Cəlalın komandası xal itirdi

3.05.2026 17:55
Dünya futbolu
Cəlal Hüseynovun formasını geydiyi "Arda" Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, "Arda" "Çerno More"ni qəbul edib. Tərəflər meydandan qolsuz heç-heçə ilə ayrılıb.

Cəlal matça start heyətində başlayıb və sona qədər meydanda qalıb.

"Arda" 45 xalla 3-cü pillədə qərarlaşıb.