Azərbaycan Üzgüçülük Federasiyası Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnir keçirəcək.
"Football-plus.az" xəbər verir ki, yarış mayın 12-13 tarixlərində Bakı Su İdman Sarayında təşkil olunacaq.
Turnirdə 20-yə yaxın komanda müxtəlif yaş qruplarında öz gücünü sınayacaq. Açılış mərasimi mayın 12-də olacaq.