• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yunana ümid olan şamsız qalar! - KÖŞƏ

Manşet / Yazarlar

30-10-2022, 23:0

“Olimpiakos”la oyunda qələbəyə can atmalıydıq, heç-heçə ilə kifayətləndik, “Nant”la oyunda Avroliqanın pley-offuna vəsiqə qazanmaq üçün bizi heç-heçə də qane edirdi, uduzduq,

“Frayburq”la oyunda, çox güman, bizi yalnız qələbə razı salacaq, ancaq... Bəli, milyonlarla azərbaycanlı azarkeş indi böyük həyəcan və açıq etiraf etmək lazımdı ki, qorxu içində noyabrın 3-nü – Bakıdakı həlledici oyunu gözləyir. İş elə gətirib ki, “Frayburq”la mümkün heç-heçə də işə yaramaya bilər. Belədə “Nant” son turda “Olimpiakos”a qalib gəlməklə - tam realdı! – 2-ci yeri tutacaq. Və hadisələrin bu məcraya yönəlməsinin əsas səbəbkarı özümüzük, yəni “Qarabağ”dı!

Bəribaşdan deyim ki, mən ardıcıl iki il Konfrans Liqasının pley-offuna vəsiqə qazanmağı uğur-filan saymıram. “Qarabağ” bu yolu artıq keçib! O “Qarabağ” ki, 9 ildi təsnifat mərhələlərini uğurla keçməklə qrupa düşür. Ardıcıl 9 il qrupda oynayan komandanın zaman-zaman tavanı qaldırması vacibdi və lazımdı. Deməli, Konfrans Liqasının pley-offuna vəsiqəni bir kənara qoyub, ağdamlıların qitənin ikinci dərəcəli klub turnirində çıxışını davam etdirməsinin vacibliyinə köklənməliyik.

Xora qoşulmağı heç vaxt qoşulmasam da, ictimaiyyətin Şahruddin Məhəmmədəliyevlə bağlı haqlı irad və təəccübünü anlayır, amma Qurban Qurbanovun bu məsələdəki yersiz inadkarlığını anlamıram. Əlbəttə, bir baş məşqçinin yetirməsinin arxasında durması, ona sonsuza qədər güvənməsi yaxşı haldı, məntiqlə bunca güvənilən adam daha etibarlı çıxış etməli, necə deyərlər, hocasına borcunu qaytarmalıdı. Amma bu adam nə edir? Həlledici məqamlarda saatlı, yeriyən, üzən, gəzən bombaya çevrilib partlayır, özünün və komanda yoldaşlarının bütün əməyini yerə vurur. Zahirən srağagünkü oyunda da hər şey yaxşı gedirdi, ağdamlılar ilk 15 dəqiqədə daimi hücumlar qurur, rəqibi meydanın özünə aid hissəsinə sıxırdı. Və 17-ci dəqiqədə bomba işə düşüb, hər şeyi yerlə yeksan elədi. Mən “Şahruddin “Qarabağ”ı ÇL-in qrupundan etdi, indi də Avroliqadan kənarda qoyacaq”, - deyə yanıb-tökülən azərbaycanlı azarkeşin iztirablarını qəlbimin ən dərin nöqtələrinə qədər hiss edirəm. Axı özüm də azarkeşlərin ən dəlilərindən olmuşam, məhz futboldakı məğlubiyyət günboyu əhval-ruhiyyəmi müəyyənləşdirən indikator rolunu oynayıb. Şahruddindən bu qədər pislik görən azarkeşə nə deyəsən, onu necə ovudasan?!

İnadkar Qurban bəyin nəzərinə çatdırıram ki, qapıçı mövqeyində daimi rotasiyalara dünya futbolunda heç vaxt yaxşı baxılmayıb. Məsələn, PSJ-də Maurisio Poçettinonun gah Donnarummaya, gah da Navasa etibar etməsi bu iki qapıçını və hər kəsi bezdirdi. Sonda italiyalı qapıçı baş məşqçi qarşısında məsələni belə qoydu: ya mən, ya da o! Deməyim odu ki, qapıçı mövqeyi həssas məsələdi, sahə oyunçularıyla bağlı istənilən manevri etmək olar, amma qapıçı... Qurban bəy isə çempionat oyunlarında Quqeşaşviliyə güvənməklə sanki Məhəmmədəliyevə deyir ki, sən ölkə çempionatının səviyyəsini aşmısan, yerin avrokuboklardı. O gözünə dönmədiyim də arın-arxayın çıxır meydana, bombanı partladır, bütün Azərbaycanın nifrətini qazanır, sonra da heç nə olmayıbmış kimi yola davam edir.

Təbii, futbolda bəxt də önəmli amildi. Bunsuz uğur qazanmaq çətindi. Bu mənada son 10 dəqiqədə total müdafiə olunan, hücumu unudan və 5-ci uzatma dəqiqəsində qapısında qol görən “Qarabağ”ın müəyyən mənada bəxtinin gətirmədiyini də iddia etmək mümkündü. Amma əminəm ki, bəxtsizlik, Şahruddinin yarıtmazlığı haqqındakı söhbətlər sıravi azarkeşin yarasına məlhəm olmayacaq. “Qarabağ” azarkeşi, yəni milyonlarla azərbaycanlı ilə barışmaq istəyirsə, qrup mərhələsinin qapısını möhkəm çırpmalıdı. Komanda ilk növbədə özü vəzifənin öhdəsindən gəlməli, heç bir motivasiyası qalmayan “Frayburq”u məğlub etməlidi. Yalnız belədə “Olimpiakos” – “Nant” oyununun nəticəsi bizim üçün heç bir əhəməiyyət daşımayacaq. Yoxsa taleyini başqalarının insafına buraxıb, sonra da əliboş qal... Mənim fikrimi bilmək istəyirsizsə, yunana ümid olan şamsız qalar!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

29-10-2022, 12:0

Zirvə yarışında çətin duruma düşən "Qarabağ" - TƏHLİL

Manşet / Avropa Liqası

15-10-2022, 22:0

Yunanıstan mətbuatı Konfrans Liqasının planını cızır

Avropa Liqası

27-08-2022, 11:0

"Qarabağ" Avropa Liqasında ilk oyununu bu komandaya qarşı keçirəcək - SİYAHI

Manşet / Yazarlar

15-10-2022, 23:0

47 qat …rəzalət! - YAZI

Yazarlar / Avropa Liqası

18-09-2022, 23:0

“Olimpiakos”dan alınacaq 4 xal qızıla bərabər olacaq - KÖŞƏ

Manşet / Avropa Liqası

31-08-2022, 14:0

“Qarabağ”ın təcrübəli, favorit və sirli rəqibləri - TƏHLİL

Aktual
Daha nə istəyirik?! - KÖŞƏ
Avrokubok yolçuları üçün hər şey dəqiqləşdi – azarkeşlərin diqqətinə!
"Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
"Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
Son xəbərlər
  • Bu gün, 11:51
    Daha nə istəyirik?! - KÖŞƏ
  • Bu gün, 11:20
    Avrokubok yolçuları üçün hər şey dəqiqləşdi – azarkeşlərin diqqətinə!
  • Bu gün, 10:57
    Fransa və Norveç də pley-offa vəsiqə qazandı - DÇ səhəri
  • Bu gün, 10:19
    Buntiç "Qarabağ"ı Portuqaliya klubuna dəyişdi
  • Bu gün, 10:00
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 00:20
    "Qarabağ" "Vestri"ni iyulun 9-da qəbul edəcək
  • Bu gün, 00:15
    "Zirə" "Qarabağ"la eyni gündə oynamayacaq
  • Dünən, 23:58
    "İmişli" hücumçu transfer etdi
  • Dünən, 23:27
    Azərbaycan idmanının iki ulduzu UFC Fight Night Baku ərəfəsində bir araya gəldi
  • Dünən, 23:04
    Messi dünya çempionatında qol sayını 18-ə çatdırdı! - DÇ gecəsi
  • Dünən, 22:49
    Kürasaolu qapıçı matça damğa vurdu
  • Dünən, 22:18
    "Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
  • Dünən, 21:54
    Növbəti oyunu buraxa bilər
  • Dünən, 21:20
    İyulun 7-si, saat 20.00 - "Sabah" üçün tarixi an
  • Dünən, 20:55
    La Liqaya çıxan 3-cü komanda məlum oldu
  • Dünən, 20:24
    Olisenin Madridə yollanacağı dəqiqdi?
  • Dünən, 19:53
    Şotlandiya ilə oyunu buraxacaq
  • Dünən, 19:20
    Zanyolo harda qərar tutacaq?
  • Dünən, 18:59
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Dünən, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Dünən, 17:27
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 16:56
    “Qarabağ”ın heyətində kimlər yer alıb? - SİYAHI
  • Dünən, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Dünən, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
  • Dünən, 15:23
    "Qarabağ" iki qapıçı ilə yolları ayırdı
  • Dünən, 14:52
    "Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
  • Dünən, 14:31
    “Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
  • Dünən, 14:10
    Millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib?
  • Dünən, 13:59
    Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
  • Dünən, 13:28
    Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
  • Dünən, 12:57
    "İmişli"də ayrılıq
  • Dünən, 12:36
    "Araz-Naxçıvan"dan növbəti transfer
  • Dünən, 12:15
    AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
  • Dünən, 11:54
    "Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 199
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 197
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə