4 illik həsrətə son qoydular

3.05.2026 19:00 36
Dünya futbolu
Portuqaliyada 2025/26 mövsümünün çempionu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, gözlənildiyi kimi, bu adı “Portu” qazanıb. Françesko Fariolinin komandası 32-ci turda “Alverka”nı minimal hesabla məğlub edib və sona iki tur qalmış qızıl medallara sahib çıxıb. Bu, klubun tarixində 31-ci Portuqaliya çempionluğudu. “Portu” sonuncu dəfə 2022-ci ildə çempion olmuşdu.

Komanda hazırda primeyrada 85 xalla liderdi. Yeni çempion ən yaxın izləyicisi “Benfika”nı 9 xal qabaqlayır.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul