Bakıda beynəlxalq turnir keçiriləcək

14.03.2023 11:55 289
İdman
Azərbaycan Minifutbol Federasiyasının(AMF) dəstəyi ilə may ayının 1-dən 6-dək Bakıda beynəlxalq turnir keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir may ayının 1-də start götürəcək. Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri iştirak edəcək. Yarışın qalibi may ayının 6-da müəyyənləşəcək. Qeyd edək ki, oyunları beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlər idarə edəcəklər.

Qeyd edək ki, oyunlar Bakı Tennis Akademiyasında keçiriləcək.