• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

11:1 ilə bağlı sirli tarixçə

Dünya futbolu

21-10-2022, 21:0

Ötən həftə həm də tarixdəki 250-ci “El Klasiko” ilə yadda qaldı. “Real” əzəli rəqibi üzərində inamlı qələbə qazanmaqla bu mövsüm də çempionluğu kiməsə vermək niyyətində olmadığını göstərdi. Sizə bu komandalar arasındakı ən parlaq oyunları seçməyi təklif etsəydilər, yəqin seçim imkanınız geniş olardı. Məsələn...

1994: “Barselona” “Real”ı 5:0 hesabıyla darmadağın edir, üç qol braziliyalı Romarionun hesabındadı.
2005: “Real” çempionluğu “Barsa”ya uduzsa da, derbidə 4:2 hesabıyla qalib gəlir. Ronaldinyo cərimə zərbəsindən möhtəşəm qol vurur.
2009: Qvardiolanın “Barselona”sının ulduz saatı – “Santyaqo Bernabeu”da “Real” üzərindəki 6:2 hesablı darmadağın. Xuande Ramos oyundan sonra ictimaiyyət önündə futbolçularının səviyyəsinə şübhə etdiyini bildirir.

Ancaq çox-çox əvvəli yadda qalsaq, daha qəribə axarda keçən oyunlar tapmaq olar. 1943-cü ilin iyununda “Barsa” “Real”a 1:11 (!) hesabıyla uduzub.
Vətəndaş müharibəsindən sonrakı İspaniya – Franko “Real” tərəfdarı idi?

Tarixin təkərini geri fırladaq – 1943-cü ilin yayına qayıdaq. Öyrəşdiyimiz Kral kuboku hələ yoxdu, onun əvəzinə İspaniya klubları general Frankonun şərəfinə təsis olunan Generalissimus Kubokunda yarışırlar. Yarımfinalda “Real”la “Barselona”nın yolları kəsişdi. İkioyunluq duel qeyri-adi dərəcədə siyasiləşməyə məhkum idi. Axı vətəndaş müharibəsindən sonra - 1939-cu ildə İspaniyada hakimiyyətə general Franko gəlmişdi. Müharibə dövründə hər iki klubun təmsilçiləri Frankoya müqavimət göstərirdi. “Real”ın rəsmi saytında 1935-36-cı illərində klub prezidenti olan Rafael Sançes-Querranın adı xatırlanır. O, respublikaçıların tərəfdarı idi və Franko tərəfdarlarının işgəncəsinə məruz qalmışdı. Rafael Parisə qaça bildi, ancaq “Real”ın vitse-prezidenti Qonsalo Agirre ilə xəzinədarı Valero Riveronun bəxti gətirmədi – frankoçular onları qətlə yetirdi. “Barsa” da həmin vaxt əziyyət çəkdi: müharibənin elə ilk günlərində frankoçular klub prezidenti Xosep Sunyolu həbs etdilər və öldürdülər.

Franko hakimiyyətə gələndən sonra vəziyyət dəyişdi: “Real” generalın sevimlisi oldu (məntiqlidi – Franko Madriddə doğulub), “Barselona” isə əsas müxalifət kimi qaldı. Həmin dövrün çətinliklərini göstərən fakta nəzər salaq. 2019-un oktyabrında “Barsa” üzvlərinin 99 faizi Franko dövründə təsis olunan bütün mükafatların ləğvinə səs verdi. Bu addım Franko diktaturasının bütün ağrı-acısını öz dərisində hiss edən bütün “Barselona” üzvlərinə hörmət əlaməti kimi atıldı.

Matçın detalları ilə bağlı: “Real” fanatlarına fit paylamışdılar

Yarımfinalın ilk oyunu “Nou Kamp”ın sələfi sayılan “Kamp de Les Korts” stadionunda keçirildi. Kataloniyalı azarkeşlər 90 dəqiqə boyunca “Real”ın oyunçularını və VİP-lojasını fitə basdı. Madriddə işıq üzü görən “Ya” qəzeti ertəsi belə yazmışdı: “Kataloniyalı xuliqanlar bir məqsədlə fit çalırdılar – İspaniyanın yüksək səviyyəli rəsmilərini təhqir etmək üçün”.

Futbol şərhçiləri belə hesab edir ki, məhz bu cəhənnəm ab-havası “Real”a mane olub. Madridlilər həmin gün 0:3 hesabıyla uduzdular. Cavab görüşü “Çamartin”də keçirildi (“Bernabeu” yalnız 1947-ci ildə tikilib). Stadiondakı atmosfer üzərində çalışmağa qərar verən “Real” rəhbərliyi oyundan əvvəl fanatlara havayı fit payladı. Kataloniyalılar üçün oyun lap əvvəldən uğursuz alındı. Hakim onların qolunu saymadı, 31-ci dəqiqədə isə müdafiəçi Benitonu meydandan qovdu.

Komandalar fasiləyə möcüzə kimi qəbul olunan 8:0 hesabıyla yollandı, özü də qollardan yeddisi 31-44-cü dəqiqələr aralığında, yəni Benito qovulandan sonra vurulmuşdu. Hücumçu Sabino Barinaqa (1939-50-ci illər aralığında “Real”ın şərəfini qoruyub) poker, Pruden isə het-trik etmişdi. “Barsa”nın yeganə qolunu ikinci hissədə Mariano Martin vurdu. Oyunun necə keçdiyi ilə bağlı bir neçə sübut var. Qəzetlərin yazdığına görə, hətta hesab darmadağın həddinə çatandan sonra da “Real”ın oyunçuları elə qaçırmış ki, sanki hələ hesab açılmayıb. Hansısa məqamda “Barsa”nın qapıçısı Miro bir küncə çəkilərək “Real”ın forvardlarına maneəsiz zərbə vurmağı təklif edib. Yalnız hakimin xahişindən sonra qapıçı “çərçivə”yə dönüb.

Əfsanələr dolaşır: həbs təhdidi, döyülmək, katalon dilinə qadağa...

Təbii ki, 11:1 “El Klasiko” üçün, yumşaq desək, qeyri-tipik hesabdı. Oyun ətrafında zaman-zaman miflər dolaşır. O mənada ki, bu hesab təmiz mübarizənin nəticəsi deyil, “Barselona”nın futbolçuları təzyiqə məruz qalıb. Belə nəzəriyyələri doğuran əsas səbəb general Franko ilə Kataloniya arasındakı münasibətlərin xarakteridi. Franko hakimiyyətə gələndən az sonra ona loyallıq göstərməyənlərlə hesablaşmağa (Siyasi məsuliyyət haqqındakı qanun ona bu işdə yardım edirdi) başladı. Kataloniyalılar isə əsas düşmənlər sırasında idi. Generalın “Barsa”nın bəzi menecerləri ilə necə davranmasıyla bağlı artıq yuxarıda yazdıq. Hesab edirlər ki, ilk oyunun nəticəsi və atmosferi Frankonu necə qəzəbləndiribsə, cavab görüşünü nümayişkaranə qamçılamaya çevirib.

“Real” heç vaxt bu nəticə ilə öyünmür, çünki anlayır ki, bu, futbol oyunu deyildi – “Barselona” üzrə ixtisaslaşan ispan tarixçi Xuan Barau goal.com saytına müsahibədə belə deyir – “Barsa”nı polisin və İspaniya falanqasının sayəsində məğlub etdilər. Kataloniyalıları alçaltmaq və onlara dərs vermək istəyirdilər».

Populyar miflər hansılardı?

İndi isə həmin oyunla bağlı ən çox yayılan mifləri bir araya toplayaq.

• Oyundan əvvəl “Barsa”nın paltardəyişmə otağına İspaniya Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri daxil olub. Tapança gücünə kataloniyalılara xatırladıb ki, “onlar yalnız qeyri-vətənpərvərliyinə görə günahlarından keçən indiki rejimin səxavəti sayəsində oynayırlar”.
• “Barsa”nın oyunçuları fasilədə matçı sabotaj etmk və stadionu tərk etmək istəyib. Ancaq paltardəyişmə otağına baş çəkən polis onları və ailələlərini həbslə təhdid edib.
• Adi nəzəriyyədi: Frankonun təmsilçiləri hələ oyuna qədər referi ilə “lazımi iş” aparıb. Nəticə isə bu olub ki, referi kataloniyalıların qolunu saymayıb və oyunçusunu meydandan qovub.
• Ən əcaib mif: oyundan əvvəl “Barsa”nın paltardəyişmə otağına soxulan Mülki Qvardiya katalon dilində danışdıqlarına görə futbolçuları tənbeh edib. Onlar isə meydana ruhən sarsılmış halda çıxıblar.

Bu miflərə həqiqətən inanırlar, bunlar geniş yayılıb. Frankonun müdaxiləsi ilə bağlı tarixçə haqda ESPN və “Bleacher Report”, hətta “Quora” (suallara cavab xidməti) da yazır.

Ancaq hər şey belə birmənalıdımı?

Miflərin gerçəkliyini yoxlayaq

İlk növbədə onu vurğulayaq ki, oyun həqiqətən çox sərt atmosferdə keçirlib. Madrid qəzetləri “Barsa”nın oyunçuları ilə bağlı təxribatçı yazılara yer verməklə yerli publikanı qəzəbləndirib. Polis oyundan sonra kataloniyalıların avtobusunun sürücüsünə “Kastellanaya qədər getməyi və heç yerdə dayanmamağı” məsləhət görüb. “Biz elə məhz onun dediyi kimi etdik”, - deyə kataloniyalıların oyunçusu Fransesk Kalve xatırlayır.

Ancaq oyunla bağlı əfsanələrdə bir neçə məntiq uyğunsuzluğu var. Adi bir məqama diqqət yetirək: ilk yarıdan sonra artıq 0:8 uduzan “Barselona”ya fasilədə niyə təsir göstərməliydilər ki?! Katalon dilindən istifadəyə görə Milli Qvardiyanın təzyiq göstərməsi ilə bağlı hipotez də qəribədi. İctimai yerlərdə katalon dilindən istifadəyə yasaq qoyulması ilə bağlı qanun hələ 1942-ci ildə, yəni oyundan bir il əvvəl aradan qaldırılmışdı.

Və ümumiyyətlə - general Frankoya “Barselona”nı uduzmağa məcbur etmək həqiqətən belə vacib idi? Belə iddialar gəzir ki, Franko “Real”a azarkeşlik edibsə, deməli, madridlilərə qələbə qazanmaqda yardım göstərib. Ancaq reallıqda “Real” heç də generalissimusun diqqət və qayğısı ilə sıx əhatə olunmayıb. Franko vətəndaş müharibəsində 1939-cu ildə qələbə qazansa da, “Real” ölkə kubokunu 1947-yə, İspaniya çempionu titulunu isə 1954-ə qədər qazana bilməyib. İspaniyanın Franko əleyhdarı olan regionlarında məskən salan iki əsas klub – “Barselona” və “Atletik” həmin dövrdə hamıdan çox titul qazanıb. Basklar bir dəfə çempion olub, dörd dəfə kuboku qazanıblarsa, kataloniyalar 5 dəfə çempionluğu bayram edib, 4 dəfə kuboku muzeyinə aparıblar. Hətta qalmaqallı yarımfinal duelinin ardından keçirilən final oyununda da “Real” məhz “Atletik”ə uduzub (0:1).

Daha bir maraqlı detal. 2000-ci illərin əvvəlində Bernardo Salazar (İspaniyanın ən məşhur idman tarixçilərindən biri və “Atletiko”nun azarkeşi) “Barsa”nın həmin gün 90 dəqiqə meydanda olan iki futbolçusu – Xose Eskola və Dominqo Balmanya ilə söhbət edib. İkisi də heç bir təhdidlə üzləşmədiyini etiraf edib.

Yazıya yuxarıda adı çəkilən Baraunun fikirləri ilə yekun vururuq:

“Oyun ətrafında dolaşan çoxlu mifdən heç biri sübuta yetirilməyib. Mənim üçün aydındı ki, oyunun normal axarında 11 qol vurmaq çox-çox çətindi. Bizə qarşı möhtəşəm komanda oynamalıydı. Yenə də belə hesab edirəm ki, bu oyun adi bir idman hadisəsindən daha artıq idi. “Barselona”ya dərs vermək, onu alçaltmaq istəyirdilər”.


Hər halda, bir məqam aydındı ki, məhz həmin gündən sonra “El Klasiko” daha prinsipial xarakter alıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-03-2022, 12:0

“Barselona” “Real”ı darmadağın edib çempion oldu!

Dünya futbolu

30-04-2022, 20:0

"Real"dan 35-ci La Liqa çempionluğu

Dünya futbolu

15-10-2022, 21:0

“El Klasiko”nu da buraxacaq

Dünya futbolu

17-10-2022, 14:0

106 ildən sonra "El-Klassiko"da rekord təzələdi

Aktual
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
Son xəbərlər
  • Bu gün, 15:28
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Bu gün, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Bu gün, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Bu gün, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Bu gün, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Bu gün, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Bu gün, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Bu gün, 10:20
    Milandan Turinə yollana bilər
  • Bu gün, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 266
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə