“Football-plus.az” xəbər verir ki, bunu klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev “Futbol+”ə açıqlamasında deyib. Tovuz təmsilçisinin rəsmisi həmçinin bu posta 4 namizəd olduğunu da bildirib. Söhbət Ayxan Abbasov, Əsgər Abdullayev, Ramin Quliyev və Yunis Hüseynovdan gedir.
Görəsən, adı çəkilən mütəxəssislər bununla bağlı nə düşünür? Onlar “Turan Tovuz”u çalışdırmağa razıdı? Bunu öyrənmək üçün məşqilərlə əlaqə saxladıq.
Ayxan Abbasovun məsələ ilə bağlı fikirləri məhz belə oldu:
“Turan Tovuz”un məşqçilərlə danışıq aparması normal haldı. İclasdan sonra bir ad üzərində dayanacaqlar. Oqtay müəllimin fikirlərini dinləmişəm, öz düşüncələrimi də ona bildirmişəm. Necə olacağını zaman göstərəcək”.





