Rəhman Hacıyev "Kəpəz"də qaldı

27.05.2026 12:25 9
Ölkə futbolu
"Kəpəz" daha bir futbolçu ilə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

"Sarı-göylər" Rəhman Hacıyevlə "1+1" illik müqavilə imzalayıb. Cinah yarımmüdafiəçisi bu ilin yanvarında Gəncə təmsilçisinə qoşulub. Hacıyev geridə qalan mövsümdə 16 oyuna 2 qol vurub.

"Kəpəz" bunadək Dioqo Verdaşka ilə müqaviləni yeniləyib.