"Misli" və Peşəkar Futbol Liqasının birgə keçirdiyi "Ayın qolu" layihəsi çərçivəsində mart ayının ən yaxşı qolunun müəllifi olan Eren Aydın mükafatlandırılıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
"Zirə"nin futbolçusuna mükafatı Misli premyer-liqasının 28-ci turunun "Zirə" – "Neftçi" görüşünün fasiləsində Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.