“Formula-1” İstanbula dönür!

3.05.2026 14:06 42
İdman
“Formula-1” yarışları 6 ildən sonra yenidən İstanbula qayıdır. Dünya çempionatının mərhələsi 2027-31-ci illər ərzində “İstanbul Park”da tam 5 mövsüm boyunca keçiriləcək.

Yarış ilk dəfə 2005-ci ildə təqvimə daxil edilib və 2011-ci ilə qədər fasiləsiz təşkil olunub, sonuncu dəfə isə 2021-ci ildə baş tutub.

Bu mərhələ hər il Türkiyə iqtisadiyyatına 200–250 milyon dollar həcmində töhfə verə bilər. Yarış həftəsində təxminən 200 min yerli və əcnəbi azarkeşin İstanbula səfəri gözlənilir.