• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yunanıstan mətbuatı Konfrans Liqasının planını cızır

Manşet / Avropa Liqası

15-10-2022, 22:0

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ” doğma meydanda “Olimpaikos”u qəbul etdi.

İlk matçdan sonra Yunanıstan mediasında 0:3 uduzan komanda yetərincə tənqid olundu. İkinci oyunda qazanlıan xal isə həmkarlarımızı müəyyən qədər yumşaldıb.

Sport24.gr:

“Olimpiakos” üçün normal şəraitdə “Qarabağ”la səfərdə heç-heçə etmək ən zəif nəticə sayılardı. Lakin “qırmızı-ağlar” hələ normallaşmayıb. Hazırda bu istiqamətdə addım atırlar. Ona görə də Bakıda qazalınan 1 xal komanda üçün müsbət haldı. Lakin hazırkı “Olimpiakos” da “Qarabağ”la səfər matçında qələbə qazana bilərdi. Daha cəsarətli olsaydı, fürsətlərdən istifadə edə bilsəydi, bəzi əsas oyunçular daha tez meydana çıxsaydı, bu mümkün idi. Miçel Qonsales iki əsas mərkəz yarımmüdafiəçisi Hvan İn Bomla M’Vilanı, iki əsas cinah oyunçusu Georgios Masurasla Qarri Rodrigeşi ehtiyat oyunçular skamyasında saxladı. Lakin ilk dəqiqələrdən meydanda olan Sokratis Papastatopulos, Andreas-Rixardos Ntoi, Aleksandros Pasxalakis və son yarım saatda oynayan Valbuena “qırmızı-ağlar”ın ən yaxşı oyunçuları idi. Pyer Kunde ilə Andreas Buxalakisin də oyunu pis alınmadı. "Olimpiakos"un müsbət tərəfi isə mövsüm ərzində ilk dəfə Avropa oyununda qol buraxmaması oldu. Eyni zamanda əldə etdikləri bu xalla “Nant”la oyundan sonra qrupda 3-cü yeri tutaraq Konfrans Liqasının pley-off mərhələsi üçün də şansları qalır. Beləliklə, “Olimpiakos”un 17 matçda 40 oyunçudan istifadə etdiyini, Miçelin hər həftə ölkə çempionatında bir, Avropa Liqasında isə başqa komandanı idarə etdiyini nəzərə alsaq, səfər oyununda heç-heçəyə nail olmaq müsbət haldı... Şanslar komandanın tərəfində deyildi. “Olimpiakos” yenə qalib gələ bilmədi. Amma xal qazandı və eyni zamanda “Nant” öz meydanında “Frayburq”a uduzdu. Bu isə o deməkdi ki, avrokuboklarda qalmaq üçün hələ də şans var. Onu da xüsusi qeyd etmək lazımdı ki, Azərbaycanda qeydə alınan nəticədən razılıq var. Amma söhbət “Olimpiakos”dan gedir. Bu komanda həmişə yüksək hədəf tutmalıdı. Risk etmədən oynadığı matçdan sonra qrupda ilk xalını aldığına sevinməməlidi”.

Gazzetta.gr:

“Olimpiakos”un “Qarabağ”la Azərbaycandakı oyunu 0:0 hesabı ilə başa çatıb. “Qırmızı-ağlar”ın Avropa Liqasında yola davam etmək ümidləri puça çıxsa da, Konfrans Liqası şansı qalır. “Qarabağ”la oyundan sonra qazanılan 1 xalla “Olimpiakos” qrupda 3-cü yer uğrunda mübarizəni davam etdirir. “Nant”ın “Frayburq”a uduzması da komandaya bu baxımdan kömək etdi”.

Sdna.gr:

"Olimpiakos" "Qarabağ"la 0:0 hesablı heç-heçədən sonra Avropa Liqasından kənarda qaldı. Komandanın hazırkı məqsədi Konfrans Liqasında mübarizəni davam etdirməkdi. “Qırmızı-ağlar” “Frayburq”a 0:4 hesabıyla uduzan “Nant”ı məğlub edə bilsə, Konfrans Liqasına vəsiqə qazana bilər. "Olimpiakos" bu il avrokuboklardakı ağrılı səfərə başlamazdan bir müddət əvvəl idman direktoru Kristian Karambö məqsədin Avropa Liqasının finalı olduğunu demişdi. Ancaq sözlər fərqli, hərəkətlər fərqlidi. Turnirin finalına gedən parlaq yol əvəzinə "Frayburq", "Qarabağ" və "Nant"la qrupa düşən "Olimpiakos" 4 oyundan sonra 3 məğlubiyyət və 1 heç-heçə əldə edib. Bununla da komanda turnir cədvəlində sonuncu yerdədi. “Qarabağ”la oyunda qazanılan nəticədən sonra Avropa Liqasının qapıları onun üzünə bağlandı. Növbəti iki oyunda maksimum nəticə ilə yalnız Konfrans Liqasında yola davam etmək mümkündü. Hər iki qarşılaşmada qələbə qazanılsa belə, hazırkı vəziyyətə görə bü heç də mümkün görünmür. İkinci yerdə olan “Qarabağ”ı üstələmək mümkün olmayacaq”.

Sportdog.gr:

“İlk oyundakı məğlubiyyət mənfi reaksiyalara səbəb oldu. Lakin komanda Bakıda ayağa qalxdı. Konfrans Liqası üçün qrup üçüncülüyü uğrunda mübarizəni davam etdirir. “Olimpiakos” “Qarabağ”la matçda çox fərqli sima nümayiş etdirdi. Miçel əvvəlki qarşılaşmada texniki zonada komaya düşən biri kimi görünsə də, bu dəfə meydanda məşqçi kimi "nəbz”inin olduğunu göstərdi. Heç şübhəsiz, “Olimpiakos” ardıcıl üç məğlubiyyətdən sonra qazandığı 1 xalla kifayətlənə bilməz. Amma Miçel bir neçə həftəyə komanda qurmaq və hər görüşdə qələbə qazanmaq gücünə malik sehrbaz deyil”.

İn.gr:

“Olimpiakos”un Bakıda heç-heçə etməsi, təbii ki, bayram olunası nəticə deyil. Əvvəlki illərdə nə belə oyun, nə də nəticə qaneedici olmazdı. Müsbət haldı ki, Avropa Liqasının növbəti mərhələsi üçün şans itirilsə də, komanda Konfrans Liqasında yoluna davam edə bilər. Bunun üçün şanslar da var. Heç bir halda Yunanıstan təmsilçisi Avropa yarışlarında iştirak səviyyəsini aşağı sala bilməz. Bakıdakı oyun göstərdi ki, “Olimpiakos” yavaş-yavaş özünə gəlir. Düzdü, bu, istədiyimiz kimi tez və möhtəşəm şəkildə baş vermir. Yavaş, lakin yetərincə sabit sürətlə həyata keçirilir”.

ŞAİR ABDULLA

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

11-10-2022, 09:0

"Olimpiakos"un baş məşqçisinin "Qarabağ" planı

Manşet / Avropa Liqası

7-10-2022, 00:0

"Qarabağ" Yunanıstandan böyükhesablı qələbə ilə dönür - YENİLƏNİB

Avropa Liqası

27-09-2022, 10:0

"Olimpiakos"dan "Qarabağ" üçün sürpriz

Avropa Liqası

5-10-2022, 23:0

“Olimpiakos” “Qarabağ”la oyunun iştirak ərizəsini açıqladı

Avropa Liqası

11-10-2022, 18:0

"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

Avropa Liqası

13-10-2022, 14:0

Yunanlar "Sokratisin Bakı xatirələri"ndən yazdı

Aktual
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Mikels mövsümün ən yaxşı oyunçusudu!
“Bu, rəhbərliyə aid olan bir məsələdi” - Ayxan Hüseynov üç klubdan təklif alıb
Daha nə istəyirik?! - KÖŞƏ
Avrokubok yolçuları üçün hər şey dəqiqləşdi – azarkeşlərin diqqətinə!
"Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
Son xəbərlər
  • Bu gün, 13:56
    “Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
  • Bu gün, 13:25
    Messi DÇ tarixinin ən məhsuldar oyunçusudu!
  • Bu gün, 12:54
    Mikels mövsümün ən yaxşı oyunçusudu!
  • Bu gün, 12:22
    “Bu, rəhbərliyə aid olan bir məsələdi” - Ayxan Hüseynov üç klubdan təklif alıb
  • Bu gün, 11:51
    Daha nə istəyirik?! - KÖŞƏ
  • Bu gün, 11:20
    Avrokubok yolçuları üçün hər şey dəqiqləşdi – azarkeşlərin diqqətinə!
  • Bu gün, 10:57
    Fransa və Norveç də pley-offa vəsiqə qazandı - DÇ səhəri
  • Bu gün, 10:19
    Buntiç "Qarabağ"ı Portuqaliya klubuna dəyişdi
  • Bu gün, 10:00
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 00:20
    "Qarabağ" "Vestri"ni iyulun 9-da qəbul edəcək
  • Bu gün, 00:15
    "Zirə" "Qarabağ"la eyni gündə oynamayacaq
  • Dünən, 23:58
    "İmişli" hücumçu transfer etdi
  • Dünən, 23:27
    Azərbaycan idmanının iki ulduzu UFC Fight Night Baku ərəfəsində bir araya gəldi
  • Dünən, 23:04
    Messi dünya çempionatında qol sayını 18-ə çatdırdı! - DÇ gecəsi
  • Dünən, 22:49
    Kürasaolu qapıçı matça damğa vurdu
  • Dünən, 22:18
    "Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
  • Dünən, 21:54
    Növbəti oyunu buraxa bilər
  • Dünən, 21:20
    İyulun 7-si, saat 20.00 - "Sabah" üçün tarixi an
  • Dünən, 20:55
    La Liqaya çıxan 3-cü komanda məlum oldu
  • Dünən, 20:24
    Olisenin Madridə yollanacağı dəqiqdi?
  • Dünən, 19:53
    Şotlandiya ilə oyunu buraxacaq
  • Dünən, 19:20
    Zanyolo harda qərar tutacaq?
  • Dünən, 18:59
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Dünən, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Dünən, 17:27
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 16:56
    “Qarabağ”ın heyətində kimlər yer alıb? - SİYAHI
  • Dünən, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Dünən, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
  • Dünən, 15:23
    "Qarabağ" iki qapıçı ilə yolları ayırdı
  • Dünən, 14:52
    "Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
  • Dünən, 14:31
    “Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
  • Dünən, 14:10
    Millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib?
  • Dünən, 13:59
    Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
  • Dünən, 13:28
    Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 205
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 198
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə