"Turan Tovuz" yeni baş məşqçisi Ayxan Abbasovla müqavilə imzalayıb.
"Football-plus.az" xəbər verir ki, mərasim Tovuz şəhər stadionunda keçirilib. 41 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.
Tədbirə "Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abduallayev və klubun icraçı direktoru Nadir Nəbiyev də qatılıb.
Xatırladaq ki, "Turan Tovuz" yeni mövsümdən Premyer Liqada iştirak edəcək.
Ayxan Abbasov rəsmən "Turan Tovuz"da - FOTOLAR
Premyer-liqa






