• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Xəzər Lənkəran 42”ni yaradan adamlara, sadəcə, adı ortalıqda keçən bir komanda lazımdı” - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

26-10-2022, 14:0

Ötən mövsüm Region Liqasında fırtına kimi əsas “Xan Lənkəran” artıq yoxdu.

"Football-plus.az" xəbər verir ki, klub 1-ci diviziona buraxılmadığı üçün fəaliyyətini dayandırdı. Onu “Xəzər Lənkəran 42” əvəz edəcək. Klub təmsilçisi kimi önə çıxan Höccət Hacıyevin dediyinə görə, komanda yeni formalaşır. Mənsimovlar isə onun arxasında dayanmayıb. Görəsən, bunda həqiqət payı var? Məsələni aydınlaşdırmaq üçün uzun illər “Xəzər Lənkəran”da mətbuat xidmətinin rəhbəri kimi çalışmış Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Həmkarımızla “Xəzər Lənkəran 42”, Region Liqası və Lənkəran futbolunda başverənlər haqda danışdıq.

- "Xəzər Lənkəran 42" adlı klub yaradılıb. Siz də yeni kollektivdə yer alacaqsız?

- Əvvəlcə yeni yaranan komandaya uğurlar arzulayıram. O vaxt da demişdim, indi də təkrar edirəm, klub və komanda fərqli anlayışlardı. Yeni komanda yaranıb və hələ ki ən sevindiyim məqam Ağadadaş Həmidovu gətirmələridi. Mənə gəlincə, 4 aydı Avropaya köç etmişəm. Hələ ki geri dönməyi planlaşdırmıram. Amma peşəkar klub yaransa və iddialı planlar olsa, burda bütün xoş şəraiti atıb məmnuniyyətlə gələrəm.

- Klubun rəhbəri Höccət Hacıyevdi. O Lənkəran futbolunu ayaqda tutacaq gücdədi?

- Höccət Hacıyev indi "bir həsirdi, bir Məmmədnəsir". Nə ilə və necə ayaqda tutacaq? Bildiyim qədər komandanın arxasında "Alyans"ın sabiq rəhbərləridi. Onlar da iranlı idi. Mən hələ də xaricdə oturan iranlı iş adamının burda həvəskar komandaya diqqət göstərməsinə anlam verə bilmirəm. Təxminim var, amma bunu açıb demək üçün əlimdə fakt yoxdu. Fakt var, amma dəlil yoxdu.

- Təxmininiz nədi? Siz bunu iddia etmirsiz. Sadəcə, fikir səsləndirirsiz.

- Məncə, “Xəzər Lənkəran 42”ni yaradan adamlara, sadəcə, adı ortalıqda keçən bir komanda lazımdı. Vəssalam!



- Höccət bəy AFFA-nın komandanı 1-ci diviziona buraxacağına inandığını deyir. Buna inanırsız?

- Məsələ burasındadı ki, AFFA-nın “ağzından vurmaq" üçün bu komandalardan birinin 3 il davamlı çıxış etməsi lazımdı. Amma gördüyünüz kimi, hər dəfə bir adla yeni komanda yaranır və nəticədə AFFA əlini-əlinə vurub sevinir.

- Mais Mənsimovun klubun qeyri-rəsmi prezidenti olduğu deyilir. Bu xəbər nə dərəcədə doğrudu?

- Mais Mənsimovla son dəfə 5-6 ay öncə rayonda görüşmüşəm. Bu da onun dəvətiylə, sadəcə, hal-əhval görüşü idi. Sağ olsun, Qurban bayramında da səsli təbrik mesajı göndərmişdi. Ölkəni tərk edəndən sonra onunla əlaqəm olmayıb. Mais müəllimin komandanın arxasında olduğuna inanmıram.

- İnanmamağa səbəb nədi? Belə bir şey olsa, sizi kluba dəvət edərdilər deyə düşünürsüz?

- Ciddi bir şey olsa, mütləq xəbərim olardı və bilərdim. Əminəm ki, Mənsimovlara aidiyyatı yoxdu.

- Lənkəranda son illərdə artıq 3-cü klub formalaşır. Bu dəfə nəsə ola bilər? Köhnə "Xəzər Lənkəran"ı görə bilərik?

- Əvvəlki "Xəzər Lənkəran"ı mən həftədə azı iki dəfə yuxularımda görürəm. Reallıq da yuxudu. Yəni inanmıram və bundan əvvəl yaranan komandalar da elə yuxarıda dediyim kimi idi. Onlar klub deyil. Bir il sonra da dördüncüsü yaranacaq. Məsələn, "Sütəmurdovspor"!

- "Xan Lənkəran"ın rəhbəri Pərviz Hüseynov deyib ki, "Xəzər Lənkəran 42"yə keçən oyunçular özünə hörmət etmir. Bu fikir nə dərəcədə doğru və etikdi?

- Mən bu adam haqda fikir bildirmək istəmirəm. Çünki bundan öncə bir kitab xoşniyyətli və yol göstərən fikirlərimə qarşı tam fərqli münasibət gördüm. O gündən qərara almışam ki, bu barədə susum. Bax, sizinlə danışırıq. Bilirəm ki, siz məni tanıyırsız. Mənim kimi azı 250 kitab oxumusuz. Odu ki, başqa suala keçək.

- Lənkəranın futbol problemi düzələnə oxşamır. Nə vaxt buna nöqtə qoyulacaq?

- Birinci bunu ölkədə futbolu idarə edenlər istəməlidi. Sualı belə qoyaq: AFFA-ya Lənkəranda peşəkar futbolun olması lazımdı?

- Lazımdı?

- Bu gün və dünən üçün yox!

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

20-10-2022, 12:0

"Xəzər Lənkəran 42"nin rəhbəri bəlli oldu

Ölkə futbolu / Manşet

15-10-2022, 10:0

Yenilənmiş "Xəzər Lənkəran" Region Liqasında

Aktual
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Mikels mövsümün ən yaxşı oyunçusudu!
“Bu, rəhbərliyə aid olan bir məsələdi” - Ayxan Hüseynov üç klubdan təklif alıb
Daha nə istəyirik?! - KÖŞƏ
Avrokubok yolçuları üçün hər şey dəqiqləşdi – azarkeşlərin diqqətinə!
"Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
Son xəbərlər
  • Bu gün, 15:56
    "Xankəndi" üç futbolçu ilə yolları ayırdı
  • Bu gün, 15:32
    UFC həyəcanı Dənizkənarı Bulvarda: açıq məşq və fan-zona təşkil olunacaq
  • Bu gün, 15:13
    Azər Məmmədov yenidən "Kəpəz"in baş məşqçisi oldu
  • Bu gün, 14:59
    Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
  • Bu gün, 14:38
    "Real"ın yetirməsi "Araz-Naxçıvan"da
  • Bu gün, 14:17
    "Turan Tovuz" Ayxan Hüseynovla vidalaşdı
  • Bu gün, 13:56
    “Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
  • Bu gün, 13:25
    Messi DÇ tarixinin ən məhsuldar oyunçusudu!
  • Bu gün, 12:54
    Mikels mövsümün ən yaxşı oyunçusudu!
  • Bu gün, 12:22
    “Bu, rəhbərliyə aid olan bir məsələdi” - Ayxan Hüseynov üç klubdan təklif alıb
  • Bu gün, 11:51
    Daha nə istəyirik?! - KÖŞƏ
  • Bu gün, 11:20
    Avrokubok yolçuları üçün hər şey dəqiqləşdi – azarkeşlərin diqqətinə!
  • Bu gün, 10:57
    Fransa və Norveç də pley-offa vəsiqə qazandı - DÇ səhəri
  • Bu gün, 10:19
    Buntiç "Qarabağ"ı Portuqaliya klubuna dəyişdi
  • Bu gün, 10:00
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 00:20
    "Qarabağ" "Vestri"ni iyulun 9-da qəbul edəcək
  • Bu gün, 00:15
    "Zirə" "Qarabağ"la eyni gündə oynamayacaq
  • Dünən, 23:58
    "İmişli" hücumçu transfer etdi
  • Dünən, 23:27
    Azərbaycan idmanının iki ulduzu UFC Fight Night Baku ərəfəsində bir araya gəldi
  • Dünən, 23:04
    Messi dünya çempionatında qol sayını 18-ə çatdırdı! - DÇ gecəsi
  • Dünən, 22:49
    Kürasaolu qapıçı matça damğa vurdu
  • Dünən, 22:18
    "Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
  • Dünən, 21:54
    Növbəti oyunu buraxa bilər
  • Dünən, 21:20
    İyulun 7-si, saat 20.00 - "Sabah" üçün tarixi an
  • Dünən, 20:55
    La Liqaya çıxan 3-cü komanda məlum oldu
  • Dünən, 20:24
    Olisenin Madridə yollanacağı dəqiqdi?
  • Dünən, 19:53
    Şotlandiya ilə oyunu buraxacaq
  • Dünən, 19:20
    Zanyolo harda qərar tutacaq?
  • Dünən, 18:59
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Dünən, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Dünən, 17:27
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 16:56
    “Qarabağ”ın heyətində kimlər yer alıb? - SİYAHI
  • Dünən, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Dünən, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 212
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 200
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə