Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?

18.04.2026 13:58 23
Ölkə futbolu / Aktual
Ölkənin hazırda ən güclü olan iki komandası – “Sabah”la “Qarabağ” bu ay daha iki dəfə üz-üzə gələcək. Bu oyunlardan biri bu gün, digəri aprelin 22-də keçiriləcək.

Ötən günlərdə Türkiyə nəhənglərindən “Qalatasaray” maraqlı təcrübəyə əl atıb - azarkeşlər və media üçün açıq məşq keçirib. Bəs bizimkilərin belə fikri varmı?

Hər iki klubun mətbuat xidmətindən “Football-plus.az”a verilən məlumata görə açıq məşq nəzərdə tutulmayıb. “Qarabağ” belə ideya olacağı halda, rəsmi sayt və sosial şəbəkə hesablarında məlumat veriləcəyini bildirdi.

MÜZƏFFƏR QULUZADƏ