“Milan”da mövsümlərarası dövrdə böyük dəyişikliklər gözlənilir. İtaliya klubunda bir sıra şəxslərin postunu tərk edəcəyi xəbər verilir.
"Football-plus.az" xəbər verir ki, rəhbərlik artıq baş məşqçi Massimiliano Alleqri ilə yolları ayırmağa qərar verib.
“Calciomercato” nəşrinin məlumatına görə, komandada uğursuz mövsümdən sonra köklü dəyişikliklərin həyata keçirilməsi planlaşdırılır. A seriyasını 70 xalla 5-ci yerdə başa vuran ölkə nəhəngi Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
Məlumata görə, klubun müşaviri Zlatan İbrahimoviç hələ çempionatın sonuncu turunun “Kalyari” ilə matçından əvvəl rəhbərliyə Alleqri ilə əməkdaşlığı dayandırmağı təklif edib. O, 1:2 hesablı məğlubiyyətdən sonra bu qərarında təkid edib və yekunda rəhbərlik onunla razılaşıb.
Xatırladaq ki, 58 yaşlı mütəxəssis “Milan”a karyerasında ikinci dəfə ötən ilin mayında təyinat almışdı. O, komandanı ilk dəfə 2020-14-cü illərdə çalışdırmış və İtaliya çempionatında qələbəyə daşımışdı.
Qaçılmaz olan islahatlar çərçivəsində idman direktoru İqli Tare və baş direktor Corco Furlaninin də klubu tərk edəcəyi bildirilir. Həmçinin texniki direktor Ceffri Monkada ilə də müqavilənin müddəti uzadılmayacaq. Yeni idman və baş direktorların seçilməsi prosesinə İbrahimoviçin və “Milan”ın direktorlar şurasının üzvü Massimo Kalvellinin cavabdeh olacağı gözlənilir.