Romelu Lukakunun məsələsinə aydınlıq gəlib.
O, mövsümün sonunda Londona qayıtmayacaq. “İnter”də icarə əsasında çıxış edən belçikalı hücumçu daha bir mövsüm İtaliya klubunda oynayacaq. “İnter” Lukakunun növbəti mövsüm üçün icarəsi ilə bağlı “Çelsi” ilə razılığa gəlib.
İngiltərə klubunun yeni rəhbərliyi 29 yaşlı futbolçunu geri qaytarmaq niyyətində deyil. Bu isə Romelunun daimi əsasda “İnter”də qalmaq şansını artırır. Onun londonlularla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.