Bakıda keçirilən Avropa Liqasının finalında da işləmişdim. İstanbuldakı oyun mənim üçün 5-ci final idi. Qeyd etdiklərimdən daha nüfuzlu görüş olduğuna görə, təşkilatçılıq da xeyli fərqlənirdi. ÇL-in finalı İstanbulda bir dəfə koronavirusa görə təxirə salınmışdı. İkincidə isə İngiltərə klubları son oyuna vəsiqə qazanmışdı. Pandemiya səbəbindən İstanbula gəlməkdən imtina etmişdilər. Üçüncü cəhddə bu şəhər arzusuna çatdı. Hava limanına enərkən şəhərdə ÇL ab-havası hiss olunurdu. Şəhərin fərqli yerlərində tablolar quraşdırılmışdı, reklam afişaları var idi. “Yeni qala” adlanan böyük ərazidə isə Çempionlar Liqasının festivalı keçirilirdi. Azarkeşlər 5 gün ərzində burda əyləndilər. Qarşılaşmadan 4 gün əvvəl və 1 gün sonra sponsorlar tərəfindən hazırlanan stenddə kubokla şəkil çəkdirə bilirdilər. İnsanlar maraqlı müsabiqələrdə hədiyyələr qazanırdı. Futbola aid attraksionlar quraşdırılmışdı. Uşaqlar üçün xüsusi zonalar var idi. Çalışmışdılar ki, oyuna bileti olan da, olmayan da Çempionlar Liqasının ab-havasını hiss etsin.

Oyundan bir gün əvvəl turnirin əfsanələri arasında matçlar keçirildi. Uşaqlıqda televizorda həsədlə baxdığım bütün futbolçular orda idi. O qədər oyunçu var idi ki, bilmirdin hansına baxasan. Çox maraqlı ab-hava yaranmışdı. Düzdü, bura giriş əvvəlcə bəzi fanatlar üçün qeydiyyatla idi. Sonradan sponsorların keçirdiyi viktorinalar sayəsində giriş bileti əldə etmək mümkün oldu. Bir də qeyd edim ki, əfsanələrin matçından əlavə, hər gün həmin oyunun keçirildiyi meydanda çoxlu görüşlər keçirildi. Bir dəfə Nihat Kahveci ilə Ümid Davala qonaq oldu. Onlar zəlzələdən əziyyət çəkən insanların övladları ilə futbol oynadı. Bir dəfə də Kaka BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına dəstək olmaq üçün oyun keçirdi.

Fərqli layihələr azarkeşlər tərəfindən olduqca maraqla qarşılandı. Deyərdim ki, İstanbuldakı final başqalarından keyfiyyətinə görə çox fərqləndi. İşçi sayı, azarkeşlərin axını çox idi. Demək olar ki, İstanbulun hər yerində, əsasən də “Taksim” və “İstiqlal caddəsi”ndə ingiltərəli və italiyalı fanatları görmək olardı. Nəqliyyatla bağlı problem yox idi. “Yeni qala” festival zonasından avtobuslar təşkil olunmuşdu. Bileti olanlar üçün bundan istifadə etmək pulsuz idi. Bundan başqa, metroya giriş də akkreditasiyası və bileti olanlar üçün ödənişsiz idi. Bu nəqliyyat vasitəsi 24 saat işlədi. Deyə bilərəm ki, İstanbul final yükünün altından çox uğurlu şəkildə çıxa bildi. Bundan əlavə, nəqliyyatla bağlı xırda dəyişikliklər etmişdilər. Həm metrolar, həm də avtobuslar iki yerə bölünmüşdü. Həm hər dayanacaqda duranlar var idi, həm də birbaşa hansısa nöqtəyə işləyənlər. Qısaca, azarkeşlərin mənzil başına rahat çatması üçün əllərindən gələn hər şeyi etmişdilər. Açığı, şəhərin mərkəzində britaniyalılar daha çox nəzərə çarpırdı. Lakin oyuna 1 saat qalmış “İnter”in əsas fanklubu olan “Kurva Sud”un möhtəşəm dəstəyi hiss olunmağa başladı. Onların 5-6 min üzvü metronun çıxışından stadiona doğru birlikdə hərəkət etdi. Sözün əsl mənasında ultraslıq edirdilər. İnsanlara yol açaraq birlikdə eyni şüarları səsləndirirdilər.

Belə deyim də, görüşdən əvvəl neytral azarkeşlər “Mançester Siti”nin qələbə qazanmasını istəyirdisə, italiyanların bu dəstəyini görəndən sonra “İnter”ə rəğbətləri yaranırdı. Televiziorda da gördüz. Qarşılaşma başlamamış möhtəşəm xoreoqrafiya yaratdılar. Onlara yad bir arenada bunu bacarmaq, sadəcə, mükəmməl idi. Bu güclü təşkilatlanmaq və kluba sevgi tələb edir. Oyundan öncə də fanatların stadiona daxil olmasında heç bir problem yaranmadı. Bilirsiz ki, Parisdəki finalda azarkeşlər stadiona gec daxil olmuşdular deyə, qarşılaşmanın startı bir qədər yubandı. Metrodan çıxandan sonra polislər və görüş üçün gətirilən stüardlar biletlərlə akkreditasiyaları yoxlayırdı. Bunlar yox idisə, müəyyən bir nöqtədən sonra arenaya yaxınlaşa bilmirdin. Könüllülərin, işçi heyətinin, media nümayəndələrin girişi ayrı idi. VİP-sektorda xüsusi qırmızı xalça sərilmişdi.

Azərbaycandan media nümayəndəsi kimi Vüsal Ayazlı, Ayaz Qurbanov, Teymur Məmmədov və Kərim Abbasov İstanbulda fəaliyyət göstərdi. Onlar da təsdiq edərlər ki, media tribunası çox böyük idi. Buna baxmayaraq, heç kim narazı qalmadı. Həqiqətən də hər şey saat mexanizmi kimi işləyirdi. Hər kəs öz işini o qədər dəqiq görürdü ki, 2-3 dəqiqədə böyük səhnə qurulurdu və yerinə qaytarılırdı. Final fiti səslənəndən az sonra mükafatlandırma mərasimi üçün səhnə quruldu. Maraq üçün qeyd edim ki, oyundan sonra “Mançester Siti” meydanı çox gec tərk etdi. Holann az qala dünyanın bütün media şirkətlərinə açıqlama verdi. Arenada bir çox əfsanələri görmək olardı. Anri, Fabreqas, Vieyra, Del Pyero, Semih Şəntürk görüşdən öncə fləşzonadan canlı yayınlar aparırdı. Bir sözlə, möhtəşəm ortam var idi. Belə deyim, küçədə yeriyəndə belə şəhərin mərkəzində hansısa canlı əfsanəyə rast gəlmək olurdu. Məsələn, mən Robbi Kinlə qarşılaşdım. Amma çox adam onu tanımadı. Ona yaxınlaşanda özü belə gülümsədi.

Bir sözlə, ÇL-in finalını hər kəs yaxından hiss etdi. Oyun zamanı mərkəzi sektorlarda “Mançester Siti”yə azarkeşlik edən ərəbləri də görmək mümkün idi. Çox stressli idilər. Bu məni təəəcübləndirdi ki, “Mançester Siti”yə belə bağlılığı olan ərəblər var? Bundan əlavə, bir çox azərbaycanlı azarkeşlər də görüşü izləyirdi. Düzdü, televiziya çəkilişində bayrağımız görünmədi. Amma bir çox azarkeş üçrəngli rəmzimizlə qarşılaşmanı izləməyə gəlmişdi. Mən “Neftçi”nin gürcü futbolçusu Vato Arveladze ilə görüşdüm. Qara Qarayevi gördüm. Görüşdən sonra “Mançester Siti” azarkeşləri bir çox futbolçunu yaxından görmək şansı əldə etdi. Polislər və stüardlar müəyyən məsafəyə kimi yaxınlaşmağa icazə verirdilər. Hansısa maneə yaratmadılar. Düzdü, qalan kütlə o qədər də çox deyildi. Hardasa 100-150 nəfər var idi. Onlar sona qədər Hollann, De Bruyne və Qvardiolanı yaxından görmək şansı əldə etdi”.


İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Aktual / Dünya futbolu

13-06-2023, 14:0

Çempionlar Liqasının finalını izləyən azərbaycanlı jurnalist: “İlk dəfə idi ki, belə vahiməli ortam görürdüm”

Çempionlar Liqası

17-03-2023, 15:0

1/4 final mərhələsinin püşkü atıldı - Çempionlar Liqası

Çempionlar Liqası

17-03-2023, 11:0

Mövsümün son püşkü atılacaq - Çempionlar Liqası

Çempionlar Liqası

11-06-2023, 14:0

ÇL-in finallarında 1:0 ənənəsi pozulmadı

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • 10-07-2026, 22:0
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • 10-07-2026, 22:0
    Mançesterdən Madridə yollandı
  • 10-07-2026, 21:0
    Florensiyanı tərk etdi
  • 10-07-2026, 21:0
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 137
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə