• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əfran İsmayılovdan kadr hazırlamaq - KÖŞƏ

Ölkə futbolu / Manşet

15-04-2022, 17:0

Azərbaycan futbolunun əsas bəlalarından biri də veteranların susqun və laqeyd olmasıdı.

İllərdi futbolumuzun başına müxtəlif oyunlar açılır, onlar isə susurlar. Hərdən qismən fəallaşsalar da, istədikləri futbolumuzun bu bataqlıqdan xilas edilməsi, düzgün inkişaf yoluna meyillənməyimiz deyil. Ancaq və ancaq şəxsi maraqlardı. Kimi başını qatıb, çörəkpulu qazanmaq üçün yüngül bir iş istəyir, başqa biri təqaüd dərdindədi. Prosesi idarə edənlər də veteranların dilini yaxşı bilir. Onları daim intizarda saxlayırlar ki, kimsə artıq-əskik danışmağa meyillənməsin, nə vaxtsa iş-təqaüdlə təmin olunacaqları günü ümidlə gözləsinlər. Bu baxımdan Nazim Süleymanovun veteranları başına toplayıb, onların hüquqlarını qorumağa çalışması misli görünməmiş inqilab idi. Sizin də yadınızda olar, dərhal da AFFA əl-ayağa düşdü, üzdə olanlara iş-vəzifə təklif etməyə başladılar. Yeganə tələb həmin veteranın Süleymanovun yanından uzaqlaşması, yeni yaranan AFFA Həmkarlar Təşkilatında yer almaması idi. Sonrasını da gördüz. Hər bir tərəfə dağıldı, qalanlar da koronavirus pandemiyasına görə tətbiq olunan karantin günlərində ümidsizliyə qapılıb, taleləriylə barışdılar.

“Köhnəlar” ağzına su alıb susub. Orta yaşlılardan isə 2-3 nəfər var ki, ara-sıra mətbuatda səslərini çıxarır, futbolumuzun düşdüyü bu ağır vəziyyətə etiraz edirlər. Onlardan da nisbətən Mahir Şükürovla Zaur Ramazanov fərqlənir. Qismən də Emin Quliyevin etiraz səsini zaman-zaman eşitmək olur. Bir də görürsən ki, həmin o sabiq futbolçular şikayətlənəndə, nəyəsə etiraz edəndə, dərhal AFFA-ya xidmət edənlərdən biri “əşi, guya onların vaxtında necə idik” sualını ortaya atır, suyu bulandırır. Eynilə rəhmətlik Fuad Musayevin sağlığında olduğu kimi. Musayev bir dəfə məni evinə dəvət etmiş, ürəyini boşaltmışdı. Mən də onun ürək sözlərindən geniş bir müsahibə hazırlayıb, “Futbol+” oxucularının ixtiyarına vermişdim. Adamın dedikləri başdan-ayağa həqiqət idi. Deyirdi ki, uşaq akademiyaları olmalı, istedadlılara xüsusi diqqət ayrılmalı, bölgə klublarına dəstək verilməlidi. Onda da bir dəstə adam bar-bar bağırırdı ki, Fuad Musayev bu sözləri deyə bilməz. Çünki onun AFFA prezidenti olduğu dövrdə də milli komandamız uduzurdu, futbolumuz bərbad gündə idi. Heç dəxli var? Kimsə futbolumuzun indiki bərbad vəziyyətindən xilas edilməsi üçün bir təklif irəli sürürsə, onun keçmişini araşdırmalıyıq?
Rəhmətlik Musayev haqq dünyasında uyuyur, futbolumuz hələ də düzəlməyib. Nəinki düzəlməyib, indi vəziyyət daha pisdi. İş o yerə gəlib çatıb ki, milli komandanın italiyalı baş məşqçisi ölkəsinin mətbuatına müsahibə verir, bizim futbolçuları qorxaq və xaraktersiz adlandırır. Milli üzvlərinin heç biri özündə cəsarət tapıb, onun dediklərinə etiraz edə bilmir. Dolayı yolla təsdiqləyirlər ki, De Byazi düz deyirmiş. Bu qədər qəhrəmanlar yetişdirən Azərbaycan 11 cəsur futbolçu yetişdirə bilməyib ki, onun müqəddəs üçrəngli bayrağı ilə süstlənmiş milli formasını geysin və bu ölkənin idman şərəfi uğrunda kişi kimi mübarizə aparsın. Bu gün De Byaziyə etiraz edib, özlərini müdafiə edə bilməyən adamalar sabah futbol veteranı kimi Azərbaycan futbolunu müdafiə edib, haqsızlığa etiraz səsini ucaldacaqmı? Ay etdilər ha. Karyerasını bu yaxınlarda bitirənlərdən az-çox danışa biləcək Kamran Ağayev var idi. Onun da başını De Byaziyə köməkçi qoymaqla aldatdılar. Yəni səsini çıxarma, özün də bu qazanın içində bişirsən. Kamran da başını aşağı salıb, bizi el-aləmə biabır edən yığmanın bir parçasına çevrildi.

Kamran kimi, Əfran İsmayılov da karyerasını bitirməyə hazırlaşır. Hamı bilir ki, İsmayılov yaxşı vaxtlarını çoxdan geridə qoyub, indi “Səbail”də gününü keçirməklə məşğuldu. O gün görürəm ki, həmkarlarımızdan birinə müsahibə verən Əfran AFFA-nı, daha doğrusu, onun icraçı vitse-prezidenti Elxan Məmmədovu tənqidlərdən qorumağa çalışır. İddia edir ki, futbolumuzun düşdüyü bu ağır vəziyyətin günahkarı Elxan Məmmədov deyil. Onunla mübahisəyə girişmək üçün minlərlə dəlilim var. Amma həmin dəlilləri elə Əfran özü də bilir. Odu ki, belə mənasız məşğuliyyətlərə vaxt sərf etməyə də dəyməz. İsmayılovun bu “fədakarlığının” mükafatı özünü çox gözlətməyib. Eşitdiyimə görə, AFFA-dan ona təklif gəlib ki, karyerasını bitirməsin, daha bir mövsüm “Turan Tovuz”da gününü keçirsin. Sonrası da Allah kərimdi. Bir də gördün ki, Əfranı İsgəndər Cavadovun yerinə AFFA İcraiyyə Komitəsinə üzv gətirirlər. Adam əməlli-başlı kadrdı, bir az hazırlamaq lazımdı. Niyə də yox?!


AMAL

Paylaş:
Digər xəbərlər
Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Dünən, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Dünən, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Dünən, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 251
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 243
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə