“Real”ın futbolçusu Eder Militao ata olub. Braziliyalı müdafiəçinin qız övladı dünyaya gəlib.
O, sabiq sevgilisi Karolin Lima ilə birgə körpəyə Sesilya adını qoyub. Qeyd edək ki, Eder bir neçə gün əvvəl Karolinlə ayrılıb. Model oyunçu ilə ünsiyyətdə çətinlik çəkdiyi üçün onunla münasibətini davam etdirmək istəməyib. Amma Lima qızı üçün Militao ilə əlaqə saxlamağa davam edəcəyini bildirib. Onlar 2021-ci ildən sevgili idilər.