• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

34 yaşlı İquayn karyerası ilə bağlı yekun qərarını verdi - MÜSAHİBƏ

Dünya futbolu / Müsahibə

8-10-2022, 00:0

Müasir futbolun tanınmış simalarından olan Qonsalo İquayn yaşıl meydanla vidalaşmağa hazırlaşır.

3 ildi ''İnter Mayami''nin şərəfini qoruyan argentinalı forvardın 35 yaşı dekabrda tamam olacaq. Buna baxmayaraq, o, ABŞ-da mövsüm bitdikdən sonra karyerasını başa vuracağını açıqlayıb! ABŞ-da isə normal mövsümün bitməsinə cəmi iki tur qalıb. İquayn karyerası boyunca ''Real'', ''Yuventus'', ''Napoli'', ''Milan'', ''Çelsi'', ''River Pleyt'' kimi tanınmış klubların şərəfini qoruyub. İspaniyada, İtaliyada çempionluqlar yaşayıb, AL-in və bir çox başqa turnirlərin qalibi olub. Argentina yığmasında isə 75 oyuna 31 qol vurub və DÇ-2014-ün finalında oynayıb. Əslində İquaynın son dönəmlərdə verdiyi açıqlamalardan sonra belə qərar qəbul etməsi sürpriz olmadı. Hiss olunurdu ki, o artıq futboldan doyub...

Pul insanı xoşbəxt etmir

* Karyeramboyu yaşadıqlarım və başıma gələnlər haqda tez-tez düşünürəm. Daimi təzyiq, gərginlik, stress, başqa şəhərlərə köçmək adamın psixologiyasına təsir edir. ABŞ-da, nəhayət, istədiyim həyata qovuşdum. Avropada yaşadığım o təzyiq şarından qurtuldum. Burda hər şey başqa cürdü. Futbol ABŞ-da bir nömrəli idman sayılmır. Futboldan üstün idman növləri var və əsas təzyiq də ora yönəlir. Burda insanlar küçədə səni zəif oyuna, qol vurmadığına görə heç vaxt tənqid etmir. Eyni sözlər mətbuata da aiddi. Burda adi insana çevrilmişəm. Mən də hamı kimi dükanda nəsə alanda cərgədə dayanıb növbəmi gözləyirəm. Bəlkə də qəribə görünür. Amma bu, məhz elə mənim istədiyim həyatdı.

* Elitada və göz önündə olmaq yaxşıdı. Amma bunun qarşılığında çox şey verməli olursan. İnsanlar deyir ki, mənim pulum var, normal həyatım var, qızım var, başqa nə lazımdı? Amma mən bu həyata çatmaq üçün 9 yaşımdan etibarən hər şey etmişəm və faktiki ən aşağı səviyyədən qalxmağı bacarmışam. Bu pullar mənə göydən tökülməyib. Onları günbəgün alın tərimlə qazanmışam. Təbii ki, pul çox şeydə kömək edir. Amma insanı xoşbəxt etmir. Lap dünyanın bütün pulları sənin ola bilər. Amma yaxşı insan deyilsənsə, bunu kimlə qeyd edəcəksən? Həmişə tək olacaqsan.

