• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Konyaspor”dan şok qərar: İlhan Palut nəyə görə istefaya göndərildi? - TƏHLİL

Dünya futbolu / Manşet

19-01-2023, 12:0

Son illərdə nəticələri ilə diqqəti çəkən “Konyaspor”da maraqlı hadisələr cərəyan edir.

Football-plus.az xəbər verir ki, bazar ertəsi axşam saatlarında Konya təmsilçisindən sürpriz xəbər gəldi. Belə ki, rəhbərlik baş məşqçi İlhan Palut la yolları ayırdı!

Yenə qan dəyişikliyi...
46 yaşlı mütəxəssis bu qərarın ardında “isti-isti” Türkiyə mətbuatına bunları dedi:

“İstanbuldaydım. Zəng vuraraq məni kluba çağırdılar. Komanda və ya futbolçular ilə bağlı bir problem yaşandığını zənn etdim. Amma belə deyilmiş. Mənimlə yola davam etməyəcəklərini bildirdilər. Bunun hər iki tərəf üçün uğurlu olacağını dedilər. Qan dəyişikliyinə ehtiyac olduğunu vurğuladılar və mənə işimə görə təşəkkür etdilər. Rəhbərlikdən heç kimlə problemim yox idi. Bu transfer dönəmi ilə bağlı da heç bir plan qurmamışdıq. Hər halda, ayrılıq rəsmiləşdikdən sonra daha geniş açıqlama verəcəm. Açığı, bu qərarı heç gözləmirdim. Düzdü, bu mövsüm nəticələrimiz daha yaxşı ola bilərdi. Amma istefaya səbəb olacaq qədər də zəif çıxış etmirdik”.


Çərşənbə axşamı Palutla “Konyaspor” arasında təzminat məsələsi yoluna qoyuldu və tərəflər rəsmi şəkildə yollarını ayırdılar. Camiədə və fanatlar arasında çox sevilən Palut klubun bazasından alqışlar və şüarıar ilə yola salındı.

Türkiyənin yeni nəsil istedadlı məşqçilərindən olan İlhan Palutun ayrılığı futbol ictimaiyyətində və fanatlar arasında birmənalı qarşılanmadı. Qeyd edək ki, bu mütəxəssis bu vəzifəyə 2021-ci il fevralın 9-da gəlmişdi. Xüsusilə ötən mövsüm “Konyaspor” performansı ilə böyük alqış qazanmışdı. “Ağ-yaşıllar” uzun müddət lider “Trabzonspor”un əsas izləyicisi idi və komanda sonda mövsümü 3-cü pillədə bitirərək Konfrans Liqasının təsnifat mərhələsində oynamaq haqqı qazandı. Bu mövsüm isə komanda 18 oyuna 27 xal toplamış və 7-ci pillədə qərarlaşmışdı. Ümumilikdə “Konyaspor” Palutun rəhbərliyi altında keçirdiyi 81 rəsmi oyundan 36 qələbə, 25 heç-heçə, 20 məğlubiyyətlə ayrılmış oldu. Superliqada “Konyaspor” onunla hər oyuna orta hesabla 1,64 xal topladı ki, bu da klub tarixində ən azı 15 çempionat oyununa çıxan baş məşqçilər arasında ən yaxşı göstəricidi! Maraqlıdı ki, 2018-ci il noyabrın 13-də “Konyaspor” rəhbərliyi yenə də “qan dəyişikliyini” əsas gətirərək bənzər şəkildə Rza Çlımbayla yollarını ayırmışdı!

Əmrə Belözoğlu ilə mübahisə bu qərarda rol oynadımı?

Daha bir diqqətçəkən məqam odu ki, Palutun şok istefası onun Əmrə Belözoğlu ilə kiçik bir münaqişə yaşaması ilə üst-üstə düşdü. Bir müddət öncə Palut tanınmış sabiq futbolçulara məşqçi lisenziyasının çox asanlıqla verildiyini, tanınmamışlar üçün isə belə desək, belə imtiyazların olmadığını dilə gətirmişdi. O, nümunə kimi məhz Əmrənin adını çəkmişdi. Belözoğlu isə bu məsələ ilə bağlı açıqlamasında İlhan Palutun onu və “Antalyaspor”un gənc çalışdırıcısı Nuri Şahini gözü götürmədiyini demişdi. Sosial şəbəkələrdə futbolsevərlər istefa məsələsini müzakirə edərkən bu olayın da səbəblərdən biri olmasına işarə vurmuşdular. Düzdü, Palut özü bunu təkzib edib:

“Əmrə ilə bağlı bir söz söylədiyim üçün istefaya göndərildiyimi düşünmək gülməlidi. Bu, necə məntiqdi? Sosial şəbəkədə hər kəs istədiyini yaza bilər. Amma istefamın bu məsələ ilə əlaqəsi yoxdu. Olsaydı, mənim yerimə dərhal məşqçi gətirilməzdi. Əmrə ilə bağlı açıqlamanı bazar günü vermişdim. Yeni məşqçinin Türkiyəyə bileti isə bundan əvvəl alınıbmış”.


Palut həm də istefanın ardından Əmrəyə zəng vuraraq söhbət etdiyini və artıq aralarında heç bir narazılığın olmadığını əlavə etdi. Bu sirli istefanın pərdəarxası məqamlarına dünən “Konyaspor”un yönəticisi Mustafa Göksu aydınlıq gətirdi. Onun sözlərindən belə qənaətə gəlmək olar ki, istefaya üç əsas amil səbəb olub. Birinci amil “Konyaspor”un yayda KL-in 3-cü təsnifat mərhələsində “Vaduts”a uduzmasıdı. Həmin məğlubiyyət camiədə şok effekti veribmiş və üstəlik bəzi maddi problemlər yaradıbmış. Çünki rəhbərlik nəyin bahasına olur-olsun, KL-in qrupuna vəsiqə tələb edirdi. İkinci səbəb Palutun davranışları və futbolçularla ünsiyyətidi. O, ümumiyyətlə, xaraktercə aqressiv və çılğın insandı. Bunu bəzən ehtiyat oyunçular zonasında da büruzə verirdi. Rəhbərlik bununla bağlı məşqçiyə bir neçə dəfə xəbərdarlıq etsə də, xeyri olmayıb. Ən son onun Əmrə ilə bağlı dedikləri də klubda xoş qarşılanmamışdı. Digər səbəb isə həm bu mövsümdəki nəticələrin ürəkaçan olmaması (komandanın son 10 turda 1 qələbəsi var), həm də Palutun gənclərə şans verməməsidi. Halbuki bununla bağlı da rəhbərlik məşqçiyə məsləhətlər vermişdi. Amma Palut yenə də əsasən təcrübəlilərə güvənirdi.
Yeni məşqçiyə gəlincə, onun adı artıq məlumdu. Söhbet Aleksandar Stanoyeviçdən gedir. Serbiyalı mütəxəssis 2005-ci ildə məşqçi karyerasına start verib. O, indiyə qədər Serbiyanın U-19 yığmasını, eləcə də “Partizan”, “Beytsin Qoyan”, Hayfa “Makkabi”si, PAOK kimi klubları çalışdırıb. 49 yaşlı məşqçi “Partizan”ın başında 2009/10 və 2010/11-də ölkə çempionluğunu, eləcə də 2010/11-də Serbiya kubokunu qazanıb. Stanoyeviçlə ilyarımlıq müqavilə imzalayıb.

ƏLİ

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

30-08-2022, 13:0

Türkiyənin tanınmış klubunun baş məşqçisindən Elmar Baxşıyevə jest - AÇIQLAMA

Dünya futbolu

16-08-2022, 11:0

''Konyaspor'' ''Fənər''lə oyun üçün TFF-yə müraciət etdi

Dünya futbolu

30-08-2022, 10:0

''Konyaspor''un müdafiəsi ''Fənər''in hücumuna qalib gəldi - VİDEO

Dünya futbolu

20-07-2022, 12:0

Dünyaca ünlü ulduz Türkiyədə oynayacaq?

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 217
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 201
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə