• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çempion bəllidi, başqaları 2-3-cü pillələri müəyyənləşdirsin” - MÜSAHİBƏ

Dünya futbolu / Müsahibə

5-05-2023, 20:0

“Qalatasaray” hələ də Türkiyə çempionatında lider olduğu üçün “Fənərbaxça” və “Beşiktaş”la müqayisədə çempionluq şansı daha yüksək sayılır.
“Football-plus.az” xəbər verir ki, amma son həftələrdə “Cim-Bom” inamlı təsir bağışlamır. Komanda son 6 turda 18 mümkün xaldan yalnız 10-nu qazanıb. Bu üzdən əzəli rəqiblər xal fərqini azaltmağı bacarıb. Fərq azaldıqca gərginlik də artır. “Qalatasaray”la “Fənərbaxça”nın münasibətləri son günlərdə tam pozulub və gərinlik zirvə nöqtəsinə çatıb. “Fənər”in başqanı Əli Koçun federasiya prezidenti Mehmet Büyükekşini ziyarət etməsindən sonra “Qalatasaray” başqanı Dursun Özbək də acığa düşərək eyni addımı atmışdı. Əzəli rəqiblər, demək olar, hər gün söz davasındadı. Bu gedişlə 37-ci turun “Qalatasaray” – “Fənərbaxça” derbisində vətəndaş müharibəsi olmasa, yaxşıdı... Dursun Özbək srağagün iştrirak etdiyi bir tədbirdə gündəmə dair açıqlamalar verərkən, təbii ki, “Fənərbaxça”nı və Əli Koçu “sancmağı” da unutmadı.

“Beşiktaş”a məğlubiyyət, sadəcə, bir yol qəzasıdı
* Çempion olacağımızla bağlı heç bir tərəddüdümüz yoxdu. Fanatlarımızda da olmasın. Ötən bazar günü qeydə alınan nəticə (“Beşiktaş”la derbidəki məğlubiyyəti nəzərdə tutur – red.), sadəcə, bir yol qəzasıdı. Futbolda belə şeylər olur. Bu, cari mövsümdəki ilk məğlubiyyətimiz deyil. Başqa klublara da uduzmuşduq. Belə şeylər bizə psixoloji cəhətdən təsir etmir. Çox yaxşı heyətimiz və yaxşı baş məşqçimiz var. Onlara güvənirik. Bu mövsüm çempionluğa ən real namizəd “Qalatasaray”dı.

“Fənər”lə derbi bizim üçün sıradan bir oyun olacaq
* 37-ci turun “Qalatasaray” - ”Fənərbaxça” derbisinə böyük önəm qatmaq istəmirik. Bizim üçün sıradan çempionat matçlarından biri olacaq! Mənim qənaətimə görə, çempionluğun taleyi o oyuna qədər həll olunacaq. Ona görə də ab-havanı gərginləşdirməyə ehtiyac yoxdu. Zatən ölkə olaraq çox çətin və gərgin bir dönəmdən keçirik. Çalışmalıyıq ki, bu gərginliyi artırmaq əvəzinə daha da azaldaq. İnsanları bölmək, bir-birinə düşmən etmək lazım deyil. Ən böyük tələbimiz məhz budu. Biz hər kəslə yola getməyə, barışmağa çalışırıq. Gərginliyin kiməsə fayda gətirəcəyini düşünmürəm.

Qomis məsələsi ailə içində yaşana biləcək bir hadisədi
* Bu yaxınlarda bir Qomis olayı yaşadıq (Bafetimbi Qomis “Alanyaspor”la oyunda son dəqiqələrdə meydana buraxıldığı üçün baş məşqçi Okan Burukdan incimiş və bundan sonra “Qalatasaray”da oynamaq istəmədiyini demişdi. Heyətdən kənarlaşdırılan fransalı forvard sonradan səhvini anlayaraq və komanda daxilində üzr istəyərək əfv edilmişdi – red.). Hər kəs bu hadisəni fürsət bilib bizi aşağı çəkməyə çalışdı. Mübarizə içində olduğumuz bütün rəqiblər sanki indi bizə qarşı birləşərək bir koalisiya yaradıblar. Qomis məsələsi ailə içində yaşana biləcək bir hadisədi. Zədəsi olduğu üçün tam hazır deyildi. Məsələ yalnız bundan ibarətdi. Rəqiblərimiz olayı süni şəkildə şişitrməyə çalışdı. Mətbuat da buna dəstək verdi. Qomis rəmz oyunçularımızdandı. “Qalatasaray”ın aslanıdı və belə də qalacaq. Hətta karyerasını bitirəndən sonra da klubumuza xidmət etməsini istəyirik. Bununla bağlı planlar cızırıq. Adi bir məsələnin böyük problem kimi göstərilməsindən şikayətçiyik. Sıxıntı ola bilər. Amma komandada ailə ab-havası varsa, belə şeylər çox tez həll olunur. Bizdə də məhz bu cür oldu.

“Əli Koçdan sonra mən də federasiyaya getdim”
* Rəqabət çərçivəni aşmamalı və meydanın içində qalmalıdı. Biz “Qalatasaray” olaraq futbolun inkişafına, böyüməsinə və sevilməsinə çalışırıq. Bizim problemlərimiz həm də başqa klubların problemidi. “Qalatasaray”ın problemi ilə “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”un problemləri arasında fərq yoxdu. Superliqa və ya hakimlərlə bağlı hansısa sıxıntı varsa, deməli, hamımız bundan əziyyət çəkirik. Zatən Klublar Birliyinin toplantılarında bir araya gəlirik və problemləri çözməyə çalışırıq. Heç bir klubun özünü başqalarından ayırmağa və federasiya ilə xüsusi yaxınlıq etməyə haqqı yoxdu! Bunu etdiyin zaman və özünə qarşı fərdi münasibət tələb etdiyin zaman artıq məsələ dəyişir. Əli Koç federasiyaya getdi. Ardınca mən də getdim. Məndən sonra da başqası gedəcək. Belə olanda problemi həll etmək çətinləşir. Mən federasiya başqanı ilə görüşdə ona açıq şəkildə “Əli Koç ilə nə haqda danışdız” sualını ünvanladım. Çünki az öncə də dediyim kimi, futbolumuzda bir problem varsa, bu, bütün klubların problemidi. Bunu fərdi şəkildə yox, ümumi toplantıda çözmək lazımdı. Mənə maraqlı idi, fərdi şəkildə hansı problemi yoluna qoymağa çalışdılar?

Qardaşım, sizin “Qalatasaray”la nə işiniz var?!
* Əli Koç mövsümün əvvəlində idarə heyətimizin üzvü Ərdən Timura “gör, nə pullar xərclədin” deyərək söz atmışdı. Mən hər kəsi öz işi ilə məşğul olmağa çağırıram. Rəqiblərimiz 3 saatlıq toplantı keçirəndə bunun 2,5 saatını “Qalatasaray”a sərf edirlər. Qardaşım, öz işinizə baxın. Sizin “Qalatasaray”la nə işiniz var?! Gəlin, rəqabətimizi meydanda edək. Amma dediyim kimi bizə qarşı qəribə koalisiya qurulub. Öz işi ilə maraqlanan yoxdu. Bunların işi-gücü səhərdən axşama qədər yalnız “Qalatasaray”ı müzakirə etməkdın ibarətdi. Amma bilmirlər ki, belə etdikcə biz daha daha birləşirik və qüvvətlənirik. “Qalatasaray” Türkiyə futbol tarixinin ən uğurlu klubudu. Bunun da səbəbi camiənin məhz belə məqamlarda birləşməyi bacarmasıdı.

Bizi çempionluqdan 5 oyun ayırır
* Bizim fanatlarımız başqa aləmdi. Bu mövsüm hər ev oyunumuza orta hesabla az qala 50 min azarkeş gəlir. Türkiyənin başqa heç bir klubuna bu cür dəstək yoxdu. Onlara bu günə qədər verdikləri və bundan sonra verəcəkləri dəstəyə görə təşəkkür edirəm. İdmançısı, fanatı və rəhbərliyi əl-ələ verdikdə “Qalatasaray”ın uğur qazanmamaq şansı yoxdu. Bizi çempionluqdan cəmi 5 oyun ayırır. İndi bütün diqqətimizi bu 5 qarşılaşmaya yönəltmişik. Səfər perfrormansımız çox yaxşıdı. Amma indi oyunları ev və ya səfər prinsipinə görə ayırmamalıyıq. Bu 5 matçın hamısında qalib gəlib çempion olacağıq. Zatən çempion indidən bəllidi. Başqaları 2-3-cü yerləri öz aralarında müəyyənləşdirsin.

Bizim missiyamız avropalılarla rəqabət aparmaqdı
* “Qalatasaray” böyük bir idman klubudu. 17 fərqli idman növündə 2 minə yaxın idmançımız var. Aralarında öz yetirmələrimiz də var. Biz üzərimizə düşəni böyük bir məsuliyyətlə edirik. “Qalatasaray” olimpiya idman növlərini Türkiyəyə gətirən klubdu. Bizim bir missiyamız var. Bu missiya Avropadan olan klublarla rəqabət aparmaqdan və onları yenməkdən ibarətdi. Digər klubların belə missiyası yoxdu. Onların nə vaxtsa belə bir şeyi dilə gətirdiyini eşitməmişəm. İdmanda sabit nəticələr əldə etmək üçün ilk növbədə maddi durumu qaydaya salmaq lazımdı. İndiki planlarımız və layihələrimiz qarşıdakı 25 il ərzində “Qalatasaray”a nəğd para axınını təmin etməyə yönəlib!

Builki maaş büdcəmiz 30 milyon avrodu
* Bildiyiniz kimi, mən 2014-cü ildə başqan yardımçısı idim. Rəhmətlik Duyğun Yarsuvatın prezidentliyi dönəmində futbol şöbəsinə Əli Dürüst və Əbdürrəhim Albayrak nəzarət edirdi. Amma “Qalatasaray”da maddi məsələlərə və transferlərə görə mən cavabdehlik daşıyırdım. 2015-də ilk dəfə prezident seçildim və 3 transfer dönəmi yaşadıq. “Qalatasaray” son illərdə bəlkə də maddi cəhətdən ən uğurlu və sərfəli transferləri məhz bu mövsüm həyata keçirdi. Ötənmövsümkü maaşlarla eyni səviyyədəyik. Builki maaş büdcəmiz 30 milyon avrodu. Unutmayın ki, bir neçə il öncə bu rəqəm 90 milyon avroya bərabər idi. 2017-də bütün transferləri mən həyata keçirmişdim. Sonradan həmin oyunçuların hamısını çox yaxşı məbləğə sataraq böyük gəlir əldə etdik. Bu gün də bənzər vəziyyət yaranıb. Aldığımız oyunçuların hamısına Avropa klublarından maraq və tələb var. “Qalatasaray” kimi bir camiədə bu cür işlər düzgün və yaxşı idarə olunursa, klubun zərər görməsi mümkün deyil.

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

22-03-2023, 13:0

Zəlzələ unuduldu, maskalar düşdü, süni dostluq bitdi!

Dünya futbolu

9-04-2022, 22:0

''Qalatasaray'' ''Fənərbaxça''ya bir ilki yaşada bilər!

Dünya futbolu

11-01-2023, 13:0

“Qalatasaray” “Fənərbaxça”nı məğlub edərək 30 illik sindromu qırdı

Dünya futbolu

7-11-2022, 20:0

''Fənərbaxça'' ilə ''Qalatasaray'' arasında növbəti gərginlik

Dünya futbolu

27-09-2022, 17:0

“Fənərbaxça” Türkiyə futbolunun ən bahalı heyətini yığıb! - SİYAHI

Aktual
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Son xəbərlər
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • 26-05-2026, 23:0
    Premyer-liqada hamını arxada qoydu
  • 26-05-2026, 23:0
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • 26-05-2026, 23:0
    Parislilərə parad qadağası
  • 26-05-2026, 22:0
    Qitə çempionunda “Real”lı yoxdu!
  • 26-05-2026, 21:0
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • 26-05-2026, 21:0
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • 26-05-2026, 20:0
    Alleqri gözlənilən aqibəti yaşadı
  • 26-05-2026, 20:0
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 234
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 174
“Kiminsə Mənsimovlarla problemi var deyə, Lənkəran 100 il futbolsuz qalmalıdı?” - “Xəzər Lənkəran”ın rəsmisi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə