"Turan Tovuz" Urtadoyla yenidən anlaşdı

27.05.2026 15:00
Ölkə futbolu
“Turan Tovuz” futbolçusu Hayderson Urtado ilə müqavilənin müddətini uzadıb.

"Football-plus.az" xəbər verir ki, kolumbiyalı müdafiəçi sosial şəbəkə hesabında bu barədə paylaşım edib.

30 yaşlı futbolçunun yeni sözləşməsi 2029-cu ilin yayına kimidi.

2025-ci ildən “Turan Tovuz”da çıxış edən Hurtado başa çatan mövsümdə Misli premyer-liqasında 32 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə verib.