"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç "instaqram" səhifəsində mövsümün yekunu ilə bağlı paylaşım edib.
"Football-plus.az" xəbər verir ki, monteneqrolu futbolçu sosial şəbəkə hesabında bunları yazıb:
"Daha bir futbol mövsümü başa çatdı. Bir mövsüm davam edən səyahət, amma bu səyahət 100 il ərzində yaddaşımda qalacaq. Bunun bir hissəsi olan hər kəsə, mənə inanılmaz anları yaşamaq üçün təkcə futbolda deyil, həm də həyatda dəyərli olan vacib dərslər öyrənmək imkanı verən hamıya minnətdaram. Bu, əyləncəli, çətin və həqiqətən də maarifləndirici idi. İndi isə milli komanda vaxtıdı".