• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ronaldo iki ildən çoxdu psixoloq yanına gedir - MÜSAHİBƏ

Dünya futbolu / Müsahibə

21-10-2022, 21:0

Oktyabrın 14-də DAZN şirkətinin braziliyalı Ronaldo haqda çəkdiyi “Fenomen” adlı sənədli filmin təqdimat mərasimi keçirildi.

Futbolun gördüyü ən böyük əfsanələrdən olan “yekədiş”, sözsüz, haqqında film çəkilməyə layiqdi. Təsadüfi deyil ki, “Qızıl top”un son qalibi Kərim Benzema da mükafatı alandan sonra kumirinin Ronaldo olduğunu etiraf edərək ona tərif yağdırdı. Hazırda “Valyadolid”in prezidenti vəzifəsini icra edən 46 yaşlı Ronaldo təqdimat mərasiminin ardından İspaniyanın məhşur “Marka” nəşrinə müsahibə verib. O, mundialın Braziliya üçün rolundan, Zidanla münasibətlərindən, psixoloji dəstəyin önəmindən və başqa məqamlardan danışıb.

- Dünya çempionatının bir futbolçu üçün hansı məna daşıdığını bir sözlə ifadə edə bilərsizmi?
- Bir sözlə ifadə etmək çətindi. Futbol özü elə oyundu ki, orda yaşanılan hisslərdən danışmaq çətindi. DÇ həmişə futbol tarixinin yaraşığı və hətta ürəyi olub. Məsələn, bizdə - Braziliyada hər uşağın ən böyük arzusu, heç olmasa, bir dəfə mundialda forma geyməkdi. Məndə də özümü dərk edəndən bu arzu yarandı.

- Futbol qədər braziliyalıları birləşdirən başqa nəsə tapmaq çətindi.
- Bəli, ona görə də mundial bizim ölkə üçün böyük əhəmiyyət daşıyır. Braziliyada insanların böyük əksəriyyəti çətinlik içində yaşayır. Mundial zamanı isə ölkənin diqqəti yığmanın çıxışına yönəlir. Braziliyanın dünya çempionu olduğu an 7-dən 77-yə bütün braziliyaliların xoşbəxt, sevinc içində yaşadığı nadir bir andı. Belə böyük ölkədə eyni anda hamının üzünü güldürə biləcək nəyinsə olması çox yaxşıdı.

- DÇ-2002-dəki qələbəni karyeranızın ən mühüm hadisəsi adlandırmaq olarmı?
- Əlbəttə. Bu turnir həm də ona görə karyeramda mühüm rol oynayır ki, ondan əvvəlki illərdə ağır zədələrlə mübarizə aparmış və üstəlik bir öncəki mundialın finalında uduzmuşdum. Yəni ona qədər dramatik anlarım çox olmuşdu. Həmin komandada oyunçular bir-birini əla anlayırdı. Sanki uzun illər bir yerdə oynamışdıq. Halbuki elə həmin komanda seçmə mərhələdə zəif təsir bağışlayaraq final mərhələsinə min bir əziyyətlə vəsiqə qazanmışdı.

- Hamını maraqlandıran mövzuya da toxunmalıyıq. DÇ-98-in finalından öncə başınıza gələnləri xatırlasaq, həlledici oyunda gücünüzün neçə faizi ilə oynadız?
- Həmin an üçün bacardığımın 100 faizini etdim. Ümumiyyətlə, hər oyunda potensialımın 100 faizini göstərməyə çalışırdım. Əslində futbolu çox dramatikləşdiririk. Amma futbol sadə oyundu. Həmişə iki tərəfdən biri qalib gəlir, digəri məğlub olur. Mən qalib gəlməyi bacardığım kimi məğlub olmağı da bacarıram. Açığı, həmin gün Fransa bizdən üstün oynadı. Bunu qəbul edib, səhvlərdən nəticə çıxarıb irəli boylanmağa çalışdım.

- Bəs 1 dəqiqə belə şans qazanmadığınız DÇ-94-ün kuboku da sizin üçün əzizdi?
- Əlbəttə. DÇ-ni ayrı-ayrı oyunçular yox, bütün komanda qazanır. Tarixdə çox oyunçu var ki, mundialda oynamasa da, onu qazanmağı bacarıb. Mənim üçün o turnir bir növ məktəb oldu. O komandada oynayan çempion mentallıqlı oyunçulardan DÇ-nin əslində nə demək olduğunu, orda özünü necə aparmalı olduğunu öyrəndim. O turnir həqiqətən çox baxımlı alındı.

- Belə fikir formalaşıb ki, İspaniyada klub futboluna yığmaların oyunundan daha çox önəm verilir. Hətta burda bəziləri üçün ÇL-də qələbə DÇ-də qələbədən üstündü. Siz ÇL-i qazana bilməmisiz. Düzünü deyin, iki DÇ titulundan birini, xüsusilə də 1994-dəki uğuru ÇL tituluna dəyişərdizmi?
- Xeyr, dəyişməzdim. Digər qeyd etdiyiniz məsələyə gəlincə, ispanların ÇL-i mundialdan üstün saydığını düşünmürəm. Razıyam ki, ÇL mühüm tarixə malikdi və futbol üçün əhəmiyyətli turnirdi. Amma dünya çempionatında ayrıca şəhər yox, bütün ölkə təmsil olunur. İspaniya yaxın keçmişdə - 2010-da dünya çempionu olub. Ona qədər ispanlar bunun necə bir hiss olduğunu bilmirdilər. Dünya çempionu olandan sonra onların bu iki turniri müqayisə edə bilmək fürsəti yarandı və mən inanmıram ki, onlar üçün ÇL üstün olsun. Ümumiyyətlə, bu iki turniri müqayisə etməyin özü belə düzgün deyil. Karyeramda heç nəyi dəyişməzdim. Düzdü, ÇL-i qazana bilməməyim üzücüdü. Amma geriyə boylananda deyə bilərəm ki, uğurlarımla fəxr edirəm. Futbolda bütün titulları qazanmaq mümkün deyil.

- Futbolda hər şeyi olmasa da, çox şeyi qazananlardan biri də Zinəddin Zidandı. O eyni zamanda ikinci ağır zədənizdən sonra sizə xəstəxanada baş çəkən ən birinci futbolçu olmuşdu.
- Ümumiyyətlə, Zidanın karyeramda çox mühüm yeri var. Tanıdığım ilk gündən ona böyük hörmətim yaranıb. Biz ilk dəfə İtaliyada qarşılaşdıq. O, ''Yuventus''da, mən isə ''İnter''də oynayırdım. Hətta bir-birimizə rəqib olduğumuz vaxtlarda belə aramızda qarşılıqlı hörmət yarandı. Açığı, həmin zədədən əziyyət çəkdiyim vaxt Zidanla şəxsi tanışlığım yox idi. Ona görə də onun məni ziyarət etməsi çox böyük sürpriz oldu. Bəli, ailə üzvlərimdən başqa məni ziyarətə gələn birinci adam Zidan oldu.

- Həmin vaxt aranızda nə söhbət oldu?
- Tez sağalmağı və meydanlara qayıtmağı arzuladı. Çünki futbolun mənə ehtiyacının olduğunu dedi. Başqa şeylər haqda da söhbət etdik. Bu cür çətin məqamda onu yanımda görmək və dəstəyini hiss etmək mənə çox xoş oldu.

- Sənədli filmdə dostunuz Roberto Karlosla söhbətdə psixoloji durumunuza da toxunursuz. Sizdə də depressiya yaranıb?
- Etiraf edim ki, psixoloq yanına gedirəm. İki ildən çoxdu psixoloji kurslardan keçirəm. Əvvəllər nələr yaşadığımı indi daha yaxşı başa düşürəm. Mən elə bir dönəmdə oynamışam ki, futbolçunu hər an yerin dibinə soxurdular. Futbolçu da bunu dramatikləşdirmədən işini görməli idi. Geri boylananda görürəm ki, biz hədsiz dərəcədə psixoloji gərginliyə məruz qalmışıq. Halbuki o dönəmdə heç bir oyunçunu bu cür şeylərə hazırlamırdılar. İnternet dövrü təzə-təzə başlayırdı. O vaxt hamı bu durumu adi qarşılayırdı. İndi bu baxımdan futbolçular daha hazırlıqlıdı. Hər klubda psixoloq var. Futbolçulara nəinki öz peşələrində, hətta adi həyatda qarşılaşa biləcəkləri problemlərlə bağlı yardım edilir. Ən əsası oyunçularla təlimlər keçilir. Onlar nəyə necə reaksiya verməli olduqlarını bilirlər. Bizim dövrümüzdə belə şeylərin heç biri yox idi!

- O vaxt paltardəyişmə otağında belə şeyləri kiminləsə müzakirə edə bilirdizmi?
- Reallıq belədi ki, bizim heç bu cür problemin mövcudluğundan xəbərimiz də yox idi. Bizim nəslin oyunçularından bu mövzunu heç kim yaxına buraxmaq istəmirdi. Halbuki bir çoxları bunun qurbanı oldu və ağır depressiyaya düşdü. Çünki onların azadlıqlarını əllərindən almışdılar. Yəni bu mövzuda problemlər çox idi. Amma onu heç kim həll etmək istəmirdi.

- Sizin üçün qarşıdakı mundialın favoriti kimlərdi?
- Braziliya hansı formada olmasından asılı olmayaraq, həmişə favoritdi. Bizdə olan potensiallı və istedadlı oyunçuları nəzərə alsaq, DÇ-nin əsas qəhrəmanına çevrilməliyik. Razıyam ki, avropalılar çox yaxşı, dinamik, baxımlı və aqressiv futbol sərgiləyir. Məncə, Avropa və Cənubi Amerika yığmalarının klassik qarşıdurmalarını izləyəcəyik. Braziliya və Argentina bizim qitəni yaxşı təmsil edirlər. Digər tərəfdən, 2006-dan başlayaraq yalnız Avropa komandaları dünya çempionu olub. Fikrimcə, bizi mükəmməl turnir gözləyir. Bir tərəfdə Fransa, Almaniya, İspaniya, digər tərəfdə Braziliya və Argentina. Amma onları sıralama ilə düzməzdim. Çünki hər birinin çempion olmaq üçün yaxşı şansları var.

- Brzailiyanın əsas silahı Neymar olacaq, yoxsa Vinisius?
- Vinisius əla formadadı. Onun sayəsində Neymarın üzərindəki yük də bir qədər azalacaq. Vinisius sol cinahda istənilən rəqibin başını gicəlləndirməyə qadirdi. Neymar da daha rahat hərəkət edəcək və irəlidə istənilən yerdə sərbəst şəkildə oynaya biləcək. Rafinya da ''Barselona''da yaxşı performans sərgiləyir. Yığmada da ona xüsusi tapşırıqlar verilir. Rfinyanın oyununu bəyənirəm. Çünki meydanda hər şey bacarır. Dediyim kimi istedadlı oyunçularımız çoxdu. Amma təkcə bu keyfiyyətlə dünya çempionu olmaq mümkün deyil. 1 ay ərzində komandada bütün oyunçuların eyni hədəfə köklənməsi və yumruq kimi birləşməsi çox vacibdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-05-2022, 19:0

Ronaldo Fergüssonla görüşdü

Aktual
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Son xəbərlər
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • 26-05-2026, 23:0
    Premyer-liqada hamını arxada qoydu
  • 26-05-2026, 23:0
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • 26-05-2026, 23:0
    Parislilərə parad qadağası
  • 26-05-2026, 22:0
    Qitə çempionunda “Real”lı yoxdu!
  • 26-05-2026, 21:0
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • 26-05-2026, 21:0
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • 26-05-2026, 20:0
    Alleqri gözlənilən aqibəti yaşadı
  • 26-05-2026, 20:0
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 234
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 175
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə