• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ümid edirəm ki, ortaya heç bir çətinlik çıxmaz”

Ölkə futbolu / Manşet

19-06-2022, 14:0

Srağagün Tovuz şəhər stadionunda “Turan Tovuz”un yeni baş məşqçisi Ayxan Abbasovun imza törəni və təqdimat mərasimi keçirilib.

Tədbirdə Müşahidə Şurasının sədri Oqtay Abdullayev, klubun icraçı direktoru Nadir Nəbiyev, rayonun Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov iştirak edib. Ayxan bəy “2+1” illik anlaşmaya imza atıb, görüləcək işlər barədə danışıb. Sonda azarkeşlərin suallarını cavablayan 40 yaşlı mütəxəssis onlarla xatirə şəkli çəkdirib.

Dünən Bakıya qayıdan Ayxan Abbasovun Tovuza səfəri ilə bağlı təəssüratını öyrəndik. Eyni zamanda, bizi maraqlandıran başqa suallara da cavab tapmağa çalışdıq.

- Müstəqillik tarixində ilk dəfə klub öz məşqçisinin imza törənini açıq havada, azarkeşlərin gözü önündə keçirdi. Rəhbərliyin bu addımını necə qarşıladız?

- Bu məqamı düz qeyd etdiz. Mənim də yadıma gəlmir ki, hansısa klub bu addımı atsın. Həqiqətən çox xoşuma gəldi. Fürsətdən istifadə edib “Turan Tovuz” rəhbərliyinə təşəkkür edirəm. Klubun adına layiq imza törəni oldu. Köklü klub olduqlarını bir daha sübut etdilər. Həmişə “Turan Tovuz”da futbol adamlarının çalışdığını vurğulamışam. Rəhbərliyin klubla bağlı böyük layihələri, diqqəti çəkən planları var. Təbii ki, onların hamısını qısa müddətdə gerçəkləşdirmək mümkün deyil. Ancaq inanıram ki, zamanla bu işləri görə biləcəyik.

- Tovuzlu azarkeşlər baş məşqçi Ayxan Abbasovu necə qarşıladı, futbol oynadığınız dönəmlə indiki arasında hansı fərqi gördüz, hiss etdiz?

- Qarşılanma yaxşı oldu. Rəhbərliyin, azarkeşlərin, akademiyanın əməkdaşlarının isti münasibətini ilk dəqiqələrdən hiss etdim. Mənə, gələcəkdə bir yerdə böyük uğurlara imza atacağımıza inandıqlarını gördüm. Azarkeşlərlə söhbət zamanı futbol oynadığım illəri, ayrı-ayrı oyunlarda yaşanan maraqlı, yaddaqalan olayları xatırladıq. Tovuzlu azarkeşləri çox yaxşı tanıyıram, onların komandanı necə motivasiya etdiklərinə bələdəm. Qeyd etdiyim bu nüanslar məni Tovuza gətirdi. İnşallah, düşünürəm ki, hər iki tərəf üçün xeyirli olar.

- Siz yeni müqaviləyə imza atdız. Bəs köməkçiləriniz?

- Yaxın bir həftədə həm futbolçular, həm də köməkçilər müqavilə bağlayacaq və ictimaiyyətə təqdim olunacaq.

- Yeri gəlmişkən, məşqçilər korpusunda kimlərin çalışacağı tam müəyyənləşib?

- Bu məsələyə nöqtə qoymaq üçün mənə bir qədər vaxt lazımdı. Yaxın günlərdə həm köməkçilərim, həm də əvəzedici komandanın məşqçilər korpusunda kimlərin çalışacağı dəqiqləşəcək.

- “Turan Tovuz”un büdcəsi ilə bağlı fərqli fikirlər səslənir. Sizin baş məşqçi kimi təyinatınız da bildiyim qədər büdcənin təsdiqi ilə bağlı ləngiyirdi. Bu suala artıq aydınlıq gəldiyini düşünmək olar?

- Bu gün üçün büdcə rəsmən tam açıqlanmasa da, bilirik ki, “Turan Tovuz”la “Kəpəz”in premyer-liqaya yüksəlməsi Azərbaycan futbolunun inkişafı yönündə təkandı. AFFA bu klublara dəstək verir, Futbolun İnkişaf Fondu problemlərlə yaxından maraqlanır. Biz də əlimizdən gələnin ən yaxşısı etməyə hazırıq və bu məqsədlə bura gəlmişik. İnşallah, ümid edirəm ki, ortaya heç bir çətinlik çıxmaz. Hər kəs istəyir ki, həm “Turan Tovuz”, həm də “Kəpəz” ölkə futboluna rəng qatsın, bölgənin əvvəlki futbol ənənələrini qaytarsın.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet / Günün xəbəri

17-05-2022, 19:0

"Turan Tovuz"un baş məşqçisi bəlli oldu - ÖZƏL

Premyer-liqa

11-06-2022, 16:0

Ayxan Abbasov azarkeşlərlə görüşəcək

Ölkə futbolu

20-05-2022, 20:0

“Hələ qocalmamışam, gələcəkdə də baş məşqçi ola bilərəm” - AÇIQLAMALAR

Aktual / Manşet

13-05-2022, 20:0

Ayxan Abbasov: "Necə olacağını zaman göstərəcək" - AÇIQLAMA

Premyer-liqa

16-06-2022, 21:0

Ayxan Abbasov rəsmən "Turan Tovuz"da - FOTOLAR

Ölkə futbolu / Günün xəbəri

10-05-2022, 20:0

“Turan Tovuz”un baş məşqçi postuna 4 namizəd var - ÖZƏL

Aktual
Mahir, Elvin, Nəriman, Renat... – onların millidə nə işi var?
“Yalnız iclasdan sonra səbəblər və hədəflər haqda məlumat verə biləcəyik” – klub prezidenti
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Veysəlin məşqlərə qatılmasına ağ ciyərinin durumu mane olub – “Kəpəz”dən cavab
"Birinci liqa klublarından da cəlbedici təklif olarsa..." – Elmar Baxşıyev
“İsgəndər Cavadovdan tutmuş başqalarına qədər…” - “Qəbələ”dən media sektorundakı xaosa reaksiya
Son xəbərlər
  • Dünən, 20:27
    Ter Ştegenin yolu haradı?
  • Dünən, 18:40
    La Liqada gözlənilən istefa
  • Dünən, 17:37
    “Liverpul”u tərk edəcək
  • Dünən, 16:51
    Azər Bağırov "Kəpəz"dən ayrıldı - RƏSMİ
  • Dünən, 16:42
    PSJ-nin rəhbərliyindən futbolçulara böyük motivasiya
  • Dünən, 16:00
    Mahir, Elvin, Nəriman, Renat... – onların millidə nə işi var?
  • Dünən, 15:36
    Veremeyev də göndərildi
  • Dünən, 15:15
    Qərbdə hesab bərabərdi, Şərqdə “Nyu-York” öndədi
  • Dünən, 14:42
    “Yalnız iclasdan sonra səbəblər və hədəflər haqda məlumat verə biləcəyik” – klub prezidenti
  • Dünən, 14:03
    “Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
  • Dünən, 13:30
    Əziz Yıldırım sabiq niderlandlı ulduzu ''Fənər''ə geri qaytarır
  • Dünən, 13:00
    Veysəlin məşqlərə qatılmasına ağ ciyərinin durumu mane olub – “Kəpəz”dən cavab
  • Dünən, 12:30
    Əziz Yıldırım Kocamanın ''Fənər'' üçün dəyərini xatırlatdı
  • Dünən, 11:59
    Millimiz Fransaya qarşı
  • Dünən, 11:20
    PSJ ardıcıl ikinci, “Arsenal” tarixinin ilk titulunu qazana bilər
  • Dünən, 10:49
    "Birinci liqa klublarından da cəlbedici təklif olarsa..." – Elmar Baxşıyev
  • Dünən, 10:03
    Bu klub Fatidən razıdı
  • 29-05-2026, 23:0
    İran Antalyada qələbə qazandı
  • 29-05-2026, 23:0
    “İsgəndər Cavadovdan tutmuş başqalarına qədər…” - “Qəbələ”dən media sektorundakı xaosa reaksiya
  • 29-05-2026, 23:0
    “Qələbə qazanmağa gəlmişdik” – Abbe Usman
  • 29-05-2026, 22:0
    Nərimanın forması Budapeştdə nümayiş etdirilir
  • 29-05-2026, 22:0
    "Şamaxı"da 11-ci ayrılıq
  • 29-05-2026, 21:0
    Əli Səmədov daha iki il "Kəpəz"də - RƏSMİ
  • 29-05-2026, 21:0
    Murad Məmmədov “Pafos”a nə vaxt qoşulacaq? – “mənə belə deyiblər”
  • 29-05-2026, 20:0
    Millimiz İtaliyaya qalib gəldi, pley-offa vəsiqə qazandı
  • 29-05-2026, 20:0
    Jezuş Səudiyyə Ərəbistanından rəsmən ayrıldı - Türkiyəyə gələcəkmi?
  • 29-05-2026, 19:0
    Montella Kərəm Aktürkoğlunun son durumu barədə nə dedi? - ''Riskə getməyəcəm''
  • 29-05-2026, 19:0
    “Sabah” bölgələrdə istedad axtarışına çıxır
  • 29-05-2026, 18:0
    “Həmişə meydana qələbəni düşünərək çıxmışıq” – Prins Ovusu
  • 29-05-2026, 18:0
    "Ağstafa Gəncləri" 2-ci liqada qaldı
  • 29-05-2026, 17:0
    Yankoviç yığmaya dəvət aldı
  • 29-05-2026, 17:0
    "Karvan-Yevlax" Fizuli Məmmədovla yolları ayırdı
  • 29-05-2026, 17:0
    Romadan Milana üz tuta bilər
  • 29-05-2026, 16:0
    Modriç üçün həqiqət anı
  • 29-05-2026, 15:0
    Uğursuzluğa baxmayaraq, postunu qorudu
Daha çox
Oxunub: 373
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 259
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 195
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 194
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 194
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 182
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə