Canni İnfantino hazırkı postundakı fəaliyyətini davam etdirmək qərarına gəlib.
"Football-plus.az" xəbər verir ki, FİFA-nın prezidenti növbəti dəfə qurumun rəhbəri seçilmək istəyir. O, bu fikrini FİFA-nın Kanadanın Vankuver şəhərində keçirilən Konqresində açıqlayıb. İnfantino 2027-ci ilin martında keçiriləcək seçkilərdə iştirak edəcəyini bildirib.
Xatırladaq ki, isveçrəli funksioner 2016-cı ilin fevralından FİFA-nın prezidentidi.