Futbolçunun həyatını nəticələr müəyyənləşdirir

* Bəzən sənin kök, arıq, keçəl olmağını müzakirə etməyə başlayırlar. Mən saçımı keçəl edib saqqal buraxan kimi hamının diqqətini cəlb etdi. Oyunum qaldı bir qıraqda, xarici görünüşümdən danışmağa başladılar. Yaşa dolduqca tənqidlər, təhqirlər, söyüşlər ilə başa çıxmağı bacardım. Əvvəllər belə şeylər mənə çox pis təsir edirdi. Çox fikir çəkirdim. Amma qızım dünyaya gələndən sonra baxış tərzim, hisslərim bir qədər dəyişdi. Başa düşdüm ki, həyatda kiminsə mənim haqqımda dediyi fikirlərdən daha önəmli şeylər var. İndi belə şeylərin mənə təsir etməsinə imkan vermirəm.
* Tənqid futbolun ayrılmaz parçasıdı. Futbolçu karyerası boyunca xoş sözdən qat-qat çox tənqid eşidir. Hər yaşda tənqidi fərqli qəbul etməyə başlayırsan. Böyüdükcə tənqidin əslində kim tərəfindən və hansı məqsədlə deyildiyini anlamağa başlayırsan. 15 il ərzində dünyanın ən güclü klublarında oynamışam, 300-dən çox qol vurmuşam. 3 mundialda, 4 Amerika Kubokunda oynamışam. Öz həyatı ilə bacara bilməyən bir insanın tənqidi mənə necə təsir edə bilər? Belələri, sadəcə, həyatdakı uğursuzluğunun acığını məndən çıxır. Bu cür insanlara gülməyim gəlir. Futbolçu hamı kimi çıxıb küçədə gəzə bilmir. Xüsusilə də məğlubiyyətdən və ya qaçırdığı qoldan sonra. Futbolçu eşitdiyi təhqirə cavab verməməlidi. Qısası, futbolçunun həyatını nəticələr müəyyənləşdirir. Elit səviyyədə oynadığım 15 il ərzində təhqirlərə və hörmətsizliklərə cavab verə bilmirdim. Bu haqsızlıqdı. Hərçənd həyatımın indiki dönəmində artıq bunlarla başa çıxa bilirəm. Ailəmin və dostlarımın sayəsində insan kimi çox böyüdüyümü düşünürəm.

Vaxt ötdükcə insanlar yığmada etdiklərimin dəyərini anlayacaq

* Mən deyəndə ki, ən çətin şey yığmada oynamaqdı, bu sözüm yanlış anlaşılmışdı. Mən konkret yığmadan yox, orda oynayarkən yaşadığın təzyiqdən, üzərindəki məsuliyyətdən danışırdım. Klubun şərəfini qoruyanda sən yalnız həmin şəhəri təmsil edirsən. Yığmada isə 40 milyon insanı təmsil edirsən və onların hamısının xoşbəxtliyi səndən asılıdı. 2014-cü ilə qədər mən dünyanın ən yaxşı ''9 nömrə''si idim. Amma DÇ-nin finalında Almaniyaya məğlubiyyətdən sonra hər şey dəyişdi. Fikrimcə, zaman hər şeyi öz yerinə qoyacaq. Vaxt ötdükcə insanlar yığmada etdiklərimin dəyərini anlayacaq. DÇ-ni qazansaydıq, bizi dünyanın 7-ci qatına qaldıracaqdılar. Məğlub olduğumuz üçün bu baş vermədi. Halbuki başqa yığmanın üzvləri bizə deyirdilər ki, bizim nəticələrimizi göstərsəydilər, öz ölkələrində onlara heykəl qoyulardı. Bu gün artıq insanların mənə layiqli dəyəri verib-verməməsi o qədər də vecimə deyil.

* Təbii ki, gələcəyim barədə çox düşünmüşəm. Birmənalı şəkildə karyeramı bitirəndən sonra futbolun içində qalmayacam. Həyatım başqa istiqamətdə davam edəcək. Futbol dünyasında gördüklərimdən və yaşadıqlarımdan sonra futbolun içində qalmaq üçün gərək mazoxist olum. Bu iş artıq mənlik deyil. Müxtəlif ölkələrin mətbəxləri, eləcə də çaxır düzəltmə işi ilə maraqlanmaq istəyirəm. Bu iki sahə çox xoşuma gəlir. Padel-tennis oynamağı da sevirəm. Karyeramı davam etdirdiyim müddətdə bu oyun üçün elə də çox vaxtım olmurdu. Amma hər şeydən əvvəl ailəmlə doyunca vaxt keçirəcəm. Bütün bu illər ərzində onlar mənim yoxluğuma çox dözməli olmuşdular. Futbolçu sanki su şüşəsinə bənzəyir. Onu boşaldandan sonra bir kənara atıb tapdalayırlar. Sonradan sən heç kimə lazım olmursan və heç kim səni xatırlamır. Özümü artıq bu kirli dünyada təsəvvür etmirəm.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-04-2022, 19:0

İquayn atasını yalançı çıxardı

Dünya futbolu

3-10-2022, 21:0

İquayn karyerasını bitirir

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 216
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə