“Everton” ona görə pul ödəmədi

5.07.2022 22:38 492
Dünya futbolu
“Everton” heyətini Ceyms Tarkovski ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Liverpul klubu ona görə pul ödəməyib. Səbəb 29 yaşlı müdafiəçinin son 6 ildə formasını daşıdığı “Bernli” ilə müqaviləsinin qüvvədən düşməsi ilə bağlıdı.

İngiltərə yığmasında 2 oyun keçirən Tarkovskinin “Everton” ilə bağladığı müqavilənin müddəti 4 illiyə nəzərdə tutulub.