• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Everton” fəlakətin astanasında: 70 ildən sonra elitadan gedə bilər

Dünya futbolu / Manşet

28-01-2023, 12:0

“Everton” sonuncu dəfə təxminən 30 il əvvəl hansısa titul qazanıb.

Football-plus.az xəbər verir ki, söhbət 1995-ci ildəki ölkə kubokundan gedir. Liverpulluların sonuncu çempionluğu isə 35 il əvvələ - 1987-ci ilə təsadüf edib. Onların tarixində Avropa titulu da var – 1985-ci ildə Kuboklar Kubokunu qazanıblar.

Bununla belə, böyük qələbələrin yoxluğunda da azarkeşlər qürurlanmaq üçün əsas tapırdılar. “Everton” İngiltərədə futbol liqasının yaradıcılarından biridi. 100 il sonra isə müasir premyer-liqanın yaradıcılarından olub. “Everton”un ev oyunlarını keçirdiyi “Qudison Park” İngiltərədə məhz futbol oynamaq üçün nəzərdə tutulan ilk arenadı. Bu klubun akademiyası daim yetirmələri ilə öyünüb. Son parlaq yetirmə vinger Endryu Qordondu. Bəli, çoxdan “Everton” kuboklar qazanmır, ancaq bunsuz da klub ətrafında özünəməxsus atmosfer, dəyərlər kompleksi formalaşıb.

Ancaq indi bunu hiss etmək mümkün deyil. Ötən mövsüm çətinliklə elitada yerini qoruyan “Everton” indi – 2023-ün yanvarında turnir cədvəlinin zirzəmisində qərarlaşıb: 15 xal, 19-cu yer. Komanda cəmi 15 qol vurub ki, bu da ən pis 2-ci nəticədi. 20 turda cəmi 3 qələbə var. Bütün turnirlərdə qələbəsiz oyunlar seriyası 10-a çatıb. “Everton” premyer-liqada ardıcıl 4 ev oyununda uduzub ki, 1958-ci ildən bəri belə olmamışdı. Belə acı statistikanı genişləndirmək olar, ancaq söylənilənlər də kifayətdi. Qürur atmosferinin yerini qorxu, panika, yəqin ki, hətta nifrət tutub. Azarkeşlər çox sərt şəkildə komandanı və rəhbərliyi fitə basır. İş o yerə çatdı ki, “Everton” bossları yanvarın 14-də keçirilən “Sauthempton”la ev oyununda stadionda görünmədi – təhlükəsizlik mülahizələri üzündən.

Klubun direktorlar şurasının sədri Deniz Barret-Baksendeylin maşını yaxınlarda keçirilən ev oyunlarının birindən sonra fanatların qəzəbinə tuş gəldi – onlar qapıları döyəcləyir, xanım rəhbərin hərəkətinə imkan vermirdilər. Bundan başqa, rəhbərin ünvanına seksual xarakterli, aqressiv ifadələr səslənirdi. Onun və oğlunun elektron poçtuna xərçəng xəstəliyini tutulmalarını arzulayan mesajlar göndərilmişdi.

“Everton”un daha bir bossu – Bill Kenrayt Liverpuldan sağ-salamat getməyəcəyi ilə bağlı mesajlar alıb. Nəticədə yerli polis bütün bu faktları araşdırmalı olub. “Sauthempton”la oyundan sonra isə minlərlə azarkeş stadion ətrafında etiraz aksiyası keçirməklə rəhbərliyin istefasını və klubda dəyişikliklər olmasını tələb etdi.

Ancaq həm Barret-Baksendeyl, həm də direktorlar şurasında təmsil olunan başqaları yalnız muzdlu işçilərdi. Fanatların klubun sahibi Fərhad Moşiriyə ünvanlanası sualı da çox idi. Britaniyalı-iranlı biznesmen 2016-cı ildə səhmlərin 49,9 faizini almaqla kluba qədəm qoyub, sonradan səhm payını 94 faizə çatdırıb.

Bununla belə, demək olmaz ki, Moşiri kluba, məsələn, “Nyukasl”ın sabiq sahibi Mayk Eşli kimi yanaşır. “Everton” ətrafındakı gərginlik təhdidlər və zorakılıq çağırışları ilə müşayiət olunanda Moşiri “TalkSport” radiosuna verdiyi müsahibədə bütün başqa məqamlarla yanaşı, bunu da xüsusi vurğuladı ki, həmişə sözlərinin arxasında pul dayanıb.

Həqiqətən də, məhz iranlının dönəmində, nəhayət, yeni stadionla bağlı məsələni həll etmək mümkün oldu. Çoxillik bürokratik prosedurların ardından 2021-in yayında yeni arenanın tikintisi başladı. “Everton”un 2024/25 mövsümünə artıq orda başlayacağı gözlənilir. Moşirinin radioya müsahibəsində dediyinə görə, stadionla bağlı işlərin ümumi dəyəri 760 milyon funtdu. “The Athletic”in jurnalistlərinin hesablamasına inansaq, Moşiri son 7 ildə bu 760 milyonu da nəzərə almaqla artıq 1,2 milyard funt xərcləyib.

İranlı transfer məsələsində heç vaxt xəsislik etməyib. Liverpul klubu 2016/17 mövsümünün startından bəri yeni futbolçuların keçidi üçün 701 milyon avro xərcləyib. Bu isə göstərilən zaman kəsiyi üçün İngiltərə premyer-liqasında 7-ci göstəricidi – yalnız “top-6” klubları bundan daha çox xərcləyib. “Everton”un həmşəhərliləri, yəni “Liverpul” göstərilən dövrdə təxminən eyni məbləğ – 754,5 milyon avro xərcləyib, yəni arada ciddi fərq yoxdu. Ancaq “qırmızılar” bu müddətdə parlaq komanda qurub, çempionluq (daha iki dəfə titulu dramatik şəkildə “Mançester Siti”yə uduzub), Çempionlar Liqasını (iki dəfə də finala çıxıb), İngiltərə və Liqa kubokunu qazanıb.

Daha bir ibrətamiz məqam: “Sauhempton”la, yəni “Everton” kimi elitada qalmaq uğrunda mübarizə aparan komanda ilə oyunda yayın iki önəmli transferi – mərkəz hücumçusu Nil Mope (11,8 milyon avro) və hücumameyilli xavbek Duayt Maknil (17 milyon avro) sona qədər ehtiyatda qaldı.
Moşirinin “Everton”daki 7 ilində artıq 7 baş məşqçi olub – Roberto Martines, Ronald Kuman, Sem Ellerdays, Marko Silva, Karlo Ançelotti, Rafael Benits və nəhayət, bazar ertəsi istefaya göndərilən Frenk Lempard. Bunların heç biri iki il çalışmayıb. Ançelotti buna yaxın olsa da, Liverpulda keçirdiyi ilyarımdan sonra “Real”a yollanıb.

Belə xaosun və qarmaqarışıqlığın gec-tez fəlakət gətirəcəyi şübhə doğurmurdu. Beləliklə, ardıcıl 70 il İngiltərə futbolunun elitasında çıxış edən “Everton” 1952-ci ildən bəri ilk dəfə aşağı dəstəyə yuvarlanmağa heç vaxt olmadığı qədər yaxındı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-09-2022, 15:0

"Everton"da yeni qapıçı

Dünya futbolu

3-08-2022, 14:0

"Everton" afrikalı futbolçudan qurtulmaq istəyir

Dünya futbolu

5-07-2022, 22:0

“Everton” ona görə pul ödəmədi

Dünya futbolu

7-01-2023, 10:0

İngiltərəli müdafiəçi "Everton"dan ayrılmaq istəyir

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 210
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə