2024/25-in qış dönəmində ''Qalatasaray''a gələn, amma çempionluq sevinci yaşamasına baxmayaraq Türkiyə karyerası istənilən səviyyədə keçməyən və geridə qoyduğumuz mövsümdə ''Komo''nun şərəfini qoruyan Alvaro Morata ''instaqram'' səhifəsinin hekayə bölümündə diqqətçəkən bir paylaşım edib.
''İks''də ''Kadıköy Medya'' adlı səhifə ispaniyalı forvardın adından bir paylaşım edib. Guya Morata ''karyerandan bir klubu silmək imkanın olsaydı, hansı klubu silərdin'' sualına ''Qalatasaray'' cavabını verib. Tanınmış forvard bu xəbəri təkzib edib. O, həmin xəbərin görüntüsünü paylaşaraq üzərində bunları yazıb: