• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Hacinin yığmaya növbəti gəlişi nə vəd edir? - “O deyirdi ki, pley-offu keçməsəm, xəstələnə və ölə bilərəm”

Dünya futbolu

1-05-2026, 17:0

Rumıniya yığmasının vakant baş məşqçi postuna George Hacinin gətirildiyini xəbər vermişdik.

Xatırladaq ki, ona qədər yığmaya Mirça Luçesku rəhbərlik edirdi. Ancaq 80 yaşlı mütəxəssis aprelin 7-də dünyasını dəyişdi. Ölkə xaricində əsasən “Real”, “Breşia”, “Barselona” və “Qalatasaray”ın heyətindəki çıxışı ilə məşhurlaşan Hacinin məşqçi kimi son iş yeri “Farul” olub. 2021-25 aralığında çalışdırdığı Konstantsa təmsilçisini 2023-də Rumıniya çempionu edib. Ancaq ötən yay bu komanadan ayrılan “Karpat Maradonası” son 10 ayda işsiz idi.

Yerli futbol qurumunun bəyanatında belə deyilir:

“Rumıniya Futbol Federasiyası Rumıniya futbolunun ən parlaq təmsilçisinin baş məşqçi postuna təyinatını elan edir. Böyük uğurların rəmzi olan George Haci növbəti iki seçmə tsikl üçün müqavilə bağlayıb. Onun hədəfi milli komandanı dünya futbolunun elitasına qaytarmaqdı”.


Haci artıq bir dəfə yığmanı çalışdırıb: DÇ-2002-nin seçmə mərhələsinin sonunda “sükan arxasında” olub. Komanda qrupda onun rəhbərliyi altında keçirdiyi iki oyunda 4 xal toplamaqla pley-offa adlayıb, amma burda iki oyunun nəticəsinə görə Sloveniyaya 2:3 uduzub. Həmin uğursuzluğun ardından Haci postunu tərk edib.

Ardından mütəxəssis Türkiyənin “Bursaspor” və “Qalatasaray” klublarında, həmçinin vətənində - “Poli Timişoara”da çalışıb, ancaq heç bir yerdə 50 oyun həddinə çatmayıb.

“Vitorul”dakı iş dönəmi Haci üçün ən uğurlu olub: bu klubda 6 il keçirib, ölkə çempionluğunu, kuboku və Superkuboku qazanıb.

Əlbəttə, futbolçu Haci daha məşhur idi. Onun yolu “Qalatasaray”la yanaşı, “Barselona” və “Real”dan da keçib, Rumıniya yığmasında keçirdiyi 124 oyunda 35 qol vurub, ölkəsinin 20-ci əsr üçün ən yaxşı futbolçusu sayılıb.

Girişdə vurğuladığımız kimi, yığmanı Haciyə qədər Mirça Luçesku çalışdırırdı. O, komandanı DÇ-2026-nın seçmə turnirində pley-offa çıxarsa da, martın 26-da Türkiyəyə uduzdu – 0:1. Üç gün sonra növbəti məşq ərəfəsində Luçeskunun halı pisləşdi. Sonradan aydın oldu ki, mütəxəssis növbəti dəfə infarkt keçirib. Tezliklə çalışdırıcının vəziyyəti pisləşdi, həkimlər onu süni koma vəziyyətinə saldı. Ancaq Luçeni xilas etmək mümkün olmadı: aprelin 7-də gözlərini həyata əbədi yumdu. Yer aldığı xəstənanın press-relizi acı xəbəri dünyaya çatdırdı:
“Buxarest Universitet Xəstəxanası xəbər verir ki, bu gün, aprelin 7-də, 20.30 radələrində Mirça Luçesku öldü. Rumınların bütöv nəsilləri milli rəmz kimi ürəklərində onun obrazı ilə böyüyüblər. Allah onun qəlbinə rahatlıq versin”.


Haci müəlliminin, əfsanəvi mütəxəssisin ölümünü ağır keçirdi. Bu xəbər ictimaiyyətə açıqlanandan az sonra “TVR Info” telekanalına müsahibə verən “Karpat Maradonası” göz yaşlarını güclə saxladı:
“Mirça mənim üçün ata kimi idi. O deyirdi ki, pley-offu keçməsəm, xəstələnə və ölə bilərəm. Futbol onun üçün xəstəlik idi. Yeri cənnət olsun”.


Luçesku özü də Haci ilə birgə iş dönəmini xoş sözlərlə xatırlayırdı:

“Onu 17 yaşında yığmaya ilk dəfə mən götürdüm. 18 yaşında isə kapitan sarğısını verdim. Haci futbola ağlını itirmək dərəcəsində vurğun olan müstəsna peşəkardı. Düzdü, hansısa məqamda fiziki hazırlığa az diqqət yetirməyə başladı. Düşünürəm ki, məhz bu üzdən “Real”da çox davam gətimədi”.

İndi Hacinin üzərinə düşən əfsanəvi məşqçinin işini uğurla davam etdirməkdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-04-2026, 22:0

Haci yenidən yığmanın başına keçdi

Maraqlı

23-05-2023, 14:0

''Haci Türkiyədə qazandığı pullarla özünə akademiya açdı''

Dünya futbolu

8-10-2025, 19:0

Paskal Numadan Haci ilə bağlı qalmaqallı etiraf

Dünya futbolu

7-04-2026, 23:0

Mirça Luçesku vəfat etdi

Dünya futbolu

5-08-2024, 21:0

Luçesku yenidən Rumıniya yığmasında?

Dünya futbolu

12-09-2025, 15:0

Luçesku dünya rekordçusu oldu!

Aktual
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
“Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
“Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
"Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
Son xəbərlər
  • Bu gün, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Bu gün, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Bu gün, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Bu gün, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Bu gün, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Bu gün, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Bu gün, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Bu gün, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Bu gün, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
  • Bu gün, 16:51
    Okan Buruk: ''Fənərbaxça'' daim bəhanə axtarır''
  • Bu gün, 16:30
    “Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
  • Bu gün, 16:10
    "Xankəndi" məşqçisiylə vidalaşdı
  • Bu gün, 15:59
    "İmişli"də yeni məşqçi təyinatları
  • Bu gün, 15:28
    "Qarabağ" Bədavi ilə bağlı qərarını açıqladı
  • Bu gün, 14:57
    Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdi"
  • Bu gün, 14:38
    "Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
  • Bu gün, 14:17
    Boksçumuz Dünya kubokunun qalibi oldu
  • Bu gün, 13:56
    “Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
  • Bu gün, 13:40
    Almaniya uzatma dəqiqələrində sevindi - DÇ günü
  • Bu gün, 13:25
    Lyamuşinin yerini Renar tutdu - DÇ-nin istefası
  • Bu gün, 12:54
    Kocamanın təyinatı nə üçün baş tutmadı? - ''Fənər''in yeni transferi İstanbula gəldi
  • Bu gün, 12:23
    Kanadanın DÇ-də ilk qələbəsi tarixi alındı - ''Qırmızıların'' bolluğu diqqət çəkir
  • Bu gün, 11:52
    "Zirə" legioneri ilə vidalaşdı
  • Bu gün, 11:31
    "Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
  • Bu gün, 11:10
    "Turan Tovuz"da daha iki ayrılıq
  • Bu gün, 10:59
    “Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
  • Bu gün, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
  • Bu gün, 10:00
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 23:59
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • Dünən, 23:30
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
  • Dünən, 23:00
    İsmayıl Kartalın birinci köməkçisi bəlli oldu - Tadiç də gəlir?
  • Dünən, 22:30
    Türkiyənin heyətində xoş sözlərə layiq görülən yeganə futbolçu...
  • Dünən, 22:25
    "Yenə əsas mərhələdə iştirak etmək istəyirik" - Qurban Qurbanov
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 190
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə