• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Militao ona daha çox problem yaradan futbolçunun adını açıqladı - MÜSAHİBƏ

Dünya futbolu / Müsahibə

5-05-2023, 22:0

“La Saeta Rubia” “teleqram” kanalının əməkdaşı “Real”ın əsas müdafiəçilərindən biri Eder Militao ilə söhbətləşib.

"Football-plus.az" xəbər verir ki, ölkə kubokunda və Çempionlar Liqasında qələbə uğrunda mübarizə aparan madridlilərin ulduzlarından biri bəzi maraqlı məqamlara aydınlıq gətirib.

- 2019-cu il. “Real”ın heyətində dəfələrlə Çempionlar Liqasının qalibi olan Serxio Ramos, Rafael Varan və Naço Fernandes çıxış edir. Belə ciddi rəqabət fonunda səni məhz “Real”ı seçməyə nə vadar etdi? Heyətdə yerə və oyun praktikasına görə narahat deyildin?
- “Real”da oynamağı həmişə arzulamışam. Həmin il bir neçə komanda təmsilçilərimlə təmasa keçmişdi, hətta konkret təkliflər də almışdım. “Real”ın təklifi heç də birincilər sırasında deyildi, sonradan gəldi. Əlbəttə, komandada Serxio, Rafa və Naçonun olduğunu bilirdim, ancaq bu məqam məni çəkindirmək əvəzinə cəlb edirdi: yalnız onu düşünürdüm ki, hər gün bu futbolçularla yanaşı məşq etməklə, oynamaqla nə qədər çox şey öyrənə bilərəm. Bu klubun şərəfini qorumaq arzum o qədər böyük idi ki, çox fikirləşmək istəmədim. Çox gənc idim, ilk mövsümdə o qədər də çox oynamayacağımı anlayırdım, ancaq onu da bilirdim ki, inadkarcasına çalışmaqla özümə heyətdə yer qazanmağım mümkündü.

- İlk vaxtlarda o qədər də çox oyun praktikası qazanmadın. Bunun öhdəsindən necə gəldin, az oynadığın halda yaxşı təsir bağışlamağı necə bacardın?
- Bir saniyə də olsun, çalışmaqdan yorulmadım. Bu “Real”dı. Burda ya sən özünü elə ilk oyunlardan göstərməlisən, ya da çantalarını yığa bilərsən. Hara gəldiyimi anlayırdım. Əlbəttə, çətin, oynamadığıma görə məyusluq yaşadığım dönəmlər də olub, ancaq heç vaxt baş məşqçi və komanda yoldaşlarım üçün problemə çevrilmək istəməmişəm. Mənə etibar etmirlərsə, deməli, bu etimadı qazanmalıyam. 4 və ya 5 oyun ehtiyatda qala bilərdim, ancaq bilirdim ki, 6-cı oyunda şans qazanacam, buna hazır olmalıyam. “Soyuq baş”ı qorumaq və inadkarcasına çalışmağı davam etdirmək lazımdı. Belədə gec-tez istədiyinə nail olacaqsan.

- “Real”dakı 4 mövsüm ərzində iki fərqli məşqçi – Zinəddin Zidan və Karlo Ançelotti ilə çalışmısan. Onlarla qarşılıqlı əlaqəni necə qiymətləndirirsən və adı çəkilənlər arasında hansı önəmli fərqləri qeyd edərdin? Hər biri oyununa hansı özəlliklər qatıb?
- Zizu ilə çox yaxşı münasibətlərim olub, Ançelotti ilə də belə münasibətlər davam edir. Ola bilsin, Karlo oyunçularla daha yaxındı, sanki biz onunla dostuq. Zidan mənə imkanlarımı, güclü və zəif tərəflərimi anlamaqda, bunlar üzərində işləməkdə yardım etdi. Ançelotti isə mənə tam bir özünəinam aşıladı, taktiki planda oyunu daha yaxşı “oxumağım” üçün çalışdı. Onlar oxşardı. Hər biri oyunçuya daha yaxşı olmaqda, özü üçün yeni imkanlar açmaqda yardım edir. Sən səmimilik, etimad, hörmət hiss edirsən. Bu məşqçilərin yanaşmasını bəyənirəm.

- Meydanda hansı rəqiblərə qarşı oynamaq sənin üçün daha çətindi? Bu yöndə konkret hansısa oyunçunu fərqləndirə bilərsənmi?
- Son bir neçə il ərzində çoxlu səviyyəli futbolçuya qarşı oynamışam. Neymar, Messi, Mbappe, Levandovski, Mane, Jezus. Birini fərqləndirmək çətindi, ancaq yəqin ki, Mbappeyə qarşı daha çətin olub. O, çox yaradıcıdı. Oyuna hazırlaşarkən rəqibin sevimli fəndlərini daim nəzərə almalısan. Çempionlar Liqasının finalında oynayanda bilirdim ki, Maneyə çox yaxınlaşmağa dəyməz, çünki dayaq zonasına yalançı təkanlar etməklə yarımmüdafiəçilərdən biri və ya Salah üçün boş zona yaratmağı xoşlayır. Eləcə də hərəkət təzini tez dəyişir – belə oyunçuya çox yaxın olmaq təhlükəlidi. Levandovskidə izə vəziyyət fərqlidi – ona topla dönməyə imkan vermək olmaz. Ona qarşı maksimum dərəcədə sıx oynamaq, ötürməni alana qədər “bağlamaq” lazımdı. Ancaq Mbappe fərqlidi. O, oyunun gedişində yeni imkanlar axtarır, bunları icad edir. Ona qarşı bir üslubda oynayırsan, ancaq 5 dəqiqə sonra artıq sənə başqa üslub təklfi edir. Kilian ona qarşı sıx oynadığımı görəndə oyundaşlarından artıq ayağa yox, qaçış istiqamətinə uyğun ötürmələr istəyir. Mən ona qarşı dərindən oynayıb boş zona vermək istəməyəndə ayağına top almaq üçün meydanın mərkəzinə doğru meyillənir. Yəni daim üslubunu dəyişir. İstənilən müdafiəçi üçün ən çətin forvard hərəkətlərini müəyyənləşdirməkdə çətinlik çəkdiyinizdi. Hücumçunu yaxşı öyrənibsizsə, onu saxlamağın yolunu tapacaqsız. Ancaq bir hücumçu oyunun gedişində daim üslubunu dəyişirsə, anlamalısız ki, duellərinizin taleyini detallar və millisaniyələr həll edəcək.

- Ötən yay dayaq zonasının çoxillik liderlərindən biri Kazemiro komandanı tərk etdi. Kroosun dediyinə görə, bu gediş komandada müəyyən taktiki dəyişikliklərə səbəb olub. Həmin dəyişikliklər müdafiənin mərkəzində işə necə təsir göstərdi? Kazemironun gedişindən sonra yeni reallıqlara uyğunlaşmaq üçün sən öz oyun üslububda nəyisə dəyişdinmi?
- Dəyişikliklər əsasən yarımmüdafiəçilərin çiyninə düşdü, onların topsuz hərəkət vektorları dəyişdi. Mənlə bağlı iki dəyişiklik var: indi daha tez-tez ötürmə ilə topu irəli çıxarır və dayaq zonasına qaçıram ki, oyundaşlarıma rəqibi “bağlamaqda” yardım edin. Biz yalnız çox ağıllı yarımmüdafiəçini yox, həm də böyük iş görən futbolçumuzu itirdik. Bunu kompensasiya etmək lazım idi. Mən, Alaba, Rüdiger və ya Naço indi 20-25 yox, 30-49 metr ərazini qapamalıyıq.

- Eder, dəfələrlə sənin qeyri-adi peşəkarlığını və meydana can atmağını görmüşük. Hətta zədələrdən ağrı çəkəndə də meydanda qalmısan. Bu isə sənin çempion xarakterindən xəbər verir. Özündə bu xarakteri necə tərbiyə etmisən?
- Düşünürəm ki, bu, ailədən gəlir. Mən sadiqlik, təvazökarlıq və hörmət dəyərləri üzərində tərbiyə almışam. Həmişə komandaya görə və azarkeşlər önündə böyük məsuliyyət hiss edirəm. Futbolçular yaxşı yaşayır – başqalarıyla müqayisədə problemimiz azdı. Ancaq stadiona gələn və heç də böyük olmayan maaşından bilet üçün pul ödəyən azarkeş futbolçudan maksimum fədakarlıq görməyi haqq edir. Və buna hörmət etmək, özünü tam oyuna vermək lazımdı. Həmişə qalib gələ bilmərik, ancaq çalışmağa və güc qoymağa borcluyuq. Atam həmişə mənə deyirdi ki, həyatda ən asan seçim təslim olmaq və mübarizəni dayandırmaqdı. Tərbiyəmə görə valideynlərimə çox minnətdaram. Bunun sayəsində məndə komandam üçün sona qədər mübarizə aparmağa imkan verən xarakter formalaşıb. Yalnız 100 faiz güclə oynaya və faydalı ola bilməyəcəyimə əmin olandan sonra meydandan gedəcəm.

- David Alaba ilə çox yaxşı tandem yaratmısan. İlk oyunlardan belə təəssürat yarandı ki, artıq illərdi birgə oynayırsız. Qısa müddətdə qarşılıqlı anlaşmanın belə səviyyəsinə necə nail olduz?
- David çox açıq və səmimi adamdı. İlk gündən məni yönəltdi, yaxşı oynamağıma yardım etdi. Bir-birimizin yalnız güclü yox, zəif yönlərini də bilirik. Bu isə bir-birimizi tamamlamağımıza imkan verir. Nə vaxt özümün irəli getməli, nə vaxt isə bu işi Davidə buraxmalı olduğumu bilirəm. Və o da məni nə vaxt “sığortalamalı” olduğunu bilir.

- Cəmi 25 yaşının olmasına baxmayaraq, “Real”ın heyətində 100-dən artıq oyun keçirmisən, çoxlu titul qazanmısan. Karyeran boyunca Madriddə qalmaq və klubun əfsanələrindən biri olmaq istəyirsənmi?
- Bu yalnız məndən asılı olsaydı, karyeramın sonuna qədər dəqiq Madriddə qalardım. “Real”ı sevirəm və bu klubun tarixinə düşmək istəyirəm. Roberto Karlos, Ronaldo, Marselo, Kazemiro və başqaları kimi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-05-2022, 18:0

"Real" onunla müqaviləni 6 illik uzatdı

Dünya futbolu

24-07-2022, 11:0

Militao ata oldu

Dünya futbolu

7-04-2022, 16:0

"Real"da ciddi itki - Cavab oyununu buraxacaq

Çempionlar Liqası

29-05-2022, 01:0

"Real" Çempionlar Liqasının qalibi oldu - YENİLƏNDİ

Dünya futbolu

1-10-2022, 17:0

“Real” 5 futbolçu ilə bağlı plan qurub

Aktual
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Son xəbərlər
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • 26-05-2026, 23:0
    Premyer-liqada hamını arxada qoydu
  • 26-05-2026, 23:0
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • 26-05-2026, 23:0
    Parislilərə parad qadağası
  • 26-05-2026, 22:0
    Qitə çempionunda “Real”lı yoxdu!
  • 26-05-2026, 21:0
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • 26-05-2026, 21:0
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • 26-05-2026, 20:0
    Alleqri gözlənilən aqibəti yaşadı
  • 26-05-2026, 20:0
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 234
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 174
“Kiminsə Mənsimovlarla problemi var deyə, Lənkəran 100 il futbolsuz qalmalıdı?” - “Xəzər Lənkəran”ın rəsmisi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə